HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Son zamanlar sosial şəbəkədə saxta profillər açmaq dəb halına alıb. Belə hal iki qrup insanlara bölünür.
Birinci qrup insanlar özlərini əsl profildə ali-cənab aparır, saxta profilində isə əsl sifətlərini göstərirlər. Əsl profildə bunları tənqid edən şəxsləri söyüş atəşinə tuturlar və ya xoşları gəlmədiyi insanlar barədə şər-böhtan yağdırırlar. Bəziləri isə özlərini müxalifət adlandırıb, statuslar yazırlar sonrada saxta profillərdən girib öz yazdıqlarını bəyənirlər. Bu profillər isə bəyənmə sayını artırmaq üçün açılan profillərdir. Digərləri isə sosial şəbəkədə tanışlıq məqsədi ilə belə profillər açırlar.
İkinci qrup insanlar isə kriminal hakimiyyətin sifarişi ilə açılan saxta profillərdir. Bunların məqsədi isə hakimiyyətin oyununu həyata keçirməkdir. Bunlar müəyyən şəxslərin profillərinin kopyasını yaradır, 2-3 ay həmin şəxsin fikirlərinə uyğun xəbərlər paylaşır, müəyyən miqdarda yoldaş topladıqdan sonra ara qarışdırmaq üçün müəyyən şəxslərə böhtan atmaqla məşğul olurlar və adına açdıqları həmin şəxslə böhtan atdıqları şəxs arasında münasibəti pozmağa çalışırlar. Bu qrupa hakimiyyətin tulaları tanınmayan şəxsin saxta profillər yaradaraq şər-böhtan yağdıranlarıda aid etmək olar.
İnsanın bir sifəti olduğu kimi bir facebook profili olar!
Facebook tərcümədə “sifət kitabı” anlamı verir, yəni bu profil sənin simandır. Deməli, sənin məqsədindən asılı olmayaraq, neçə saxta profilin varsa o qədərdə saxta siman var. Bizim adət ənəmizə görə də çox simalı insanın isə cinsindən asılı olmayaraq, faişədən heç bir fərqi yoxdur!
Tural Məhərrəmov