HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Çoxlarınıza məlum bir əhvalatı xatırlatmaq istəyirəm.
2006-cı ildə Yasamal rayon ərazisində Ədliyyə nazirinin oğlunu Səttar Mehbaliyevin oğlu İsfəndiyar döyüb, çənəsini sındırmışdır. O zamanlar o Nərimanov rayonunda prokurorun müavini işləyirdi. Bu əhvalata görə onu Prokurorluq orqanlarında azad edib, həbs etmişdilər.
Sonrada Səttar Mehbaliyev Ramil Usubovun vasitəsi ilə Fikrət Məmmədovla barışıq əldə etdi və oğlunu həbsdən qurtardı. Üstündən 3 il müddət keçdikdən sonra yəni 2009-cu ildə S.Mehbaliyevin azığmış oğlu İsfəndiyar Mehbalıyevi Ramil Usubov Daxili İşlər Orqanlarına qəbul edir və bir başa 34-cü Polis Bölməsinə rəis təyin edir. Bundan az bir müddət keçdikdən sonra Pirallahı rayon Polis Şöbəsinə rəis, bugün isə həmin şəxsi gətirib cinayət törətdiyi əraziyə yəni Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə rəis təyin etdi.
Məlumat üçün qeyd edim ki, Səttar Mehbaliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Bu şəxs 2 il öncə bir Qarabağ qazisinin özünü yandırma həddinə gətirmişdir. Bu yanğının nəticəsində həmin şəxs dünyasını dəyişmişdir. Buna baxmayaraq barəsində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi (ölüm həddinə çatdırma) üzrə cinayət işi qaldırılmamışdır.
Əvvəlki məqalələrimdən birindədə qeyd etmişdim Ramil Usubov daxili işlər naziri deyil, cinayətkarlar naziridir!!!
Tural Məhərrəmov