Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Müəllimlərin maaşları əlindən alınır.. YENİLƏNİR…

hyhthtyƏdalətsizliklə mübarizə saytının elektron ünvanına (info@edaletsizlik.com) bir qrup müəllim tərəfindən mürəciət edilib. Həmin müəllimlər onlardan hər ay müxtəlif səbəblərlə 50-100 manat arası pul yığıldığını iddia edirlər. Adının çəkilməsini istəməyən bir müəllimə məktubunda bunları qeyd edir:
“Mən Yevlax şəhəri 3 nömrəli orta məktəbdə müəllimə işləyirəm aylıq əmək haqqım 125 manatdır. Hər ay maaş zamanı heç bir səbəb göstərilmədən məktəbin direktoru tərəfindən bizdən pul yığılır. Mən 125 manat maaş alıram onun 50-70 manatını əlimdən alırlar. Bu ilin aprel və may aylarında isə 100 manatdan yığdılar. Mən necə dolanmalıyam?  İnanın çox acınacaqlı vəziyyətdir. Hələ 70-80 manat alan müəllimlər var, onlardan da 100 manat yığıldı. Sizə də əlacsızlıqdan yazıram. Bir neçə sayta müraciət etmişəm mənim yazdığımı sayta verməyiblər. Mütamadi olaraq sizin saytı oxuyuram. Əminəm ki, mənim müraciətimi saytınızda yerləşdirəsiniz.  Mən öz adımı açıqlamağa belə qorxuram, çünki bilirəm ki, sizin saytı izləyirlər”.

Müraciət edən müəllimlərin içərisində Gəncə şəhər 12 saylı orta məktəbin müəlliməsidə var. Müraciətində deyir ki, mənim 5 baş ailəm var cəmi 135 manat maaş alıram. Hər ay bizdən 50-150 manat arası pullar yığılır. Bu vəsaitin Gəncə şəhər İcra başçısı Elmar Vəliyevin göstərişi ilə yığılmasıvə bunun tam qanuni olunması iddia belə edilir. Gəncədə 40 orta təhsil müəssisəsi var və həmin məbləğdə pul bütün bu təhsil müəssələrindən yığılır.

Mingəçevir şəhər Mədəniyyət işçiləri anonim məktub göndərərək bildirmişdilər ki, 3 aydır əllərinə pul dəymir. Gah Novruz bayramı, gah olimpiada indidə komisiya adı ilə bütün maaşlarımız əlimizdən alınır. Kimə deyirik deyillər yuxarıdan göstəriş var. Bu mövzuda anonim olaraq prezidentə, Mehriban Əliyevaya, Mədəniyyət Turizm Nazirliyinə müraciət etmişik,lakin heç bir nəticə verməyib. Belə çıxır ki, yuxarıda adlarını sadaladığım şəxslər bundan xəbərdardılar.

Məlumat üçün qeyd edim ki, may ayından bugünə kimi bu kimi mövzuda Bərdə, Mingəçevir, Yevlax, Gəncə, Tər-tər, Kürdəmir və Goranboy şəhərlərindən müraciətlər daxil olmuşdur. Eyni zamanda qeyd edim ki, Gəncə, Yevlax, Bərdə və Tər-tər rayonlarının ümumi nəzarəti Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin kurasiyasındadır.

Başqa rayonlarda da belə hal varsa info@edaletsizlik.com elektron ünvanına yazın.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 11.07.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: