Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Mehriban Əliyevanın Parisdə yaşadığı xoşagəlməz anları

Mehriban Əliyeva Parisə son səfəri zamanı inadkar fransız jurnalistin çətin sualları ilə üzləşməli olub.

49C649AB-ED30-492B-A91F-DD0FA5774E99_cx0_cy18_cw0_w1000_r1_s_r1

Mehriban Əliyeva ötən həftə Parisə yüksək səviyyəli səfəri əsnasında Fransa prezidenti Francois Hollande-la Yelisey sarayında tete-a-tete görüşü də daxil olmaqla, Fransa rəsmiləri tərəfindən hərarətlə qarşılanıb.

Amma yeni təhqiqat reportajından bəlli olur ki, bir qrup fransız jurnalist, on il bundan əvvəl ölüm ayağında olan atasından hakimiyyəti qəbul etmiş və o vaxtdan bəri ölkəni dəmir əllə idarə edən prezident İlham Əliyevin xanımının hərarətli qəbuluna “şaxta gətiriblər”.

Fransa Milli Televiziyası ilə sentyabrın 7-də yayınlanmış “Cash Investigation” (Pul təhqiqatı) proqramında telekanal müxbirinin birinci lediyə yaxınlaşaraq ona suallar verdiyini nümayiş etdirib. Jurnalist Mehriban Əliyevaya, o, “Azərbaycan, Tolerantlıq Yurdu” (Azerbaijan, Land Of Tolerance) adlı foto sərgisinin açılışını edəndən dərhal sonra yaxınlaşıb.

Bu hadisə videoda 37:20-dən başlayır

“Sizin ölkəniz doğrudanmı tolerantlıq yurdudur?” – deyə soruşub reportyor.

“Bəli, əlbəttə” – deyib bir qədər həyəcanlanmış Əliyeva.

Bundan sonra jurnalist birinci lediyə xatırladıb ki, Azərbaycan bütün dünyada insan haqlarının ən pis olduğu ölkələrdən biridir və onun həbsxanalarında “çoxlu siyasi məhbuslar var”.

“Bunu necə deyə bilərsiniz? Bu, doğru deyil” – deyə cavab verən Əliyevə dərhal da oradan aralanmağa çalışıb və jurnalistə “düzgün informasiya” almağı məsləhət görüb.

Lakin ipə-sapa yatmayan jurnalist birinci ledidən beynəlxalq icmanın çağırışlarına baxmayaraq, Əliyev rejiminin bu yaxınlarda məhkum edilmiş iki aparıcı tənqidçisi – insan haqları fəalı Leyla Yunusdan və jurnalist Xədicə İsmayılovadan xəbəri olub-olmadığını soruşmağa başlayıb.

Bu epizodda Əliyevanın suallara cavab vermədən çevrilib getdiyi görünür, onun təhlükəszilik xidməti isə jurnalisti kənara itələyir və cangüdənlər ona “sakit olmağı” əmr edirlər.

“Biz Fransadayıq – deyir jurnalist, – Fransada jurnalistlər sual verə bilərlər”.

Sərginin inaqurasiya şənlikləri davam edir, Əliyeva isə nəhayət ofislərdən birinə çəkilir.

Bu sərgi Əliyevanın rəhbərlik etdiyi və prezident İlham Əliyevin 2003-cü ilədək Azərbaycana rəhbərlik etmiş mərhum atasının adını daşıyan Heydər Əliyev Fondu tərəfindən təşkil edilib.

Avqust ayında Bakı məhkəməsi Leyla Yunusu dələduzluq, vergidən yayınma və qanunsuz biznes fəaliyyəti ittihamları ilə 8 il yarım azadlıqdan məhrum edib. Geniş ictimaiyyət arasında Yunusa qarşı ittihamlar ondan insan haqları sahəsindəki işinə görə qisas alınması kimi qəbul edilir.

Onun xəstə əri, 60 yaşlı Arif dələduzluq ittihamı ilə 7 il azadlıqdan məhrum edilib.

Xədicə İsmayılova heyrətamiz şəkildə bənzər ittihamlarla 7 il yarım müddətinə azadlıqdan məhrum olunub.

Azadlıq radiosu

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 13.09.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: