Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

“Demokratiyanın Müdafiəsinə Kömək” İctimayi Birliyi ölkədə baş verən qanunsuzluqlarla bağlı bəyanat yaydı

1438895306_1“Demokratiyanın Müdafiəsinə Kömək” İctimayi Birliyinin 2015 ci il noyabr ayında Azərbaycanda keciriləcək parlament seckiləri Ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir: Azərbaycan xalqı və bütün demokratik ölkələrinə məlumdur ki, 1993 cü ildən bu günə qədər Ölkəmizdə kecirilən bütün seckilər Prezident, Parlament və Bələdiyə seckilərinin nəticələri hakimiyyətin maragına və istəyinə uygun total sürətdə saxtalaşdırılıb. 2010-cu il parlament seckilərində 89 saylı Göycay- Agdaş secki dairəsindən müstəqil namizəd kimi 5 noyabr 2010-cu il tarixdə ictimyi televiziyada 4 dəqiqəlik cıxışımda ölkədə tugyan edən rüşvət və korrupsiya faktlarları barədə cıxış etdim. Hakimiyyət orqanlarından bu faktları araşdırılmasını tələb etdim. Secki zamanı minlərlə saxta bülleteyyn (Cinayyət hadisəsinin maddi subut kimi )əldə edib prokurorluq orqanlarına və Mərkəzi Secki komissiyasına təqdim etsəmdə, şəxsən baş prukuror Zakir Qaralov qanunsuz olaraq mənə qarşı Az.Res Cinayyət Məcəlləsinin 159 və 160 maddələri üzrə cinayət işi başlamış və 2011 ci il Aprel mitinqləri zamanı polisə müqavimət adı altında 15 gün inzibati qaydada həbs edilərək 2011 ci il may ayının 2də yuxarıda qeyd edilən maddələrlə ittiham elan edilərək barəmdə siyasi sifarişlə həbs qəti imkan tədbiri secilmişdir. 29 avqust 2011 ci il tarixdə Göycay rayon məhkəməsinin hokumü ilə 3 il azadlıqdan məhrum edildim. Dünyanın demokratik dövlətləri ABŞ və Avropanın aparıcı dövlətləri bu qanunsuz həbsi siyasi sifariş kimi qiymətləndirirək mənim dərhal azadlıga buraxılmagımı tələb etmişlər İnsan haqlarını müdafiə edən təşkilatlar məni vicdan məhbusu elan etmişlər Amerikanın nüfuzlu FORBES jurnalı məni dünyanın 10 ən nufuzlu hüquq müdafiəcilərindən biri elan etmişdir ABŞ departamentinin səlahiyyətli nümayəndəsi Tomas Meliya 2011 ci ildə dövlət departamentində cixışı zamanı mənim həbsimin qanunsuz və sifarişli oldugunu bildirmiş və mənim dərhal azadlıg buraxılmagımı Azərbaycan hakimiyyətindən tələb etmişdir. Avropa şurası və beynalxalq hüquq müdafiə təşkilatların təpkilərindən sonra 2012 cü ilin dekabr ayında Prezidentin fərmanı ilə azdlıga buraxılmışam. Mənim həbsimin əsas səbəbləri 1) 2010 cu ildə Azərbaycanda kecirilən parlament seckilərinin saxta olamsını subut etməyim 2) 2011 ci ildə Azərbaycan demokratik qüvvələrin dinc nümayişində iştirak etməyim və hüquq müdafiəcisi kimi 2007 ci ildən 2011 ci ilə qədər peşə fəaliyyətimlə əlaqədar olmuşdur Ötən illərin xalqımız ücün acı təcrübə göstərdi ki, Azərbaycan xalqı ədalətli secki hüququndan məhrum olunmuşdur. Ədaləti bərpa və secki mandatı ugrunda mübarizə aparan insanları həbs və azadlıqdan məhrum etmə cəzası gözləyir. Bütün bunlar mənim peşə fəaliyətimlə baglı olaraq Azərbaycanda və xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması ilə baglıdır Represiya maşının demokratiya ugrunda mübarizə aparan hüquq müdafiəcilərinin, jurnalistlərin,ictimayi-siyasi fəalların qanunsuz sifarişli həbsi və ədalətsiz məhkəmə hokum ilə azadlıqdan məhrum etməsinin növbəti mərhələsi məndən də yan kecməyəcəyidə bütün ictimayətə məlumdur. Lakin bütün bu cətinliklərə baxmayaraq mən 2015 ci il parlament seckilərində iştirak etmək qərarındayam baxmayaraq ki seckilərin nəticələri əvvəlcədən məlumdur və kimlərin saxta mandate alacagı təsdiq edilib Mənim ali məqsədim Azərbaycanda keciriləcək Parlament saxtakarlıgını təkrarən subut etməkdir. Hal-hazırda mənim ölümlə hədələnməyim və həyatıma sui-qəsdlə baglı faktların maddi subutum var . Əgər parlament seckilərinə qədər və sonrakı dövrlərdə həyatıma sui-qəsd olunarsa və ya həbs olunacagım halda bütün məsulyət hakimiyyət orqanlarının üzərinə düşəcək.

DMK İB- nin prezidenti sabiq vicdan məhbusu hüquq müdafiəcisi Vidadi İsgəndərov(İsgəndərli)

24 avqust 2015 ci il Bakı Şəhəri

edaletsizlik.com

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 25.08.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: