HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Milli Şuranın seçkiyə getməmə qərarını alqışlamıram. 2000-ci ildə də baykot etmişdiz, o zamandan bugünə nə dəyişdi? Əksinə, ölkədə həm siyasi həmdə iqtisadi vəziyyət daha da pisləşdi.
Mən hesab edirəm ki, müxalif qüvvələr bu seçkidə iştirak etməli və bu qeyri leqitim hakimiyyətin seçki oynunu ifşa edərək, dünyanın demokratik qurumlarına bu barədə məlumatlar çatdırmalıdırlar.
Onsuzda saxta yolla keçirilən seçkidə qələbə qazanmaq qeyri mümkündür. Bunlar həmişəki kimi seçkiyə getmiyənin, ölkədən kənarda olanın və hətta ölənin də yerinə imza atıb, istədiklərini seçəcəklər. Mən hesab edirəm ki, müxalif qüvvələr iştirak etsələr, ən azından beynəlxalq təşkilatlar qarşısında deyiləsi sözləri olacaqdır. Eyni zamanda da Avropa İnsan Hüquqları Məhkəməsinə seçki ilə bağlı yüzlərlə şikayətlər daxil olacaqdır.
Mən bütün müxalif qüvvələri seçkidə iştirak etməyə çağırıram!
Tural Məhərrəmov