Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Hacı İbrahim ona qoyulan qadağadan danışdı

haci-ibrahim2“Bandotdel”in saxladığı digər biznesmenlər kimi mənim də, xaricə çıxışıma qadağa qoyulub. Ancaq həmin qadağanın nə zaman aradan qaldırılacağı barədə bizə məlumat verilmir. Yalnız Azərbaycandan xaricə getmək istədiyimiz zaman bizə bildirilir ki, siz Azərbaycan sərhədlərini tərk edə bilməzsiniz”.

Bunu ANS PRESS-ə açıqlamasında adı qalmaqallarda hallanan biznesmen Hacı İbrahim Nehrəmli deyib.

Onun sözlərinə görə, məhz buna görə də, Çin Xalq Respublikasından “Xəzər Adaları” layihəsinə cəlb etdiyi iş adamları ilə görüşə bilməyib: “Mən layihəyə pul yatıracaq biznesmenlərlə görüşmək və orada ortaq şirkət qurmaq üçün Çinə getmək istəyərkən məlum oldu ki, xaricə çıxa bilmərəm. Ona görə də Londonda təhsil alıb qayıdan 21 yaşlı oğlum Hüseynə vəkalətnamə verdim ki, məni orada təmsil eləsin. Ancaq işlər yekunlaşdığı zaman qadağa aradan qalxsa özüm son müqaviləni imzalamaq üçün gedəcəm”

Nehrəmli həmçinin işçilərinin maaşını verə bilməməsinə də aydınlıq gətirib və deyib ki, bu həqiqi məlumatdır: “Mənim şirkətlərimdə hazırda 5 min işçi çalışır. Son iki ayda həmin işçilərin maaşlarında problem yaranıb. Buna da səbəb maddi sıxıntılara düşməyimdir. İşçilər isə səbr edə bilmədi. Onlardan elələri var ki, 300 manata görə bütün bu narahatçılıqlara səbəb olur. Lakin yaxın zamanlarda, daha doğrusu gələn həftənin sonuna qədər bütün işçilərin məvacibləri ödənəcək”.

İş adam “Avesta Konserni”nin məhkəməyə verilməsi məsələsini cavablandırarkən isə bildirib ki, belə bir məsələ var, lakin səbəbləri ilə heç maraqlanmayıb.

Hacı İbrahim gələn ilin yanvar ayından başlayaraq “Xəzər Adaları” layihəsinin yenidən fəaliyyətə başlayacağını və bununçün 25 min nəfər işçini ilin əvvəlindən işə götürəcəyini də əlavə edib.

azadlıq qazeti

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 18.10.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: