Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ramil Usubov daxili işlər naziri deyil, cinayətkarlar naziridir!

din1Ələsgər Bədəlov kimdir?

Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlov 1952-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. İsmayıllı rayon Polis Şöbəsində rəis müavini vəzifəsində işləmiş və sonradan Yevlax rayon Polis Şöbəsinə rəis təyin edilmişdir. 2004-cü ildə Yevlax şəhərinə yeni təyin edilmiş icra başçısı (hal-hazırdaki Gəncə şəhər icra başçısı) Elmar Vəliyevin hər bazar ertəsi günü keçirdiyi vətəndaşların qəbuluna Ələsgər Bədəlov polisin gündəlik geyim formasında gəlmədiyi üçün Elmar Vəliyevlə aralarında böyük narazıçılıq olub və həmin narazıçılıq nəticəsində E.Vəliyev Ələsgər Bədəlova Yevlaxdan uzaqlaşmağa 1 gün vaxt vermişdir. Həmin gün də Ələsgər Bədəlov nazirin qəbuluna gedərək, Mingəçevir şəhərinə təyinat aldı.

Təyinatının 2-ci ayında mal-qara oğurluğunda şübhəli bilinən Kəlbəcər məcburi köçkünü Cinayət Axtarış Bölməsinin rəisi polis mayoru İlqar Abbasovun xidməti otağında döyülərək öldürülmüşdür. İlkin rəsmi məlumata görə avtonəqliyyat hadisəsi yəni piyada yolu keçərkən onu avtomaşın vurub qaçmışdır, məlumat yaydılar. Sonradan qohumlarının şikayətləri nəticəsində bununla bağlı Polis Şöbəsinə  xidməti yoxlama gəldi, Ələsgər Bədəlovu “sudan quru çıxarıb” 6 polis işçisini (CAB-nin rəisi daxil olmaqla) vəzifədən kənarlaşdıraraq, istintaqa göndərmiş və nəticədədə 6 nəfər həbs edilmişdir.

11928726_161527510847653_2832784700236567557_nMəlumat üçün qeyd edim ki, Mingəçevir şəhərinə Ələsgər Bədəlovun əlindən yeni modelli avtomaşınla və ya pul qazanıb Rusiyadan və ya hər hansı xarici ölkədən gəlmək mümkün deyil. Həmin avtomaşının sahibi və ya həmin pulnan gələn şəxs həmin axşam polis şöbəsinə çağrılaraq, cibinə narkotik maddə qoymaqla hədə-qorxu edilərək, külli miqdarda pullar alınıb, azadlığa buraxılır.

Bu qurbanlardan biridə 27 yaşlı Bəhruz Hacıyev olmuşdur, bu insan Rusiya Federasiyasından evinə dönərək ana yurdu olan evdə təmir işləri aparırmış, Ələsgər Bədəlov daimi istifadə etdiyi ssenariyasını işə salaraq, əməliyyat müvəkkili vasitəsi ilə həmin şəxs polis şöbəsinə gətizdirilir, hədə-qorxu edilib və nəticədə də müəmmalı şəkildə bu şəxs polis şöbəsində ölmüşdür. Yenidən Ələsgər Bədəlovun 2005-ci ildə işlətdiyi ssenarini işə salaraq,  Bəhruz Hacıyev  guya özünü balkondan atması ilə bağlı məlumat yaymışdır. Sonradan eyni hal yenidən baş verdi, şöbədə daxili təhqiqat yoxlaması olaraq və nazirin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə orqandan xaric edilib və istintaqın təqdimatına əsasən barəsində həbs-qətiimkan tədbiri seçildi. Nəticədə əmr qulu olan həbs edildi lakin əsl cinayətkar Ələsgər Bədəlov isə şiddətli töhmət intizam cəzası ilə canını qurtardı. Bu can qurtama əməliyyatı nə qədər baş verməlidir?

28.01.14_4-big Bunlardan başqa, onun həmin şöbədə xidməti zamanı həmin Polis Şöbəsində onun sifarişi ilə 18 dəfə xidməti yoxlama olmuşdur və hər yoxlama nəticəsində də 15 nəfərə yaxın yüksək post tutan polis zabitləri işdən azad olunmuşdur. Lakin bu şəxs barəsində bir dəfə də olsun, intizam cəzası tətbiq edilməmişdir. Buna isə səbəb, həmin vakant vəzifələrə yenidən pul alaraq, kadr yığmaqdır. Bir sözlə bu insan pula görə hər şeyini satar!

Yuxarıda qeyd etdiyim kimi Ələsgər Bədəlov 1952-ci il təvəllüddür yəni bu insanın 63 yaşı var. Polis Haqqında qanuna və polis xidmətkeçmə haqqında əsasnaməyə əsasən orta və böyük rəis heyəti 55 yaşa qədər polis sıralarında xidmət edə bilərlər, müstəsna hallarda 60 yaşa qədər yaş həddi uzadıla bilər. Maraqlıdır bu insanın 63 yaşı var, və bütün müstəsna halları ötüb keçib Daxili İşlər Naziri Ramil Usubov hara baxır?

Bu insanın bir gün ərzində başqa rayona rəis təyin edilməsi və bu qədər cinayət törədərək bugünə kimi həbs edilməməsi onun subutudur ki, bu şəxs Ramil Usubovun yaxın çevrəsidir.

Belə bir ssenarilərlə insanların həyatı ilə oynayan şərəfsiz polis rəislərinə bu şəraiti yaradan daim dəstək duran Ramil Usubovun özü olubdur. Necə deyərlər “Balıq başdan iylənər!!!”. Daxili İşlər Nazirliyini ailə biznesinə çevirən və eyni zamanda, bu quruma bir biznes sahəsi kimi görən nazirdən başqa nə gözləmək olar?  

Bu nazir deyilmiydi, Hacı Məmmədov dəstəsinə “krışalıq” edən? Məss bu nazir deyilmi, Hacı Məmmədov keçmiş vəzifəsini həyata keçirdən Baş Mütəşəkkil Cinayətkarlarla Mübarizə İdarəsinə (Bandotdel) rəhbərlik edən?

Əlbətdə, belə bir cinayətkar dəstələrə rəhbərlik edən şəxs üçün Ələsgər Bədəlovun cinayətləri və qanunsuz əməlləri adi hal kimi görünməlidir. Çünki bu şəxs daxili işlər naziri deyil, cinayətkarlar naziridir!!!

TURAL MƏHƏRRƏMOV

22.08.2015

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 22.08.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: