Siyasi baxışlara görə daha bir ailəyə cəza kəsildi.
Xalq Cəbhəsi Partiyasının Mingəçevir şəhər fəalı və hal-hazırda siyasi mühacirətdə olan Emil Cəfərlinin qardaşı Pərvin Cəfərov qardaşının siyasi baxışlarına görə 20 gün müddətinə inzibati həbs edilib.
Bunun ardınca AXCP Gənclər Komitəsinin Mingəçevir şəhər şöbəsinin sədri, eyni zamanda Emil Cəfərlini dayısı oğlu Qara Allahverdiyev polis şöbəsinə aparılıb və onada 20 gün inzibati həbs verilib.
Eyni zamanda da Emil Cəfərlinin həyat yoldaşı işdən çıxarılıb.
Siyasi baxışlara görə insanı ailə ilə susdurmağa çalışan cinayətkar hakimiyyət anlamır ki, bununla heçnə əldə edə bilmir, əksinə uçuruma gedir!