Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Xədicə İsmayıl “hakimlərə” dərs keçdi…

image-2014-12-6-18763448-41-khadija-ismayilovaJurnalist Xədicə İsmayılova bazar ertəsi məhkəmədə yekun çıxışında ona qarşı irəli sürülmüş bütün ittihamları təkzib edərək, təqibinin siyasi motivli olduğunu bildirib.

“Məhkəmə zamanı aşkar olub ki, cinayət işi saxtalaşdırılıb, şahidlərə təzyiq göstərilib, ifadələr məcburi şəkildə, bəzən isə imzaların saxtalaşdırılması ilə alınıb”, deyə o bildirib.

“Tural Mustafayev özü məhkəmədə etiraf edib ki, onun mənə qarşı şikayəti böhtan idi. Onu buna MTN və Bakı Prokurorluğu məcbur edib. Bu, 2011-ci ildə mənim yataq otağımda kamera quraşdıran, sonra isə məni şantaj edən həmin MTN-dir. Bu, bu cinayəti araşdırmayaraq, ört-basdır edən həmin şəhər prokurorluğudur”, deyə jurnalist bildirib.

Hökumət onu özünü öldürmə həddinə çatdırmaq üçün əlindən gələni edib, amma o, güclü çıxıb. “Onlar şəxsi həyatıma burunlarını soxdular, sınmadım, şantaj etdilər, əyilmədim. İndi 15 il, lap 25 il həbslə də sınan deyiləm. Məni Elmar Hüseynov, Rafiq Tağı, yaxud Rasim Əliyevi susdurduqları kimi də susdura bilərdilər. Amma mən işimi ehtiyatlı tutmuşdum. Hər zaman yanımda adam vardı. Heç vaxt tək qalmırdım”, deyə jurnalist bildirib.

Prezidentin ailəsinin xalqın pullarını necə oğurladığını və ofşorlara keçirdiyini aşkar edən şəxsə qarşı vergidən yayınma ittihamı irəli sürmək gülünc idi, deyə İsmayılova bildirib.

Jurnalisti mənimsəmə və israfçılıqda ittiham etmək də axmaqlıq idi. Çünki o, özü həmkarları ilə birlikdə hakimiyyətin 1 km-lik yol tikintisinə 60 mln. xərclədiyini araşdırıb, bir halda ki, işlərin dəyəri 6-7 mln. təşkil edirdi.

Bayraq Meydanının və “Kristal Hall”un tikintisində də eyni vəziyyət olub.

“ Amma prokurorluqdan fərqli olaraq, yazılarımızı sənədlər və faktlarla əsaslandırmışıq, daha fərziyyə və ehtimallarla deyil. Özü də mənə qarşı irəli sürülən ittihamdan fərqli olaraq, mənim yazılarımın qəhrəmanı olan İ.Əliyev həqiqətən də ona etibar edilən dövlət büdcəsindən israf edib və onun israfçılığının benefisiarları öz ailə üzvləri – övladları olub. Bunu mənim yazılarıma əlavə etdiyim şirkətlərin təsis sənədləri, sərəncamların surətləri açıq-aydın göstərir.

Prokurorluq və vergi müfəttişləri isə nəinki mənim səlahiyyətimi təsdiq edən sənəd, hətta mənim imzam olan bircə müqavilə, bircə ödəniş tapşırığı ortaya qoya bilmədilər”, deyə İsmayılova bildirib.

308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə ilə ittihama toxunan İsmayılova bildirib ki, o, araşdırmalarında prokurorluq işçilərindən daha uğurlu olub. “Məsələn, Çovdar da daxil olmaqla 6 qızıl yatağını işlətmək üçün məhz prezidentə məxsus şirkətlə müqavilə bağlamaq tapşırığını heç kimin yox, məhz prezidentin verdiyini sübut edən sənədi yazıma əlavə etmişdim.

Eyni ailənin dövlət kontraktlarını asanlıqla tendersiz ələ keçirməsini, dövlət banklarını qanunsuz özəlləşdirməsini, sənaye müəssisələrini qəpik-quruşla özəlləşdirməkdən əvvəl ailə başçısının sərəncamı ilə dövlət büdcəsindən o müəssisələrə milyonlar axıdılmasını da sənədlə, sübutlarla göstərmişəm”, deyə İsmayılova bildirib.

192-ci maddəyə (qanunsuz sahibkarlıq) toxunan İsmayılova bildirib ki, bu, onun “sevimli maddəsidir”.

“Qanunsuz sahibkarlıq nədir, bilirsinizmi? Prezident, baş nazir, deputat ola-ola sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qanunsuzdur. Mən və xarici həmkarlarım Vircin adalarından şirkətlərdə prezidentin şəxsən təsisçi olduğunu görəndə çox təəccüblənmişdik. O, bu şirkəti açanda hələ prezident deyildi, amma artıq deputat və ARDNŞ-in vitse-prezidenti idi. Baş nazir, sonra prezident oldu, şirkəti isə əldən vermədi.Mehriban Əliyevanın Panamadakı şirkətlərin sənədlərində adını görəndə təəccüblənmişdik. Amma nə olsun? Prokurorluq bu təəccübümüzü bölüşmədi”, deyə İsmayılova bildirib.

2011-ci ildə onun araşdırmasının Azərbaycan Beynəlxalq Bankındakı fiqurantları indi daha böyük mənimsəmələrdə ittiham olunur.

İsmayılova həmçinin binaların təhlükəli materiallarla üzlənməsi haqqında araşdırmalarını xatırladıb və mayın 19-da 15 nəfərin həyatına son qoymuş yanğın göstərib ki, jurnalistlər vaxtilə həyəcan təbili çalırdılar.

İsmayılova ona görə narahat olmamağa çağırıb, çünki o, yoldaşları – Leyla Yunus, İntiqam Əliyev, Anar Məmmədli, İlqar Məmmədli, Tofiq Yaqublu, Rəşadət Axundov, İlkin Rüstəmzadə və digər din və vətəndaş fəalları və jurnalistlərlə birlikdədir.

O, beynəlxalq hüquq müdafiə qurumlarına və səfirliklərin əməkdaşlarına minnətdarlığını bildirib. “Düzdür, bu məhkəmə zallarında gördükləri qanunsuzluqlar onların səfirlərinə korrupsiya ilə sulanmış layihələri alqışlamağa, ölkə başçılarına diktatorun əlini sıxmağa mane olmur. Amma yenə də sağ olsunlar”, deyə İsmayılova bildirib.

“Nəhayət, Ramella xanım (hakim), sifariş verilən hökmü oxuduqdan sonra sizə də xoş istirahətlər arzulayıram. O gün olsun istirahətinizi vicdanınız ağrımadan, vicdanınızı susdurmadan keçirə biləsiniz. Ümid edirəm, imza atdığınız pisliklərin bumeranq effekti sizdən və yaxınlarınızdan yan keçər. Hərçənd, enerjinin itməməsi qanunu bu ümidlərimə çox da yer qoymur”, deyə İsmayılova çıxışını bitirib.

azadlıq.info

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 01.09.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: