HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Astara rayonunun bir qrup sakinləri tərəfindən saytın email ünvanına müraciət daxil olub. Müraciətdə deyilir ki, Heydər Əliyev Fondu insanları talamağın yeni metodunu icad edib. Belə ki, bir qrup şəxslər əhalinin kasıblığından istifadə edib, sakinlərdən 3000 nəfərə yaxın adamın adına 3000-5000 arası ABŞ dolları məbləğində kreditlər götüzdürərək, “Heydər Əliyev Fondu” adına mənimsəyiblər. Kredit götürən şəxsə isə kreditin 5%-ni verərək bildiriblər ki, sizlik bir şey yoxdur, nə problem olsa bizə müraciət edin. Beləliklə həmin şəxslərin adına olan kredit şişib və geri ödənilməsi tələb edilir. Həmin “bizə müraciət edin” deyən şəxslər həmin pulların Heydər Əliyev Fonduna göndərilməsini bildirərək, “hara müraciət edirsiz edin” deyirlər və şikayətçiləri başlarından edirlər.
Bu barədə sakinlər Prezidentə, Baş Prokurorluğuna, Prokurorluq yanında Korrupsiya İdarəsinə, rayon İcra Hakimiyyətinə müraciətlər etmələrinə baxmayaraq, bu dələduzluqla məşğul olan mütəşəkkil dəstə ilə məşğul olan olmayıb.
Belə çıxır ki, həmin bu mütəşəkkil dəstə üzvləri həqiqətəndə insanları aldadaraq əldə etdikləri bu pulları Heydər Əliyev Fonduna göndərirlərmiş. Buna görə də heç bir güc strukturları rayon sakinlərinin şikayətlərinə baxmırlar.
Bu kimi dələduzluqla məşğul olan vəzifəli şəxslərin və bunlara rəhbərlik edən Prezident Administrasiyasının əməkdaşının adı məktubda adı açıqlanıbdır, məqalənin ardında bu şəxsləri adları açıqlanacaq.
Ardı var…
Tural Məhərrəmov
01.08.2015