Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Kresloya yapışmış nazirlərimiz…

nazirlar-kabineti-400Mərkəzi icra hakimiyyəti orqanlarına ən az 12 il rəhbərlik edən, kürsülərinə öyrəşmiş oliqarxların siyahısını Sizlərə təqdim edirəm:

1. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov- 1994-cü ildə bu vəzifəyə təyin edilib. Artıq 22 ildir eyni vəzifəni tutur.

2. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov1994-cü ildən – 22 ildir.

3. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov -19 avqust 1994-cü il tarixli fərmanı ilə bu vəzifəyə təyin edilib. O, 22 ildir gəmiçiliyin başında durur.

4. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev – 1995-ci ilin fevralından Prezident Administrasiyasına rəhbərlik edir. Bu ilin fevral ayında 21 ili tamam oldu.

5. Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərov 1995-ci ildən Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ildən isə Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir. Bir sözlə 21 ildir rəhbər vəzifədədir.

6. Mərkəzi Bankının sədri Elman Rüstəmov- 1995-ci ildən bu sektora rəhbərlik edir- 21 ildir.

7. Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov1996-cı ildən bu posta gətirilib. 20 ildir bu vəzifədə qalır.

8. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov 1995-2006-cı illərdə bu vəzifədə çalışıb.  2008-ci ildə yenidən  bu vəzifəsinə qaytarılıb.- 19 ildir.
9. Azərbaycan Respublikasının ikinci rəhbər şəxsi – Baş nazir Artur Rasizadə -1996-cı ildən Nazirlər Kabinetinin sədridir. Bu isə o deməkdir ki, 20 ildir bu vəzifədədir.

10. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov -1998-ci ilin 18 noyabr tarixindən bu vəzifəni tutur. Əli Həsənov 18 ildir vəzifə kürsüsünü dəyişmir.

11. Vergilәr naziri Fazil Mәmmәdov 1999-cu ildə bu sahəyə rəhbərlik edir- 17 ildir.

12. Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov – 2000-ci il tarixindən bu vəzifə kürsüsündə əyləşir –16 ildir.

13. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2000-ci ildən bu quruma rəhbərlik edir-16 ildir.

14. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə -2000-ci ildən, 16 ildir bu sahəyə rəhbərlik edir.

15. Ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ilin –16-cü ili tamam olacaq.

16. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev2001-ci ildən, 15 ildir.

17. Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov -2001-ci ildən,15 ildir, Bundan əvvəl 1995-ci ildən 2000-ci ilədək Suraxanı rayonunun İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir, ümumilikdə götürdükdə, 21 ildir icra başçısı vəzifəsindədir.

18. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov2001-ci ildən, 15 ildir.

19. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov2001-ci ildən -15 ili tamam olur.

20. Nəqliyyat naziri Ziya Məmmədov  2002-cı ildən, 14 ildir nazir vəzifəsindədir, Buna kimi AzərbaycanDəmir Yolunun rəhbəri idi.

21. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2002-ci ildən,14 ildir.

22. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 2002-ci ildən,14 ildir.

23. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev  2003-cü ildən –13 ildir.

24. Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun təyinatı 12 il.

25. Xarici işlər naziri Elmar Məmmədyarovun təyinatı 12 il.

26. Kənd təsərrüfatı naziri İsmət Abasovun təyinatı 12 il.

27. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təyinatı 12 il.

28. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təyinatı-12 il.

29. Ali Məhkəmənin sədri Ramiz Rzayevin təyinatı  12 il.

30. Sənaye və energetika naziri Natiq Əliyevin təyinatı 12 il.

31. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun təyinatı 12-ci il.

Gördüyünüz kimi cinayətkar hakimiyyətin 31 ən mühim postlarını tutanların stajları- ən azı 12 ildir. Azğın və özlərini yenilməz hesab edən oliqarxlar, tutduqları kürsüləri buraxmaq fikirləri yoxdur. Hər biri tutduğu kürsünü şəxsi ailə biznesinə çevirərək, artıq özünkiləşdiribdir.

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 17.09.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: