HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Azərbaycan mətbuatının 140 illiyi münasibətilə İlham Əliyev Rauf Arifoğlu, Azər Həsrət və Vüqar Səfərli medalla təltif edib.
Azad mətbuatı sonuna çıxanlar bu tədbirdə mükafatlandırıldılar. Əslində, bunu azad mətbuatın matəm günü hesab etmək olar. Axır ki, Əliyev rejimi öz arzusuna çatdı, AZAD MƏTBUATI məhv etdi.
Əliyev rejimi hər zaman azad mətbuatı ələ almaq və istədiyi istiqamətdə idarə etmək siyasəti həyata keçirilib. Bugün ona yaxın jurnalist və bloger azad fikirlərinə görə həbsdədirlər. Bu cinayətkar rejimin ölkədə jurnalistin öldürülməsinə, döyülməsinə, şərlənərək həbs olunmasına kimi təcrübədən istifadə edib. Bir sözlə hər cür yoldan istifadə edərək azad mətbuatın sonuna çıxıb.
Hal-hazırda ölkədə mətbuat cinayətkar hakimiyyətə yaltaqlıq rolunu oynayır. Yüzlərlə jurnalistlər ləyaqətini sataraq azad jurnalistikanı yaltaq jurnalistika ilə dəyişərək əqidələrini satmışdılar. Çox sayda jurnalist ölkəni tərk etmək məcburiyyatində qalaraq, hansısa ölkədə sığınmışlar.
Bildiyiniz kimi bütün avtoritar ölkələrdə bütün sahələrdə müstəqillik olmadığı kimi mətbuatda da bu öz əksini tapır. Bizim ölkəmizdə avtoritar metodlarla idarə olunduöundan bütün KİV-ni oliqarx nazirlər kurasiya edir.
Tural Məhərrəmov
22.07.2015