Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Leyla Yunusa 8 il yarım, Arif Yunusa 7 il həbs cəzası

496F21EF-6F6A-4EFF-9557-1A0AA8F427B5_cx0_cy0_cw75_mw1024_s_n_r1Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların növbəti məhkəmə prosesi başlayıb.
Məhkəmə, əvvəlki proseslərdə olduğu kimi, yarıqapalı keçirilir.
Almaniya, ABŞ, Norveç səfirliklərinin nümayəndələri məhkəmə zalına buraxılıb. Nəzarətçilər digər diplomatik korpus nümayəndələrinə Xədicə İsmayılın məhkəməsinə getməyi tövsiyə edib.
Leyla və Arif Yunusların bugünkü məhkəmə prosesində vəkillər müdafiə çıxışı edəcək.

Leyla Yunus çıxışa vəkillərinə təşəkkür etməklə başlayıb: “Siyasi məhbusları müdafiə etmək böyük cəsarət tələb edir. Arifin vəkili Xalid Bağırov idi. Onu, ümumiyyətlə, Vəkillər Kollegiyasından uzaqlşdırdılar. Mənim vəkilim Əlayif Həsənov idi. Məni yalnız kişi nəzarətçilərin aparması, kamera yoldaşımın, mayor Yaqubovun döyməsi barədə mətbuata açıqlamalar verdiyinə görə onu barəsində mənimlə eyni kamerada saxlanılan, dəfələrlə məhkum olunmuş şəxs məhkəməyə müraciət etdi və məhkəmə də onun iddiasını təmin etdi. Əlayif Həsənov Vəkillər Kollegiyasından çıxarıldı. Digər vəkilim Cavad Cavadovu işdən kənarlaşdırmaq üçün şahid kimi dindirdilər. Lakin o dindirilmə iş materiallarında öz əksini tapmayıb. Fariz Namazlı gənc vəkildi. Mən başa düşdüm ki, ona da təzyiqlər var. Onu Vəkillər Kollegiyasından uzaqlaşdırmasınlar deyə özüm ondan imtina etdim. Ona görə deyirəm ki, vəkillərim böyük cəsarət göstərirlər. XIX əsrdə Derjavin yazırdı ki, qərəzli məhkəmə quldurlardan daha qorxuludur. Burda baş verənlər hazırda XIX əsrdə baş verənlərdən daha dəhşətlidir. Bu gün Azərbaycan eynilə keçmiş SSRİ-nin, qırmızı faşizmin yolunu davam etdirir. Bu gün diktaturayla mübarizə aparanlara qarşı repressiyalar həyata keçirilir. Keçmiş SSRİ-də CM-də 57-ci maddə vardi, bütün siyasi məhbusları bu maddə ilə ittiham edirdilər. İndi Azərbaycan, Özbəkistan kimi ölkələrdə 57-ci maddə yoxdu, ancaq siyasi, vicdan məhbuslarını ittiham etmək üçün CM-dəki bütün maddələrdən istifadə edirlər. Prokurorun istədiyi cəzanın müddəti məni təəccübləndirmədi. Çünki SSRİ təcrübəsini gözəl bilirdim, 20 ildir də Azərbaycandakı repressiyaları müşahidə edirəm”.

Leyla Yunus dövlət ittihamçısı ilə bağlı iradlar da bildirib: “Vəkillər dəqiq qeyd etdilər ki, bizim əməlimizdə cinayət tərkibi yoxdu. Prokuror çıxışında ittiham aktını təkrarladı, lakin bir-iki səhvə yol verdi. Əslində səhvlər çox idi, mən 1-2-sini deyəcəm. Bank əməkdaşları dedilər ki, biz heç bir qanunsuz hərəkətə yol verməmişik, öz hesablarımızdan istifadə etmişik. Prokuror isə deyir ki, Arif öz hesabından Leylanın hesabına pul köçürüb, hökumət mətbuatı da yazır ki, ümumiyyətlə, başqa hesaba pul köçürüb. Bizim Ariflə ümumi hesabımız vardı. Yəni Arif öz hesabından öz hesabına pul köçürüb. Prokurorluğun ağlı kəsməyib ki, bunu araşdırsın. Çünki xarici ölkədə ailənin bir neçə üzvünün eyni hesabı ola bilər. Digər ittihamlarla bağlı da sübutlar yoxdu. Bildirirəm ki, bu məhkəmə quldurluqdan da pisdir. Amma heç olmasa o şahid ifadələri protokolda öz əksini tapacaq. Qrant layihələrindən biz tərəvəz əkib satmamışıq, gəlir götürməmişik. Biz o layihələr çərçivəsində seminarlar, konfranslar keçirmişik.

Bu hökumət hər gün Qarabağdan danışır. Bəs niyə biz Qarabağla bağlı təbliğatda ermənilərə uduzuruq? Arif beynəlxalq konfranslarda ermənilərin mövqeyini darmadağın edən adamlardan biridir. Onun kitabları dünyanın bütün kitabxanalarında var – Londonda, ABŞ Konqresində. Biz bu gün təbliğatda ermənilrə qalib gələn adamların üzərində məhkəmələr qururuq. Ermənistanda isə Azərbaycana qarşı mübarizə aparan adamları həbs etmək heç ağıla gəlmir. Bu hökumət işğalçılara qarşı mübarizə aparanları məhv edir. Bu hakimiyyət sözdən qorxur. Bu məhkəmə göstərdi ki, siz hamınız sözdən qorxursuz. Ona görə də məhkəməni qapalı keçirirsiz, jurnalistləri, müstəqil şəxsləri düz sözü eşitməmələri üçün prosesə buraxmadız. Burada baş verənlər göstərdi ki, bizi müstəqil Azərbaycan uğrundakı mübarizəmizə görə tutublar. Eramızın V əsrində Aqustin yazırdı ki, ədalətsiz dövlət quldur dəstəsdir. Bu gün Azərbaycan da faşizmin varisi, quldur dəstəsidir”.

Hakim çıxışı kəsib: “Leyla Yunus, biz bura sizin leksiyanızı dinləməyə gəlməmişik”

Leyla Yunus: “Ən çətini odur ki, sizin bu gün bizim barəmizdə çıxaracağınız qərar bizim üçün ölüm hökmüdür. Çünki nə mənim, nə də Arifin səhhəti imkan vermir ki, uzun müddət həbsdə qalaq. Ancaq bu, bir tarixi məhkəmədir. Saxarovun məhkəməsi kimi. Bu gün Xədicə İsmayıla, İntiqam Əliyevə, Anar Məmmədliyə qarşı repressiyalar davam edir. 37-ci ildə kalonda yazırdılar: “Biz bu gün qum və ölüyük. Ancaq ölü vəziyyətdə də bizdən qorxursuz”.

Hakim: “Leyla Yunusova, qurtardız?”

Leyla Yunus: “Hə, Cəllad, qurtardım, siz öz işinizi görə bilərsiz”.

“Babəkin bu sözü bizim üçün devizdi”

Sonra Arif Yunus son söz deyib. O, ilk növbədə, Leyla Yunusa öz minnətdarlığını bildirib: “İnsan həyata bir dəfə gəlir. Kiminlə yaşayırsa, onunla həmfikir olmaq çox vacibdir. Mən çox şadam ki, Leyla Yunusla həyat yoldaşı olmuşam. Biz artıq cavan deyilik. Yanvarda MTN-də 60 illiyimi qeyd etdim. Görəsən kimsə 60 illiyini MTN-də, təkadamlıq kamerada qeyd edibmi? Biz bu 60 ilin 37 illini Leyla ilə birlikdəyik. Bu rəqəm Azərbaycan üçün mistik rəqəmdi. Bizim məhkəməmiz də 37-ci ilin məhkəməsinə oxşayır, o üsullarla keçirilir. Babək deyirdi ki, 40 il qul kimi yaşamaqdansa, 1 gün azad yaşamaq yaxşıdı. Biz tarixçiyik, Babəkin bu sözü bizim üçün devizdi. Sovet dövründə camaat partbiletini atanda biz Azərbaycanın müstəqilliyi uğrunda vuruşurduq. Azərbaycan müstəqil olandan sonra da biz mübarizəmizin ikinci mərhələsini yaşamağa başladıq, ölkənin demokratikləşməsi uğrunda vuruşduq. Bu yol çətin idi, basqınlar olurdu bizə. Hələ 88-ci ildə Azəbaycanla bağlı həqiqətləri üzə çıxaranda bizə “ekstremist” damğası vurub, prokurorluğa çağırırdılar. Xocalı ilə bağlı həqiqətlərdə də eyni şey təkrarlandı. Biz bu yolda da birgə idik. Əgər gənclik illərinə qayıdıb yenə həyat yoldaşı seçməli olsaydım, yenə Leylanı seçərdim”.

Arif Yunus qızından da danışıb: “Bizim gözəl qızımız var. Bizim valideynlərimiz azərbaycandilli olublar. Onlar bizi karyera qurmağımız üçün rusdilli məktəbə qoyublar. Ancaq biz öz qızımıza Azərbaycan dilində təhsil vermişik. Görəndə ki, bizə qarşı təzyiqlər nəticə vermir, qızımıza keçdilər. Şükür allaha ki, hüquq-mühafizə orqanlarında müəyyən qədər də olsa namuslu adamlar qalıb. Bizə məlumat verdilər və qızımızı xaricə göndərdik. O, hazırda Hollandiyada yaşayır. Çox istədi onunla qalaq. Ancaq biz qalmadıq, demokratiya uğrunda mübarizə aparmağı, burda ölməyi seçdik. Bizə qarşı məhkəmələr də olub, 2011-ci ildə Ramil Usubov Leylanı məhkəməyə vermişdi. Təzyiqlərlə bağlı bir müddət Almaniyada yaşamalı olduq, təkrar döndük”. Tarixçı səhhətindən gileylənib: “Okyabr ayına qədər, ümumiyyətlə, yata bilmirdim. Oktyabrdan bəri hər gün yuxu dərmanı qəbul etmədən yatmıram. Bu məhkəmədə baş verənlərin 90 faizini başa düşmürdüm. Çünki hər gün mənə bura gəlməzdən öncə 2 iynə vurulur. Birinci gün çağırdığınız haradan gəlib bilmirəm, ancaq o, hər kimirsə, həkim deyil. Necə iynə vurdusa, əlim 2 gün şişdi. Mən MTN-də olan o həkimə minnətdarlıq etmək istəyirəm. O insanlara hörmət edirəm ki, həm peşəkardır, həm də insanlığı var.

Vəkillərin işi isə həkimlərdən də çətindi. Bizi əgər tutmaq istəyirlərsə, nə çox maddə, tutacaqlar. Mənə hər gün “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq” qəzetləri verir. Şəkillər, yazılar eyni olur, başqa imzalarla verilir”.

Səfirliklərə minnətdrlıq etmək istədikdə hakim sözünü kəsib. Arif Yunus “siz hətta minnətdarıq etməyə də qoymursuz” – deyib. Sonra üzünü dövlət ittihamçısına tutaraq, “siz saxta ittiham aktını iki dəfə oxudunuz. Azərbaycan demokratik ölkə olsaydı, “Azərbaycan”, “Yeni Azərbaycan” qəzetləri sizi məhkəməyə verərdilər ki, onlardan köçürdüyünüz şeyləri oxuyursuz”.

Arif Yunus fikrini belə yekunlaşdırıb: “Biz deyəndə “Azərbaycanda demokratiya yoxdu”, bizə deyirdilər ki, bəs nə yaxşı siz azadlıqdasız? Hakimiyyət çox sağ olsun, bu arqumenti əllərindən aldı”.

Leyla və Arif Yunusların məhkəməsində vəkillər müttəhimlərə bəraət verilməsini istəyiblər. Müdafiə tərəfi ittihamların sübut olunmadığını bildirib.
Məhkəmədə Leyla və Arif Yunuslar son sözlə çıxış ediblər.
Günün sonunda məhkəmənin hökm çıxaracağı gözlənilir.

Tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə çıxarılan hökmə əsasən, Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.

Məhkəmə hökmü oxunarkən Arif Yunus səhhətindəki problemlərə görə müttəhimlər üçün olan şüşə kabinədəki skamyada uzalı vəziyyətdə olub.

Vəkillər hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Azadliq.info

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 13.08.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: