Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Emin Milli Elçibəyi ittiham edir…

10988499_716550765131015_2264778654928226081_nSon günlər Meydan TV-nin rəhbəri Emin Milli Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəy barədə şok açıqlamalarla çıxış edib. Emin Milli Elçibəyin qaçaraq Heydər Əliyevə hakimiyyəti verməsi barədə ardıcıl bir-neçə statuslar paylaşıb. Paylaşdığı statusları olduğu kimi diqqətinizə çatdırıram..

Birinci status.

Dövlət cinayəti edərək hakimiyyəti öz xalqının cəlladı Heydər Əliyevə təslim edən Əbülfəz Elçibəy heç vaxt bağışlana bilməz. Tarix onu heç vaxt bağlşlamayacaq. Bu gün vətəndaşlara qarşı bu hakimiyət tərəfindən törədilən hər bir cinayət Elçibəyin səhvlərinin və siyasətinin nəticəsidir.

Yalçın Nəsirovun bu barədə gözəl tarixi yazısını bir daha oxuyun. YAP mifologiyasına qarşı necə mübarizə aparılırsa AXC/AXCP/Müsavat mifologiyası ilə də eyni cür mübarizə aparmalıyıq. Bu xalq miflərdən, kultlardan, bütlərdən, dahi liderlərdən azad olmalıdır. İndi xalqa professional şəkildə xidmət edən insanlar lazımdır.

Yalnız onda biz yaxşı idarə edilən və firavan dövlətin vətəndaşları ola biləcəyik. Yosxa bir cəlladın heykəlini yıxıb əvəzində səriştəsiz və savdsız bir siyasətçinin mifini bu xalqa sırımaq lazım deyil. Rüşvət almamaq isə hələ xalqına xidmət etmək və onun marağlarını qoruya bilmək demək deyil. Bu qanunun hər kəsə ünvanlanan sadə bir tələbidir.

İkinci status

Həqiqət belə bir kateqoriyadır ki, sentimental hisslərlə hesablaşmır. Elçibəy və Heydər Əliev cütlüyü barəsində hələ çox yazılacaq və siyasətçilər bunun qarşısını heç vaxt ala bilməyəcəklər. Tarix isə mütləq öz nöqtəsini bu məsələdə də qoyacaq.

Bütün siyasətçilər bu xalqa xidmət edən nökər olmaq funksiyası ilə barışmalıdılar. Elçibəy isə tarixdə ən yaxşı halda səriştəsiz və savadsız bir siyasətçi kimi qalacaq. Onun rüşvət almaması da bizə bir igidlik kimi sırımaq lazım deyil. Bu qanunların tələbidir və qəhrəmanlıq kimi təqdim edəilə bilməz. Yalnız bununla dövlət idarə etmək mümkün deyil.

Elçibəyin səhvlərinin və ya Heydər Əliyevlə kolaboratsionizminin nəticələri isə hələ də bizim həyata məhvedici təsirini göstərməkdədir. Bəlkə də ölkənin və dövlətin tam məhvinə də gətirə biləcək qədər güclüdür o təsir.

Yalçin Nəsirovun məqaləsi çox aktual, intelektual və dərin siyasi mənası və gücü olan bir məqalədir. Bu məqaləyə hələ səviyyəli cavab verə biləcək bir insan görməmişəm.

Elçibəyin Heydər Əliyevə hakimiyyəti təhvil etmə əməliyyatını (cinayətini) isə heç kim və heç vaxt gizlədib örtbasdır edə bilməyəcək. Bu barədə mütləq sənədli və bədii filmlər də çəkilməlidir.

Niyə bu müzakirələr davam etdirilməlidir?

Çünki hələ də Elçibəy yolunu bu xalqa sırımaq istəyən bir qrup siyasibazlar var. Onlardan özümüzü mütləq qorumalıyıq. Əgər özümüzü və uşaqlarımızı belə bir siyasi oyunun qurbanları rolunda bir daha görmək istəmiriksə.

Üçüncü status

Əslində həmişə utanmışam bu barədə xarici dostlarla danışmaqdan.

Mövcud müxalifətin Əbülfəz Əliyev haqqında xalqın bildiyi həqiqəti xalqa deməməsi, əksinə həqiqəti örtbasdır etmələri, xalqı bu muxalifətdən həmişə şübhələndirib. Həbsdə olanda və rayonlarda, müxtəlif yerlərdə və zamanlarda özüm bunun şahidi olmuşam.

Dünyada kimə danışsan ki, bizim demokratik liderimiz hakimiyyəti oz xoşu ilə KQB generalına təhvil verib gedib dağlara, sənə deyərlər ki, o adam əslində kim olub.

Amma biz isə bu gün bu sadə həqiqəti belə sübut eləməliyik. Əslində həmişə utanmışam bu barədə xarici dostlarla danışmaqdan. Ən çox Ukrayanada bu barədə danışmaqdan utanmışam. Əminəm ki, anlaya bilməzdilər.

Çexiyada isə bir dəfə utanmadım dostlara dedim ki, təsəvvür edin ki, Havel hakimiyyətə gəlib və bir ildən sonra hakimiyyəti keçmiş KQB generalına rəsmi verir və gedir. Çox pis oldular. Bizə yazığları gəldi. Anlamadılar.

Elə mən də bəzən heç anlaya bilmirəm. Arxivlər isə hələ də bağlıdır.

Tural Məhərrəmov 

24.08.2015

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 24.08.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: