Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Türkiyə hüquq kitabında Heydər Əliyev DİKTATOR kimi qeyd olunub

920x920Heydər Əliyevi kitabında «diktator» adlandıran türkiyəli hüquq alimi deyir ki, bir prezident seçkilərdə 98 faiz səs alırsa, orada demokratiya ola bilməz.

«Demokratik yolla seçilməyən prezidentə qarşı çıxmaq çevriliş yox, huquqdur», «Konstitusiya hüququ. Ümumi əsaslar. Türk Konstitusiya qanunu» dərsliyinin müəllifi Fərman Dəmirkol BBC Azərbaycancaya deyib.

«…Ancaq dövlətdə səlahiyyət və gücü əlində tutan şəxslər insanlığa sığmayan bir idarəçilik sistemi ortaya qoya bilərlər. Məsələn, Səddam, Heydər Əliyev, Pinochet kimi…», İstanbul Universitetinin konstitusiya hüququ kafedrasının professoru Fərman Dəmirkolun müəllifi olduğu hüquq kitabında belə yazılıb.

Türk dilində dərc olunmuş «Anayasa hukuku. Genel esaslar. Türk Anayasa hukuku» kitabı ilə bağlı müəllif deyir ki, bu dərs vəsaitini onun mühazirə oxuduğu İstanbul Universitetinin 9 ixtisas bölməsinin və Kosovada dərs verdiyi bir universitetin tələbələri istifadə edirlər.

«Pinoçet, Səddam və Heydər Əliyev»

3b609eb40f32921225f49038bf240557de1a4169

«Bu kitabınız İstanbul Universitetinin rəhbərliyi tərəfindən müzakirə edilibmi» sualına cavabında müəllif Fərman Dəmirkol deyib ki, «Bir elm adamının yazdıqlarına görə müzakirə edilməsi ancaq diktator ölkələrdə olar. Belə bir müzakirə olsaydı, deməli, Türkiyə də diktator dövlətdir».

Kitabın 127 və 197-ci səhifələrində Heydər Əliyevin adı diktator dövlət başçısı kimi hallandırılıb: «…Pinoçet, Səddam və Heydər Əliyev tipli bütün dövlətlər polis dövlətidir…»

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya deyib ki, mətbuatda yayılan xəbərləri izlədikdən sonra məsələnin araşdırılması barədə göstəriş verib. «Kitabı tapıb oxuduqdan sonra bizim də cavabımız olacaq» baş konsul əlavə edib.

Dəmirkolun sözlərinə görə, 2007-ci ildən bu yana kitab müəyyən redaktələrlə beş dəfə çap edilib. Sonuncu variant isə 2011-ci ildə dərc olunub.

Müəllif Heydər Əliyev barədə fikirlərin 6 ildən sonra üzə çıxmasına təəccüblənib.

Türkiyənin ali məktəb dərsliklərində Heydər Əliyevin «diktator» kimi təqdim olunmasını göstərən mətnin şəkilləri sosial mediada bu həftə yayılıb.

Türkiyə siyasi, hərbi, enerji və digər sahələrdə Azərbaycanla yüksək səviyyəli əməkdaşlıq qurub və Azərbaycanın strateji tərəfdaşıdır.

Heydər Əliyevi «diktator» adlandırmasının səbəblərini şərh edən konstitusiya hüquqçusu deyib ki, «bir prezident seçkilərdə 98 faiz səs alırsa, orada demokratiya ola bilməz. Demokratik yolla seçilməyən prezidentə qarşı çıxmaq çevriliş yox, huquqdur».

Meksikada narazılıqlardan sonra Heydər Əliyevin heykəlinin götürülməsinin ardınca Türkiyənin aparıcı universitetlərindən birinin hüquq dərsliklərindən birində onun adının «diktator» kimi keçməsi maraqla qarşılanıb.

Heydər Əliyevə vəfatından sonra «Azərbaycan xalqının ümummilli lideri» siyasi titulu verilib.

Bu il yanvarın 19-da Meksika paytaxtı Mexikoda Heydər Əliyevin heykəli götürüldü. Mexiko meriyası bu addımını yerli ictimaiyyətin müraciəti əsasında atdığını bildirib.

Müraciət müəllifləri Heydər Əliyevin «avtoritar», «müxalifətin səsini boğan» siyasi lider olduğunu deyərək heykəlin qoyulmasına qarşı çıxmışdılar.

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov BBC-ə müsahibəsində heykəl atrafında yaranmış qalmaqala «Biz Heydər Əliyevə qarşı hər hansı təhqiri Azərbaycan xalqına qarşı yönəlmiş təhqir hesab edirik» deyə münasibət bildirmişdi.

«Diktatorları uyku tutmaz»

5f4f6afcf6740cc934f11f6c9734f5aee98dada2

«Tədris prosesini kim müəyyən etməlidir — hökumətmi, rektormu yoxsa dərsi verən müəllimmi?» — Dəmirkol bildirib.

Fərman Dəmirkolun sözlərinə görə, bir neçə il əvvəl onun Azərbaycandakı siyasi proseslərdən bəhs edən «Diktatorları uyku tutmaz» kitabına görə Azərbaycanın hakimiyyət dairələri İstanbul Universitetinin rəhbərliyinə etiraz edib.

«O zaman onlara deyildi ki, Türkiyədə universitetlər müstəqildir və elm adamı ən xoşagəlməz fikri də deyə bilər», Demirkol xatırladıb.

İstanbul Universiteti konstitusiya huququ kafedrasının rəhbəri Hüseyn Özcan BBC Azərbaycancaya müsahibəsində deyib ki, Türkiyənin yaxın əlaqələri olan bir ölkənin prezidenti və ya naziri haqda «diktator» yazılması «doğru deyil».

Bununla yanaşı, Özcan deyib ki, universitetin rəsmi yayını olmadığı üçün Dəmirkolun mühazirə qeydləri ilə şəxsən tanış deyil.

Fərman Dəmirkolun vaxtilə Azərbaycanda çalışdığını xatırladan universitet rəsmisi, bu fikilərin tədris prosesinin tərkibi kimi deyil, onun şəxsi xatirəsi ola biləcəyini istisna etməyib.

Hüseyn Özcan deyib ki, «Konstitusiya hüququ. Ümumi əsaslar. Türk Konstitusiya qanunu» geniş oxucu kütləsinə hesablanmış kitab deyil, «müəllimin tələbələrinə anlatmaq istədiyi mühazirə qeydləridir».

«Amma bunun problem olduğunu düşünən şəxs müvafiq orqanlara rəsmi şikayət edə bilər. Müvafiq qurumlar da şikayəti araşdırıb lazımi qərarı verər — onun oxunması əngəllənə, kitab şəklində nəşr olunubsa satışdan göturülə bilər», universitetin kafedra müdürü şərh edib.

Arzuolunmaz şəxs

Fərman Dəmirkol 1990-95-ci illərdə Azərbaycanda fəaliyyət göstərib.

Bakıda Məmməd Əmin Rəsulzadə adına dövlət universitetində konstitusiya huququndan dərs deyib.

O, 1995-ci ilin mart hadisələrinin təşkilində günahlandırılaraq Azərbaycan hakimiyyəti tərəfindən «arzuolunmaz şəxs» kimi ölkədən çıxarılıb.

Mətbuatda onun adı «Türkiyə Milli Kəşfiyyat Təşkilatının agenti və Azırbaycanda dövlət çevrilişinin təşkilatçılarından biri» kimi hallandırılıb.

Azərbaycandan döndükdən sonra Dəmirkol İstanbul Universitetində konstitusiya huququ ixtisası üzrə professor kimi fəaliyyət göstərir.

2002-ci ildə «Diktatorlari uyku tutmaz» kitabını nəşr etdirib. Kitabda Azərbaycan hakimiyyəti sərt tənqid edilib və «diktator rejim» kimi qələmə verilib.

http://azereurotimes.de/

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 12.08.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: