Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Heydər Əliyevin amoral həyat tərzi

imagesAzərbaycan Respublikasının prezidenti Heydər Əliyev “memarı” olduğu Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində öz əli ilə yazmışdır: “Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının prezidenti seçilə bilər”. Bu da onu sübut edir ki, Heydər Əliyev Azərbaycan Respublikasının vətəndaşı olmaya-olmaya, qeyri-qanuni olaraq iki dəfə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.

“Xalq hər şeyi bilməlidir”  Heydər Əliyev

Azərbaycan Sovet Ensiklopediyasında (ASE) yazılmışdır ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində doğulmuşdur. Naxçıvan Pedaqoji Texnikomunu bitirdikdən sonra, 1939-1941-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Sənayə İnstitutunda oxumuşdur. 1941-ci ildən Naxçıvan  MSSR Xalq Daxili İşlər Komissarlığında işləmişdir. 1944-cü ilin may ayından dövlət təhlükəsizliyi orqanlarında işə düzəlmiş və burada 1969-cu ilə qədər müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1957-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1964-cü ildə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini. 1967-ci ildə isə sədri vəzifəsinə çəkilmişdir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin (AKP MK) 14 iyuk 1969-cu il tarixli plenumunda o, AKP MK-nın 1-ci katibi və MK-nın Büro üzvü seçilmişdir. Məlumdur ki, sonra 1982-ci ildə Sov. İKP MK-nın Büro üzvü olmaqla bərabər, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini olmuş, 1987-ci ildə isə təqaüdə göndərilmişdir.1993-cü ildə təkrarən Azərbayan Respublikasının prezidentidir. ASE-də  Heydər Əliyevin milliyəti göstərilməmişdir. Lakin Moskvada çıxan  «Profil» jurnalında Aleksandr Troşin “Sem partiynıx qrexov tovarişa Aliyeva” adlı məqaləsində (“Profil”, 1997-ci il, no.39, səh. 58-62) yazır ki, Heydər Əliyev əsrin əvvəlində Ermənistan ərəzisində kürd ailəsində doğulub və sonradan Naxçıvana köçmüşdür. Onun qardaşı Həsən Əliyev kürd millətinə mənsub olan ilk alim olmuşdur. Həmçinin, müəllif qeyd edir ki, Heydər Əliyev Moskvada işlədiyi vaxtlarda onun yaramaz əməlləri barədə Azərbaycandan Sov. İKP MK-ya çoxlu şəkayətlər gedir. Bununla əlaqədar olaraq Sov. İKP Nəzarət Komitəsinin sədri Boris Puqo tərəfindən Azərbaycana xüsusi komissiya göndərilir. Heydər Əliyev isə öz yaramaz əməllərini çox yaxşı bildiyindən, hər ehtimala qarşı, arxivlərdən özünə aid olan sənədləri qabaqcadan çıxartdırdığı üçün komissiya onun nə doğumunu və nə də fəaliyyəti barədə heç bir arayış ala bilmir.  Komissiya tərəfindən çağırılan Azərbaycan Sənayə İnstitutunun rektoru isə qorxa-qorxa deyir ki, sizdən əvvəl bir neçə adam gəlib Heydər Əliyevin sənədləri olan qovluğu tələb etdi və sonra da onu geri qaytarmadılar.

Naxçıvanda isə doğulan uşaqların adları qeyd olunan kitabda onun nə adı və nə də doğum haqqında şəhadətnaməsi ümumiyyətlə olmur. Nəhayət, Naxçıvan Pedtexnikumunun arxivində onun öz əli ilə yazılmış tərcümeyi-halı tapılır. Orada o doğulduğu ili 1922-ci il göstərmişdir. 1940-cı ildə 1922-ci ildə doğulanların hamısı Vətənin müdafiəsi üçün müharibəyə göndərilirdi . Heydər Əliyev isə Vətəni müdafiə etməkdən yayınıb müharibəyə getməmək üçün dələduzluqla məşğul olub, satakarlıq edərək, yaşını bir il azaltmışdır. O, bununla da kifayətlənməyib, Vətənin müdafiəsindən birdəfəlik yayınmaq üçün hər ehtimala qarşı saxta xəstəlik arayışları da düzəltmişdir.

“Müxalifət” qəzetində (18 oktyabr 2003-cü il), öz dediyinə görə Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevlə ata-bala kimi olan, 50 illik pedaqoji fəaliyyəti dövründə Heydər Əliyevə və respublikanın tanınmış bir neçə siyasi xadimlərə dərs demiş, 1929-cu ildə anada olmuş və hal-hazırda da sağ-salamat olan professor Duman Cəfərovun çox maraqlı müsahibəsi dərc olunmuşdur. O, müsahibəsində bildirir ki, Həsən Əliyev özü ona deyib ki, o kürd millətinə mənsub olan ilk elmlər namizədidir.  «1934-cü ildə dərc olunmuş ensiklopediyada, həqiqətən Həsən Əliyev kürd kimi təqdim olunub.“  Həmçinin o, Həsən Əliyevə istinadən bildirir ki, Heydər Əliyev 1919-cu ildə doğulmuşdur.

Arkadi Vaksberq «Literaturnaya qəzeta»da (21 sentyabr 1988-ci il) dərc etdiyi «Gurultulu alqışlar” adlı oçerkində yazır: “Komissiya müəyyənləşdirdi ki, müharibə başlayanda Heydər Əliyev Bakıda Əzizbəyov adına Sənayə İnstitutunda təhsilini yarımçıq qoymuş və orduya çağırışdan yayınmaq üçün Vətəni Naxçıvana getmişdir. Orada belə bir sənəd düzəltmişdir ki, guya ağır formada ağ ciyər vərəminə tutulmuşdur və çağırışdan azaddır”.

Bayram Tahirbəyov isə 24 iyun 2001-ci ildə “Qorets” qəzetində (Bütöv Qafqaz ümumxalq aypara qəzeti) “Bayki «Bakinskoqo Bulvara” pro Qeydara, kotorıy Djavid» adlı məqaləsində yazır: “Ordudan tam azad olunma möhləti zöhrəvi və ruhi xəstəliklərə (9a və 9b) düçar olunmuş adamlara verilirdi. Heydər Əliyev bütün müharibə dövrünü «4 xaçlı” (++++) zöhrəvi xəstə arayışı ilə keçirmişdir. Şəxsi işi hərbi komissarlığın arxivindən saxlanılır».

A. Vaksberq “Literaturnaya qazeta»da göstərilən oçerkində yazır: «Heydər Əliyev müharibədən sonra əvvəlkinin məzmununa tamamilə zidd olan, yəni orduda xidmət etdiyini, müharibə iştirakçısı olduğunu bildirən sənədlər təqdim etmiş və ona görə də asanlıqla instituta bərpa olunmuş, lakin orada oxumamış, universitetin tarix fakültəsinin üçüncü kursuna keçmişdir. Həmin fakültəni qiyabi bitirmişdir, gərək ki, 1957-ci ildə”.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) arxivində də Heydər Əliyevə aid olan heç bir sənəd yoxdur(?!)

Lakin müəllifləri Sadıq Şükürov və Mübariz Səfərov olan “Millət Atası” kitabında (Bakı, “Təhsil” nəşriyyyatı, 2000ci il, səh.16) yazılmışdır: “1944-cü ildə Heydər Əliyev Bakıda Dövlət təhlükəsizlik orqanına işə göndərildi. Bu idarədə o, pillə-pillə yüksəldi, xalqının tarixini öyrənmək fikrinə düşdü (Heydər Əliyevin öz xalqını tarixini necə öyrəndiyini 2-ci fəslin «Düşmənlərə abidə” bölməsində oxuya bilərsiniz — müəllif), 1951-ci ildə Bakı Dövlət Universitetinin tarix şöbəsinə aşağıdakı fənnərdən qəbul imtahanı verdi:

1.  10.08 —  «Alman dili» — yaxşı

2.  13.08 —  «Azərbaycan ədəbiyyatı (yazılı)“ — ə’la

3.  14.08 —  «Azərbaycan ədəbiyyatı (şifahi)” — ə’la

4.  14.08 —  «SSRİ tarixi (şifahi)“ — ə’la

5.  14.08 —  «Rus dili (yazılı)” — ə’la

6.  14.08 —  «Rus dili (şifahi)“ — ə’la

7.  15.08 —  «Coğrafiya (şifahi)” — ə’la

Qəribə deyilmi? Bu kitabın müəllifləri, şübhə yaranmamaq üçün, heç olmazsa Heydər Əliyevin bir gündə dörd fəndən deyil, bir fəndən imtahan verdiyini göstərsəydilər, daha inandırıcı olardı. Axı, o vaxt imtahanlar testlə verilmirdi. Bir gündə ancaq bir, yaxud da iki fəndən imtahan götürülürdü.

Professor D. Cəfərov isə “Müxalifət” qəzetinə verdiyi müsahibədə bildirir ki, “Heydər Əliyev indiki BDU-nun tarix fakültəsinin rus bölməsinə, özü də birbaşa 3-cü kursa qəbul edilib. Qiyabi təhsil alan sabiq dövlət başçısı dərslərə gəlməz, imtahanlarda müəllimlərə rüşvət təklif edərdi. Onun müəllimlərindən biri Məlik Orucov idi. Əliyev ona imtahan üçün yüz manat pul vemrişdi. Sonradan Əliyev 1-ci katib olanda  Məlik Orucov bütün tanışlarına deyirdi ki, əgər Heydər Əliyeviç soruşsa ki, Məlik Orucov sağdır, deyin o çoxdan ölüb. Halbuki sağ idi və heç də qorxaq kişi deyildi. Amma Heydər Əliyev nə istəsə onu da edərdi. Kimi istəsə öldürər, kimi istəsə tutdurardı”.

Göründüyü kimi, müəllifləri S. Şükürov və M. Səfərov olan “Millət Atası” kitabında Heydər Əliyev əla qiymətlər almaqla qəbul imtahanları verib Bakı Dövlət Universitetinə qəbul imtahanları verib Bakı Dövlət Universitetinə qəbul olunması barədə məlumat tamamilə yalandır. Şübhəsiz ki, bu kitab dövlət sifarişi ilə məqsədyönlü yazdırılmışdır. Yeganə məqsəd də Heydər Əliyevin cinayət əməllərinin üstündən pərdə çəkmək üçün onu “millət atası” kimi reklam etdirməkdir.

Həmçinin, professor D. Cəfərov BDU-nun şərqşünaslıq fakultəsində təhsil alan Heydər Əliyevin qızı Sevilə də dərs deyib. O da atası kimi dərsə gəlmirmiş. Elə buna görə də o, imtahanda Sevilə üiymət yazmayıb. O vaxtı rektor Faiq Bağırzadə D. Cəfərovun əvəzinə Sevilə beş yazıb. Bu isə müəllimlə rektor arasında münaqişəyə səbəb olub.

A. Troşin “Profil” jurnalındaki məqaləsində göstərir ki, Heydər Əliyevin qardaşı Həsənin köməyilə 1944-cü ildə təhlükəsizlik komitəsinə işə düzəlir və sürətlə irəliləyir. Artıq 4 ildən sonra, 1948-ci ildə əks-kəşfiyyatla məşğul olan 5-ci idarənin rəisi olur. Elə bu ildə də Dağıstan MSSR Vilayət Komitəsinin birinci katibi Əziz Əliyevin qızı zarifə xanımla ailə qurmasından heç altı ay keçməmiş əxlaqsızlıqla məşğul olmağa başlayır. O vaxt Bakıda Heydər Əliyevin əlində bir neçə gizli mənzil vardı. Bu mənzillərdə də o əxlaqsızlıqla məşğul olurdu.

Təhlükəsizlik Komitəsinin rəhbərliyi Heydər Əliyevin bu mənzillərdə Uktayna millətinə mənsub olan iş yoldaşı ilə eyş-işrətlə məşğul olmasından xəbər tutur. Həmin dövrün qayda-qanununa müvafiq olaraq, Təhlükəsizlik Komitəsinin əməkdaşları olan qız və həmçinin də Heydər Əliyev tutduqları vəzifələrindən azad olunmaqla bərabər, partiyadan da xaric olunmalı idilər. Ukrayna millətinə mənsub olan qız işdən azad olunur. O vaxt Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev Azərbaycan SSR Dövlət Nəzarət Komissiyası sədrinin birinci müavini akademik İmam Mustafayevə yalvarıb-yaxarırdı ki, Heydərin işdən çıxarılmaması üçün kömək etsin. İ. Mustafayev də DTK sədri Quskovdan xahiş edir. O isə razılıq vermir. Sonra İ. Mustafayev milli kadr kimi qalıb işləməsi məsələsini qaldırır və çox çətinliklə buna nail olur. Son nəticədə Heydər Əliyev işdən qovulmur. Onun rütbəsini kiçik leytenanta kimi endirməklə bərabər, ən aşağı vəzifəyə təyin edirlər. Eyni zamanda da şəxsi işinə tikilməklə ona partiya töhməti verilir. Sonra o, akademik İ. Mustafayevin köməyi ilə milli kadr kimi vəzifə pillələrinə yüksəlir.

Heydər Əliyevin amoral həyat tərzi sürməsi aşağıdaki faktlarla da təstiqlənir.Moskvada çıxan “Kommersant vlast” jurnalının 22-28 dekabr 2003-cü il tarixli sayında “Kim bilirdi ki, o sonradan Siyasi Büronun üzvü olacaq?” başlıqlı məqalə dərc olunmuşdur. Bu məqalənin tərcüməsi “Yeni Müsavat” qəzetində / 2 fevral 2004-cü il / dərc edilmişdir. Məqalənin müəllifi Yevgeni Jirnov vaxtilə Heydər Əliyevlə birlikdə işləmiş insanların xatirələrini oxuculara çatdırır:

“Heydər Əliyevin hakimiyyətə yüksəlişi heç nə ilə seçilməyən adi bir hadisədən başlayıb. Moskvadan Bakıdakı həmkarlarını yoxlamağa gəlmiş DTK (KQB) generalları çox vacib əməliyyatların iştirakçıları ilə görüşəndən sonra öz təəssüratlarını bölüşürlər.

SSRİ DTK-nın 2-ci idarəsinin keçmiş rəisi Yevgeni Ritevranovun dediklərindən: «Əməliyyatların mahiyyətindən danışmaq, əlbəttə ki, olmazdı. Ancaq Eytinqon mənə dedi ki, iranlılara qarşı yaxşı işləyən gənc əməliyyatçı Əliyevə diqqət yetir. Əliyevin hansı keyfiyyəti ilə seçildiyi məlum deyil. Ancaq Meksikada Lev Trotskinin aradan götürülməsinə rəhbərlik etmiş general Eytinqonun sözləri böyük əhəmiyyət daşıyırdı. Pitevranova gəldikdə, o, tezliklə H. Əliyevlə yaxından tanış olmaq imkanı qazanır: «Kadrlar idarəsindən yanıma 7-8 nəfər göndərdilər ki, mən onların irəli çəkilməsi barədə rəy verim. Bu adamların hamısı müsəlman respublikalarını təmsil edirdi. Onlardan biri olan H. Əliyev mənə hazırlıqlı kadr təsiri bağışladı.”

H. Əliyevin çekist üçün lazım olan bütün keyfiyyətlərə, o cümlədən adi insan üçün mənfi sayılan xüsusiyyətlərə malik olduğunu görən Pitevranov onun Azərbaycanda əks-kəşfiyyata rəhbərlik edə biləcəyi barədə rəy verir və o, bu vəzifəni alır. Sonradan hər dəfə Moskvaya gələndə Əliyev cənublulara xas tərzdə bu adama hörmət-izzət göstərir. Ancaq bu tanışlıq Əliyevə az müddətə kömək edə bilir. 1951-ci ildə Lubyankadaki növbəti təmizləmə zamanı Pitevranovu həbs edirlər. Bir müddət sonra Əliyev də xoşagəlməz halla qarşılaşır, belə ki, onu amoral həyat tərzi keçirməkdə günahlandırırlar.“

Heydər Əliyevin amoral həyat tərzi” üzərində bir şərh

  1. Men istemirem ki, amoral heyat surmush, DTK (KГБ) generali, ne adi, ne tehsili belli olmayan, “men azerbaycanliyam ve bununla fexr edirem” deyen, amma diger millete mensub olan kes menim azerbaycanlilarimin “atasimi” deyirler, ne bilim “onderi”mi deyirler, herchend ki, bu soz (onder) son vaxtlar yaranib, OLMASIN!!!
    Azerbaycanin ve azerbaycanlilarin bashina olmazin dushmen hereketleri achirlar.
    Azerbaycan torpaqlari belenchi insanlar terefinden satilib, bagishlanib…
    Men milletperest deyilem, beynelmichel insanam. Amma, azerbaycan milletimi sevirem.
    Yashasin Azerbaycan!

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 08.09.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: