HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Son vaxtlar bu Cinayətkar Hakimiyyətdən o qədər şərəfsizliklər görürəm ki, artıq bu əməllərin qarşısında ŞƏRƏFSİZ onları adlandırmağa bilə dilim gəlmir.
Bunlar 1937-ci illərdə istifadə edilən metodlardan istifadə edərək represiyalara üz tutublar… Bu represiyanın içərisində ən alçaq hərəkət isə yaxın qohumları bir-birinin üzünə qoymaqdır… Bundan alçaq və eyni zamanda şərəfsiz hərəkət ola bilməz. Bu alçaqlar olan-qalan adət ənələrimizidə məhv edirlər!
İnsanı ailə ilə sınamaq kimi hərəkətdən, ağır bir zərbə yoxdur. Bu cür tendensiyalara ancaq postsovet məkanında rast gəlmək mümkündür. Bir sözlə, sıfırdan başlayıb, mənfiyə doğru irəlləyirik. Bu hakimiyyətin dövründə itirdiklərimizin sayını-hesabını artıq itirmişik.
Bildiyiniz kimi yaxın qohumlara hörmət və sayğı adət-ənənəsinin böyük hissəsi ölkəmizə müsəlman dini ilə gəlib. Qurani-Kərimdə dünyanın sonunu təsəvvür yaratdıqda, belə bir kəlmə var qeyd olunub: “O qorxu, dəhşət, titrəmə, yalqızlıq və çaşqınlıq üzündən övlad, qardaş, bacı, ər, yoldaş və qohumlarının səndən qaçdıqları, sənin də onların hamısından qaçdığın o anı düşün! Gör bir o gün nücə olacaq ki, bir-birinizi üzüstə və yardımsız buraxacaqsınız! Əgər o günün böyük qorxusu olmasaydı, anandan, atandan, yoldaşından, uşaqlarından qaçmağın mərdlik və fədakarlıq salılmazdı.”
Əliyev rejiminin apardığı siyasət nə dinimizə sığır nədə qanunlarımıza!
Tural Məhərrəmov
29.07.2015