HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
İlham Əliyev 01 iyul 2015-ci il tarixdə “polis günü” ilə əlaqədar sərəncam imzalayaraq, daha 2 nəfərə general-mayor və 1 nəfərə isə general-leytenant rütbələri vermişdir.
Bir sözlə 20% torpağı işğal altında olan ölkənin daha 2 generalı artdı.
Hələ mən tariximizə əsasən işğal altında olan 1801 ildə Borçalı mahalımızı, 1828 ildə Dərbənd daxil olmaqla 140.000 km2 Rusiyaya, Güney hissəmiz isə Fars İmperiyasına pay verilməsini, 1837 ildə Azərbaycan torpaqlarında Ermənistan ölkəsi yaradıldılmasını, 1918-1938 illərdə Aldərə,Lehvaz, Astazur, Nüvədi, Kərki, Zəncan,Muğru, Qazaxın Kəmərli, Aslanbəyli, Qaymaqlı və Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi Rus İmperiyası tərəfindən ermənilərə hədiyyə edilməsini qeyd etmirəm…
Bu qədər torpağı işğal altında olan Azərbaycanın it sürüsü qədər generallarının olması Azərbaycanın hansı halına yaraşır.. Bilmirəm!!!
Tural Məhərrəmov