Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Avropa Parlamentindən Azərbaycana görünməmiş sərt qətnamə

399A8472-809E-4FCD-8AFD-30BA407DBE1D_cx5_cy6_cw89_w1000_r1_s_r1“İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları araşdırılsın!”

Avropa Parlamenti jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçilərini dərhal və heç bir şərtsiz azad etməyə çağıran qətnamə qəbul edib.

Qətnamə layihəsinin ingilis dilində mətni ilə bu keçiddə tanış ola bilərsiz. AzadlıqRadiosunun Brüsseldəki müxbiri xəbər verir ki, həmin layihə sentyabrın 10-da artıq qətnamə kimi qəbul edilib.

Sənəddə “Bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən Xədicə İsmayılova, Leyla və Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Vicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamların ləğv olunmasına çağırılır.”

Qətnamə Avropa Birliyi rəhbərliyini jurnalist Xədicə İsmayılın araşdırmalarında qeyd edilmiş prezident İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırır.

Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.

Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib.

azadliq radiosu

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 10.09.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: