Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Azərbaycan tam Rusiyadan asılı vəziyyətdədir.

30402Azərbaycan Avropa və Amerika üçün çox mürəkkəb və məntiqsiz idarə edilən ölkədir. Sovetdən ayrılmış hər bir ölkə bu və ya başqa səviyyədə Rusiyadan asılıdır, ancaq heç biri daha onların tam təsirinə düşmək istəmir. Və hər biri Rusiyadan distansiya saxlamaq üçün kifayət qədər aydın siyasət formalaşdırıblar. Hətta Rusiyadan tam asılı olan Belarus və Ermənistanın da rus ayısının altına düşməməsi üçün aydın planları var və bu siyasəti aparırlar. Orta Asiya ölkələrinin heç biri, hətta Tacikistan belə Rusiyadan tam asılı deyildir. Əksinə, Qazaxıstan, Özbəkistan və Türkmənistanın Rusiyadan asılılığı demək olar ki, sıfıra, Qırğızıstan 30, Tacikstan 40 faizə bərabərdir. Azərbaycan DQ probleminə görə Rusiyadan asılıdır. Bədbaxtçılıq ondadır ki, Azərbaycanın bu asılılıqdan xilas olmaq üçün heç bir planı yoxdur. Dağlıq Qarabağ problemində Azərbaycan Qərbin dəstəyi hesabına Rusiyanı neytrallaşdıra bilərdi, (məsələn, Ukrayna, Moldova və Gürcüstan kimi) təəssüf ki, Qərbi bizə düşmən etməklə faktiki ölkəni ya DQ problemindən əl çəkmək, ya da 100 faiz Rusiyadan asılı vəziyyətə salmağa gətirib çıxarıb. Qərbə yaxınlaşmağın çox sadə yolları var idi. Məsələn, Qərb heç bir xidməti olmadan, hökümət başçısı və onun ətrafındakı minlərlə adamların korrupsiya ilə topladığı milyardlarla dollarla, var – dövlətlə kifayətlənib, daha bu əməllərindən əl çəkməməyi bacarmadıqlarını anlaya bilmir. Zombiləşdirilmiş, manqurtlaşdırılmış (20 illik siyasətin nəticəsində) xalqın onsuz da parlamentə onların adamlarını seçəcəklərini bilə – bilə seçkiləri saxtalaşdırmasının səbəbini anlamır. Onların hakimiyyəti üçün heç bir təhlükə doğurmayan, şəxsi qisasçılıq prinsipi ilə hüquq müdafiəçiləri, jurnalistləri həbs etməyin məntiqini başa düşmür Avropa. Avropa hökümətin ona müftə yerdən milyardlar bağışlamış xalqına qarşı hansı səbəbdən belə düşmənçilik siyasəti apardığını anlamır. Faciə ondadır ki, kimsə “Avropa bizə paxıllıq edir” deyir və camaatın böyük hissəsi buna inanır. Bizə heç kimin paxıllıq etmədiyini, əksinə, yazığı gəldiyini anlamağın vaxtı çoxdan çatıb, əziz xalqımız. Belə bir siyasətlə nə xalqın səfalətli vəziyyəti düzələ bilər, nə də DQ problemi həll oluna bilər. Biz haqqımızı tələb etmək fikirinə düşməsək, Azərbaycan xalqının döşünə yazıq xalq damğası vurulmaqla proseslər eyni qaydada davam edəcək.”

Rəsul Quliyev

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 19.09.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: