HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Bugün mənə bir zəng gəldi və Göyçay Polis Şöbəsinin rəisi İslam Hümbətov tanıdığım bir şəxsin ağbirçək anasını qəbul edib, əlinə bir kağız parçası verərək, oğlunun VƏTƏN XAİNLƏRİNİN siyahısında olmasını bildirib. Həmin kağız parçasında mənim və daha 3 şəxsin adı qeyd olunub. Hansı ki, bu şəxslər hər biri bu kriminallaşdırımış rejimin bütün qanunsuz əməllərini ifşa edərək, tənqid edir və xalqı heç sayan hakimiyyətdən represiyaları dayandırmağı, insanların sosial rifahını yaxşılaşdırılmasını tələb edirlər.
Bəli, biz kriminallaşdırımış rejimin düşmanlarıyıq!!! Əgər siz bizi vətən xaini görürsüzsə, görün! Amma bu adı bizə verməmişdən əvvəl, xahiş edirəm güzgüyə baxın…
Düz deyirsiz, biz polis rəisi olaraq, rayon ərazisində fəaliyyət göstərən əxlaqsız yuvalardan məvacib yığıb, fəaliyyət göstərməsinə şərait yaradırıq. Bəli, biz narkotik maddələr satışı ilə məşğul olan narko-baronlara “krışalıq” edirik. Biz haqqını, hüququnu tələb edən insanları dəyənəkləyirik. Biz polis şöbəsində vətəndaşları ölüm həddinə çatdırırıq və ya ölənə qədər döyürük.
Ən böyük gunahımızda, Hacı Məmmədov dəstəsinə rəhbərliyi biz etmişik. İndidə Hacı Məmmədov fəaliyyətini “qanuni” həyata keçirdən bandotdelə biz rəhbərlik edirik. Düz deyirsiz, bizlər Daxili İşlər Nazirliyini şəxsi ailə biznesinə çevirmişik!!!
Vətənə xəyanət– vətəni kriminal aləm üslubu ilə idarə etməkdir, insanları represiya üslubu ilə ölkədən uzaqlaşdırmaqdır, təbii sərvətlərlə varlı olan ölkəninən vətəndaşlarını böhran içərisində yaşatmaqdır, xalqın milliardlarını oğurlayıb Offşor, Vircin. Palma və s. zonalara daşımaqdır, saxta ittihamlarla həbslər həyata keçirmək və dünya qarşısında ölkəmizi nüfuzdan salmaqdır.
İndi qiymət verin VƏTƏN XAİNLƏRİ kimlərdir…
Tural Məhərrəmov
16.09.2015