HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Keçmiş nazir “avtoritarizm qarşısında əyilmədən, sınmadan, böyük əzmlə mübarizə aparan” bütün siyasi məhbuslara sayğı və salamlarını ünvanlayıb
Oktyabrın 20-də keçmiş səhiyyə naziri Əli İnsanovun siyasi məhbus həyatının 10 ili tamam olur. 13 saylı cəzaçəkmə müəssisəsində onunla birlikdə məhkumluq həyatı yaşayan siyasi məhbuslar – Tofiq Yaqublu, Anar Məmmədli, Pərviz Həşimli, Fərəc Kərimli, İlkin Rüstəmzadə və Əbdül Əbilov bununla əlaqədar Əli İnsanova azadlıq və demokratiya naminə apardığı mübarizəsində uğurlar arzulayıblar.
Əli İnsanov isə öz növbəsində “avtoritarizm qarşısında əyilmədən, sınmadan, böyük əzmlə mübarizə aparan” Leyla Yunusa, Xədicə İsmayıla və bütün siyasi məhbuslara sayğı və salamlarını ünvanlayıb.
Xatırladaq ki, Avropa Məhkəməsi Əli İnsanovun qanunsuz həbs edildiyi və onun azadlığa buraxılmalı olduğu haqda qərar çıxarıb. Lakin Azərbaycan hökuməti bu qərarı icra etməkdən yayınır.
azadlıq.info