Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Qənimət Zahidin ailəsinə qarşı represiyalara start verilib

072000123608Hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidova qarşı Cinayət Məcəlləsinin 234.4.1 (qnunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə “Turan”a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bəlli olub. Maddənin sanksiyasında 5 ildən 12 ilədək həbs nəzərdə  tutulur.
Rüfət Zahidov iyulun 20-də Bakıda saxlanılıb.
Atası Fərasət Zahidov “Turan”a bildirib ki, oğlu əvvəlcə Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idadəsinə aparılıb. “Guya onun cibindən və avtomobilindən 5 qram heroin götürüblər. Bu ittiham tam uydurmadır. Oğlumu qardaşım Qənimət Zahidin jurnalist fəaliyyətinə görə tutublar. Bunu digər qardaşımın oğlunun, əmimin oğlunun həbsi də sübut edir. Hazırda qardaşım Əfqanın oğlunu da axtarırlar”,- deyə o, qeyd edib.
Qeyd edək ki, iyulun 21-də Şamaxıda Qənimət Zahidin əmisi oğlu Rövşən Zahidov saxlanılıb. Elə həmin gün məhkəmə onu 25 gün müddətinə həbs edib. Ondan əvvəl isə baş redaktorun digər qardaşı oğlu Tural Zahidov polisə müqavimət ittihamı ilə həbs edilib. Ona 30 sutka həbs cəzası verilib.
Qənimət Zahid bildirib ki, bu həbslər ona “Azərbaycan saatı” proqramının yayımını dayandırması üçün təzyiq göstərmək məqsədi daşıyır. Qohumlarına qarşı repressiyalara baxmayaraq, Fransada mühacirətdə olan Qənimət Zahid fəaliyyətini dayandırmaq niyyətində deyil.

Azadlıq qazeti

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 21.07.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: