Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

SÖZDƏ DEMOKRATLAR…

imagesSosial şəbəkə istifadəçiləri arasında son zamanlar ən çox dəbdə olan sözlərdən biridir “demokratiya”, daha doğrusu, “demokratik”, “liberal” sözləridir. Xüsusilə feysbuk fəallarının dilindən düşmür bu sözlər. Məlum olduğu kimi bu demokratiya adı bütün dünyanı cənginə alıb, dadı olmasa da, adını hamı bilir.

Bizim bu “demokratlar”, özləri hamını tənqid edə, söyüş söyə, hər bir hərəkəti edə bilərlər, onlara qarşı çıxanları isə yıxıb sürüyərlər ki, bəs biz azadıq, libaralıq, demokratıq və sair, ilaxır.

Lap yaxşı, bəs onda niyə sizi tənqid edəndə, səhvlərinizi deyəndə qəbul etmirsiniz? Bildiyim qədəri ilə demokratlar həm də tənqidi qəbul etməlidilər axı. Siz mükəmməl deyilsiniz, unutmayın, doğrularınız olduğu kimi yalnışlarınız da var, onları qəbul etməyi bacarın. Təkcə şüvənlik edib, hay-həşir salmaqla demokrat olmur insan. Öz həyatınıza gələndə, “bu mənim həyatımdır, heç kim qarışmasın” deyirsiniz, amma özünüz haqqınız olmadığı halda başqalarının şəxsi həyatını müzakirəyə çıxarır, onları tərbiyəsiz adlandırırsınız.  Xüsusəndə təhqiri tənqidlə yerini dəyişik salırsınız. Bəlkə, özünüz də demokrat olasınız bir az…

Bir çoxları Avropa siyasi mühacir statusu almaq üçün sosial şəbəkədə oturub hakimiyyət barədə ağzına gələni döşəyir, oturum aldıqdan sonra isə izləri tozları belə qalmır. Bəziləri isə sosial şəbəkədə oturmaqla, bütün gün status yazıb siyasi şəxsləri tənqid, təhqir etməklə məşğuldular. Əl çəkin bu Rəsulzadədən, Elçibəydən. Onlar yanlışı ilə, doğrusu ilə etdiklərini etdilər tarixdə, öz izlərini qoyub haqq dünyasına getdilər. Tarixi təhqir etməklə yaddaşda qalmaq istəyirsiniz, başa düşürəm. Amma bu günə və sabaha baxın. Bir özünüzə sual verin ki, siz nə tarixi addım atmısız? Hansı işlə yadda qalmısınız? Mən deyim, heçnə ilə!!!

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 03.09.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: