Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Azərbaycan azərbaycanlılarsızlaşır… ŞOK XƏBƏR- 2015-ci ildə ölkəni 2 milyon azərbaycanlı tərk edib

file1278605350594Son dövrlər ölkəni tərk edənlərin sayı həddən artıq artıb. Ölkədə necə acınacaqlı vəziyyət olması açıq aydın göz qabağındadır.

Tək bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı cəmi 5.761.200 nəfər olub. Onların 66,3 faizi Azərbaycan, 10,4 faizi Rusiya, 10,1 faizi Gürcüstan, 5,2 faizi Türkiyə, 2,5 faizi İran, 0,9 faizi Ukrayna, 0,7 faizi Birləşmiş Krallıq, 0,4 faizi Qazaxıstan, 0,3 faizi Özbəkistan, 0,3 faizi Almaniya, 0,2 faizi Amerika Birləşmiş Ştatları, 0,2 faizi İtaliya, 0,2 faizi Belarus və 2,3 faizi digər ölkələrin vətəndaşlarıdır. 2015-ci ilin birinci yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 919,2 min nəfər olub. 

Azərbaycan vətəndaşları ölkəni kütləvi şəkildə tərk edirlər. Bununda əsas səbəbi ölkədə işsizlik, haqqsızlıq baş almasıdır. Ölkə avtoritarizm üslubu ilə müəyyən fərdlərin iradəsi ilə idarə olunur. Ona görədə ölkədə bütün sahələr monopolislərin nəzarətindədir. İşsizlər açıq bazar iqtisadiyyatı üslubundanda yararlana bilmirlər. Buna əsas səbəb yuxarıda qeyd etdiyim kimi ölkə qanunlarla deyil, fərdlərlə idarə olunmasını göstərmək olar. Digər tərəfdən isə ölkədə olan haqqsızlıq insanları ölkəni tərk etməyə vadar edir. Sərt beynəlxalq təpkiyə, daxili ictimai narazılığa baxmayaraq, Əliyev rejimi repressiyalardan əl çəkmir.

Çox təəssüflə qeyd edim ki, 1994-cü ildən bəri ədalətin qapısı sayılan məhkəmə sistemi hakimiyyətin əlində cəza alətinə çevrilib. Işin içərisində heç bir dəlil, sübut olmadığı, şahid ifadələrinin ziddiyyət təşkil etdiyi bir halda məhkəmələr ittihamedici hökmlər çıxarırlar. Bu isə ölkəni beynəlxalq aləmin biabır edən bir haldır.

Odur ki, 2015-ci ilin cəmi 6 ayı ərzində 2 milyon azərbaycan vətəndaşı ölkəni tərk edib.

Tural Məhərrəmov

12.08.2015

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 12.08.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: