HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Milli Şuranın sədri Cəmil Həsənli Bandotdelin yenidən bankdan kredit götürənlərin kütləvi həbsindən yazıb. Azərbaycan Qanunvericiliyinə görə bank borclu barədə məhkəmədə iddia qaldırmalı, işə açıq məhkəmə iclasında və ya məhkəmə əmri icraatında işə baxmalı qərar qəbul etməli, qanunvericiliyə əsasən məhkəmənin qətnaməsi və ya məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə yönəldilməlidir. Bundan sonra ancaq icra məmuru borclu ilə danışıqlar aparmalıdır. Lakin Azərbaycanda Bandotdel kriminal hakimiyyətin cəza maşını olduğundan və eyni zamanda Hacı Məmmədovun keçmiş vəzifəsini icra etdiyindən bu icraatı qanunsuz olaraq o idarəyə həvalə etmişdirlər.
Bu idarənin əsas vəzifəsin mütəşəkkil cinayətlərlə mübarizə olmasına baxmayaraq, hakimiyyətin bütün çirkin əməllərini məss bu idarə həyata keçirdir. 2003-cü ildən bu idarəyə Vilayət Eyvazov rəhbərlik edir və bugündə bütün kurasiya bu şəxsin əlindədir. Hakimiyyətdən və nazirdən gələn bütün çirkin əmrlərində icraasının başında bu şəxs durur.
Bu insan polisə necə düşdüyünü özüdə bilmir. Onun tərcümeyi halına baxdıqda aydın görünür ki, 1994-cü ildə nazirliyin komendant bölüyündə sıravi olmuş, 1995-ci ildə Polis Akademiyasına qəbul olunmuş, 2000-ci ildə isə bitirmişdir. Bu şəxsin polis sıralarında heç bir təcrübəsi olmadığı halda, 2004-cü ildə yəni ilkin rütbənin 4-cü ilində general rütbəsi almışdır. Sual yaranır bu şəxs 4 il ərzində hansı dövlət əhəmiyyətli fəaliyyətinə görə general rütbəsini almağa layiq görülmüşdür?
Təsəvvür edin yeni Polis Akademiyasını bitirmiş şəxs 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdelin) rəis müavini və rəisi vəzifələrində işləmişdir. Bu Daxili İşlər Nazirliyi tarixində olmayan bir hadisədir! Polis Akademiyasını yeni bitirmiş, ağzından süd iyi gələn leytinant 1 ilə “Bandotdelin” rəis müavvini vəzifəsinə yüksəlir və bu şəxs 4 ilə baş leytenant rütbəsi əvəzinə general-mayor rütbəsi, bunda 2 il sonra yəni 2006-cı ildə isə kapitan rütbəsi əvəzinə general-leytinant rütbəsi alır və eyni zamanda bu müddət ərzində prezident tərəfindən 2 medalla mükafatlandırılır.
Maraqlıdır bu qədər mükafatın sirri nədir?
2-ci hissənin anonsu: Hacı Məmmədov aradan götürüldükdən sonra, qanqsterin əvvəllər həyata keçirdiyi cinayətkar fəaliyyətini nəyə görə məss bu insana həvalə etmişlər? SUALA CAVAB
Tural Məhərrəmov