Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Nazir müavini “Bandotdel”də…

img1685086Son vaxtlar tanınmış şəxslərin, iş adamları və vəzifəli şəxslərin DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çaxrılaraq dindirilməsi, hətta bəzilərinin həbs edilməsi haqda xəbərlər adi hal alıb. Bu dəfə isə sonolay.org saytına Azərbaycanda “təhsil maxinatoru” kimi ad çıxarmış Təhsil Nazirinin müşaviri İlham Pirməmmədovla bağlı ilginc məlumatlar daxil olub.

Məlumatlı mənbənin sözlərinə görə İ.Pirməmmədov bir müddət öncə “bandotdel”ə çağrılıb. Mənbəmizin sözlərinə görə İ.Pirməmmədov təhsil sistemində aşkarlanan qanunsuzluqlarla bağlı açılmış cinayət işində adı keçir: “Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində açılmış cinayət işində İlham Pirməmmədovun adı keçir və o bu işlə bağlı ifadə vermək üçün istintaqa çağrılıb”. Mənbəmizin sözlərinə görə aparılan istintaqda ölkədə qanunsuz tələbə köçürmələri və saxta diplomlarla bağlıdır. Qanunsuz tələbə köçürmələrinidən söhbət gedərkən ilk ağla gələn isim isə Misir Mərdanovun dövründə qılıncının dalı da qabağı da kəsən, Mikayıl Cabbarovun isə vəzifəsini aşağı saldığı İlham Pirməmmədovdur. Əvvəla ona görə ki, hansısa filial və ya universitet rəhbərliyi istəsə belə Təhsil Nazirliyi əməkdaşlarının iştirakı olmadan nə kiməsə saxta diplom verə, nə də qanunsuz tələbə köçürmələri həyata keçirə bilərlər. Digər bir məqam da var ki, məhz bu məqam bütün bu qaranlıq işlərin başında İlham Pirməmmədovun dayandığını düşünmək üçün əsaslar yaradır.

“Köçürmələr kralı” kimi tanınan İlham Pirməmmədovun bu qanunsuz fəaliyyətdən və onun Təhsil Nazirliyindəki hazırkı statusu haqda bəzi məlumatlarıı diqqətinizə çatdıraq. Qanunsuz köçürmələr sayəsində milyonlar qazandığı iddia olunan Pirməmmədovun bunu hansı mexanizmlə reallaşdırdığı haqda məlumatlı mənbənin sonolay.org-a söylədikləri əsasında araşdırmalarımızı diqqətinizə çatdırırıq. İlk öncə bir suala cavab tapmalıyıq: Təhsildə köçürmə prossesi nədir? Bu, bir ali məktəbin tələbəsinin digər bir ali məktəbə, fərq imtahanları verməklə köçürülməsidir. Məsələn, tutaq ki, bir abituriyent özü və valideynləri arzulasa da, imtahan verdiyi 3-cü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin (BDU) Hüquqşünaslıq fakultəsinə daxil olmaq üçün yetərli keçid balı toplaya bilməyib. Topladığı bal isə BDU-nun Tarix fakultəsinə daxil olmaq üçün kifayət edir. Onda həmin abituriyent Tarix fakultəsinin 1-ci kursunu bitirdikdən sonra külli miqdarda pul vəsaiti xərcləmək və formal olaraq fərq imtahanları vermək hesabına Universitetin Hüquqşünaslıq fakultəsinin birinci və ya elə ikinci kursuna köçürülür.

İlham Pirməmmədovun digər qanunsuz tələbə köçürmələri aparan və külli miqdarda azərbaycanlı sayılıb seçilən milyonerlərindən pul alıb balalarını kanadada vaterloo universitetinə professor İlham Axundovun əli ilə hərbi xidmətdən yayınan uşaqları yerləşdirmək olub. Son 10 il ərzində İlham Axundov ilə iş biliyi quran İlham Pirməmmədov qazancının 80%ni ordan götürüb

İlham Pirməmmədovun adı qanunsuz tələbə köçürmələrində açıq şəkildə bir neçə il bundan öncə qanunsuz tələbə köçürmələri ilə bağlı nazirliyin keçmiş əməkdaşı Orxan Kərimovun işi ilə bağlı hallanmışdı. Xatırladaq ki, O. Kərimov 2011-ci ilin iyun ayında Təhsil Nazirliyində baş verən qanunsuzluqlarda ittiham olunaraq həbs edilmiş, sonradan isə ölkə rəhbərinin sərəncamı ilə əfv edilmişdi. Həmin vaxt qanunsuz tələbə köçürmələrində ittiham olunan Orxan Kərimovun elə məhkəmə zalındaca səsləndirdiyi fikirlər, irəli sürdüyü ittihamlar mövzunun düşünüldüyü qədər sadə olmadığını ortaya çıxarırdı. Hər halda onun açıqladığı faktlardan da görünürdü ki, köçürülmə ilə bağlı bütün sənədlərdə sabiq nazir M.Mərdanovun imzası var. Həmçinin nazirliyin əməkdaşları, ilk növbədə aparat rəhbəri İlham Pirməmmədov köçürülmələrlə əlaqədar keçirilən araşdırma prosesində iştirak edərək tələbələrin qanuni olaraq təhsil aldıqlarını və test üsulu ilə daxil olduqlarını deyiblər. Amma nə qədər maraqlı olsa da o zaman qanunsuz tələbə köçürmələri ilə bağlı Ilham Pirməmmədovun işi ayrıca icraata yönəldildi. Ardınca isə gözəgörünməz qüvvələr İ.Pirməmmədovu real təhlükə alavundan xilas etdilər. Halbuki, o zaman Təhsil Nazirliyinin Aparat rəhbəri olan şəxsin qanunsuz tələbə köçürmələrində onun birbaşa iştirakını sübut edən kifayət qədər faktlar var idi. Məsələn, köçürmə barədə sənədlərdən birində göstərilir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetindən nazirliyə göndərilən məktub araşdırılıb. M.Mərdanovun imzası ilə rektora ünvanlanan müraciətdə bildirilir ki, siyahıda göstərilən tələbələrin ADPU-ya köçürülməsi qanunidir. Sənəddə göstərilir ki, tələbələrin müvafiq sənədləri nazirlik tərəfindən yoxlanılıb. Əksər sənədlərdə bu yoxlamanı nazirin müavini İlham Pirməmmədovun apardığı görünür. Həmçinin nazir Memarlıq və İnşaat Universitetinə, Bakı Dövlət Universitetinə də bu cür köçürmə barədə müsbət rəy verib. Sonradan isə həmin sənədlərdə adları çəkilən tələbələrin bir hissəsinin heç bir yerdə təhsil almadığı və qanunsuz olaraq köçürüldüyü məlum olub.

Rəsmi sənədlərdə isə göstərilir ki, Köçürülmə üçün müraciət edən və siyahıda olan tələbələrin sənədləri qüvvədə olan əsasnamənin və təlimati sənədlərin tələbləri gözlənilməklə Təhsil Nazirliyində universitetin tədris şöbəsi ilə birlikdə araşdırılmış və onların köçürülməsinin mümkün olduğu müəyyən edilmişdir. Təhsil Nazirliyi qeyd olunanları nəzərə alıb adları göstərilən tələbələrin Bakı Dövlət Universitetinə qeyd olunan-ixtisaslar üzrə köçürülmələrinə icazə verir”. Bu sənədlərdən görünür ki, köçürülmə ilə bağlı araşdırma prosedurunda bütün sənədlərdə sabiq nazir M.Mərdanovun imzası var. Həmçinin nazirliyin əməkdaşları, ilk növbədə müavin İ.Pirməmmədov araşdırma prosesində iştirak edərək tələbələrin qanuni olaraq təhsil aldıqlarını və test üsulu ilə daxil olub-olmadığını “dəqiqləşdirir”.

Göründüyü kimi, Misir Mərdanovun nazir işlədiyi uzun illərdən bəri bu gəlirli qanunsuz köçürmə prosesinə məhz İlham Pirməmmədov rəhbərlik edib. Düzdür, yeni nazirin təyinatından sonra Pirməmədov daha əvvəlki kimi fəallıq göstərə bilmir. Amma bu onun tam olaraq fəaliyyətsiz dayanması anlamına da gəlməməlidir. Mənbəmiz bununla bağlı bildirir ki, hazırda İlham Pirməmmədov köhnə əməllərinə görə “məşhər ayağına” çəkiləcəyindən narahatdır. İlham Pirməmmədov pulyığma işlərini birbaşa həyata keçirmir və həmin işləri həvalə etdiyi adamları var. Deyilənlərə görə, həmin pulyığanlar nazirlikdə məsul vəzifə tutan Ənvər İmanov və İlyar Vahabov adlı şəxslərdir. Mənbəmizin sözlərinə görə adları çəkilən bu iki şəxs də istintaqa çaxrılıb.

Onu da bildirək ki, İlham Pirməmmədovun başında durduğu digər bir qanunsuzluq prosesi saxta diplomlarla bağlıdır. Aşkarlanmış saxta diplomların əksəriyyətinin verilməsində o zaman Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsini daşımış İlham Pirməmmədovun böyük rolu olub. Elə bu səbəbdən də onun istintaqa çağırılacağı şübhə doğurmur. İlham Pirməmmədov isə istintaqdan yayınmaq məqsədilə bütün əlaqələrini işə salıb. Onun bu məqsədlə çox yüksək ranqlı bir məmura yalvarış dolu mesaj göndərdiyi də saytımıza daxil olan məlumatlar arasındadır. Hələ bir xeyli əvvəl Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ilə bağlı qaldırılmış cinayət işi böyük səs-küyə səbəb olmuşdu. Həmin vaxt cinayət işində iki əsas fiqurun adının keçdiyi qeyd olunsa da, sonradan prokurorluq bununla bağlı açıqlama yayaraq, deyilənləri təsdiqləmədi. Amma ortaya olduqca qəribə bir xəbər çıxdı ki, bu da elə prokurorluğun özünün yaydığı məlumatda da əksini tapmışdı.Mənbəmiz bildirir ki, AMİ-nin Gəncə filialı ilə bağlı qaldırılmış cinayət işində adı keçən iki əsas fiqurdan biri təhsil nazirinini müşaviri İlham Pirməmmədov idi. Mikayıl Cəbbarov nazir təyin olunana qədər Təhsil Nazirliyinin Aparat rəhbəri olmuş Pirməmmədovun adının bu iş qarışması isə elə saxta diplomlarla bağlıydı. Belə ki, nazir müşavirinin filial tərəfindən saxta diplom verməsi prosesində iştirak etdiyi, hətta bununla bağlı konkret faktların olduğu da vurğulanırdı. Amma Baş Prokurorluq yaydığı məlumatında bəyan edirdi ki, İlham Pirməmmədov bu məsələ ilə bağlı özü sözügedən quruma cinayət işi qaldırılmamışdan iki il əvvəl müraciət edib. Müraciətdə isə vurğulanırmış ki, Gəncə filialının verdiyi diplomların üzərindəki Təhsil Nazirliyinə məxsus möhürdən onların xəbəri yoxdur və bu, saxta möhürlərdir. Pirməmmədovun bu addımının blef olduğu və qabaqlayıcı tədbir kimi nəzərdə tutulduğu diqqəti çəkir. Çünki nazir müşaviri hələ Aparat rəhbəri olarkən saxta diplom işində ad çıxarmış biri kimi tanınırdı. Onun təkcə Gəncə filialında deyil, eyni zamanda ABU və Təfəkkür Universitetində də saxta diplomların verilməsində əli olduğu qeyd edilir. İddia olunur ki, İlham Pirməmmədov qabaqcadan cinayət işinini qaldırılacağından xəbərdar olub və önləyici tədbir olaraq onlara möhürün «saxta» olduğu barədə məlumat verib.

Maraqlı məqamlardan biri odur ki, nazir müşaviri bununla yaxasını məsuliyyətdən xilas edəcəyini düşünüb. Elə Prokurorluq da bu işin üzərindən məhz həmin amilə görə keçmiş kimi görünür. Lakin gələn xəbərlərdən o da agah olur ki, İlham Pirməmmədovun saxta diplom işində olub, olmaması və «tələbə köçürmələri» prosesindəki iştirakı yenidən araşdırılmaqdadır. Bu dəfə isə “təhsil maxinatoru”nun həbsdən yayınacağı inandırıcı görünmür..

P.S. Yazı ilə bağlı qarşı tərəflə əlaqə yaradsaqda , cəhdimiz baş tutmadı. Güman edirik ki, İlham Pirməmmədov və yazıda adı çəkilən digər şəxslər yazıda qeyd edilən məsələlərlə bağlı öz mövqelərini bildirəcəklər.

Ramin Məhəmmədoğlu

Son olay

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 08.07.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: