Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

İlham Əliyevin Londonda 25 milyon dollarlıq imarəti FOTOLAR

alyev-london-imaretBeynəlxalq araşdırmaçılar şəbəkəsi: “Bu, Əliyev ailəsinin arabir gəlib yaşamaq üçün aldığı çoxlu sayda imarətlərdən yalnız biridir”
“Bu gün İlham Əliyevin prezident maaşı ildə 230 min dollar civarındadır. Sual yaranır: necə olur ki, o, Londonun ən bahalı məhəlləsində belə böyük ev ala bilir?!”
Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi – OCCRP-nin “Xədicə” layihəsi çərçivəsində növbəti, 3-cü araşdırması dərc olunub. “Azadlıq” radiosunun məlumatına görə, araşdırma Böyük Britaniyanın paytaxtı Londonun şimalında, Hampstead Lane adlanan ərazidə, olduqca bahalı məhəllədəki, qiyməti 25 milyon dollardan artıq olduğu güman edilən imarətin Azərbaycan prezidenti Ilham Əliyevin ailəsinə məxsus olduğunu sübut edən sənədləri üzə çıxarıb.

Əliyevin qonşularından biri “Arsenal” futbol klubunun sahiblərindən olan rusiyalı milyarder Əlişir Usmanovdur: bir tin aşağıda yerləşən imarət 2008-ci ildə Usmanova 76 milyon dollara satılıb.

Əliyevlərə aid olduğu deyilən, qırmızı kərpicdən tikilmiş imarət Londonun şimalında, Hampstead Lane adlanan ərazidə, turist səs-küyündən uzaq, yaşıl yarpaqların əhatəsində, qayğısız bir vahədə yerləşir.

Tikilini təhlükəsizlik darvazaları mühafizə edir, qalın divarlar onu kənar gözlərdən qoruyur, iri pəncərələrinə pərdələr çəkilib.

Əsas yoldan imarətə aparan enli cığırla köhnəlmiş “Fiat Punto” avtomobilləri imarətə qulluq edən adamları aparıb-gətirir.

Bura Londonun qədim, bahalı məhəllələrindən biridir.

Yolun o biri üzündə baronlara məxsus, 17-ci əsrdə toy tortu şəklində inşa olunmuş böyük imarət – Kenwood House ucalır.

Köhnə sakinlərin narazılığına rəğmən son illər oliqarxlar bu ərazidə bahalı evlər almağa başlayıblar.

Londonda daşınmaz əmlakın qiyməti təkcə 2013-cü ildən 2014-cü ilə qədər 26 faiz bahalaşıb, indi bu ərazidəki evlər super varlılar üçün fantastik investisiya sayıla bilər.

Əliyevlərin Londondakı malikanəsi 1998-ci ildə Ilham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti olan zaman alınıb. Imarətə həmin dövrdə nə qədər pul ödəndiyi, Ilham Əliyevin həmin dövrdə maaşının nə qədər olması məlum deyil.

Imarətin memarları onu “Yaşıl düzənlikdəki imarət” (“Mansion on the Heath”) adlandırır.

Torpaq qeydiyyatı məlumatlarına görə, “Hampstead Lane”dəki evin sahibi Əliyevlərə məxsus və “Isle of Man” ofşor zonasında qeydiyyatdan keçmiş “Beckforth Services Limited”dir.

Imarət Əliyev ailəsinin arabir gəlib yaşamaq üçün aldığı çoxlu sayda imarətlərdən yalnız biridir – onun Moskvada və Bakıda da evləri var.

Əliyevlər Dövlət Neft Şirkətinin ünvanını şəxsi ünvan kimi göstəriblər

Bu gün Ilham Əliyevin prezident maaşı ildə 230 min dollar civarındadır. Sual yaranır: necə olur ki, o, Londonun ən bahalı məhəlləsində belə böyük ev ala bilir?!

Ilham Əliyev bu suala cavabında haqlı olaraq deyə bilər ki, malikanə artıq onun deyil. Belə ki, “Beckforth Services Limited”in sənədlərinə əsasən, Ilham Əliyev və xanımı Mehriban Əliyeva öz paylarını 2010-cu ildə böyük qızları Leyla Əliyevanın adına keçiriblər, indi bütün səhmlər ona məxsusdur.

Şirkətin sənədləri başqa bir maraqlı anomaliyanı üzə çıxarır: belə ki, şirkət qeydiyyatdan keçəndə Ilham və Mehriban Əliyevlər şəxsi ünvan kimi Dövlət Neft Şirkətinin yerləşdiyi ünvanı göstəriblər.

Nüfuzlu memarlıq şirkəti- SHH-in internet saytındakı məlumatlardan məlum olur ki, aldıqları zaman, ev yenicə təmirdən çıxmasına baxmayaraq, Əliyevlər onu genişləndirməyə və yenidən dekorasiya etdirməyə ehtiyac görüblər. Əliyevlər Fransanın Cote d’Azur regionundan təsirlənmiş bir interyer dizayn üçün təkid ediblər.

Məlumatlar göstərir ki, Əliyevlərin “Beckforth Services Limited” şirkəti SHH şirkətinə imarətdə “memarlıq təmiri” işləri həyata keçirmək üçün vəsait ödəyib.

Bura həm də əsas yataq otağını genişləndirmək və yeraltı parkinq lifti quraşdırmaq daxil olub.

Əliyevlərin milyonçu qonşuları

Əliyevin qonşuları zənginlərdir. Imarətdən bir tin aşağıda “Arsenal” futbol klubunun sahiblərindən biri Alisher Usmanovun 2008-ci ildə 76 milyon dollara aldığı malikanə ucalır.

Əliyevlərin Londondakı mənzilinin dəyəri məlum deyil, amma 2013-cü ildə qapıbir qonşunun evinin qiyməti 26 milyon dollardan baha olub.

SHH-in apardığı təmir işlərini nəzərə alanda, Əliyevlərin evi qonşunun evindən qat-qat baha olmalıdır. SHH-in müştəriləri arasında Səudiyyə Ərəbistanından olan varlılar, moda dizayneri Tom Ford da var.

Əliyevlərin Londondakı imarətini almış ofşor şirkəti

Əliyevlər London imarətini birbaşa yox, “Beckforth Services Limited” vasitəsilə alıblar.

Zənginlər öz adları ictimai açıq olan qeydiyyat sənədlərində görünməsin deyə, bəzən bu yoldan istifadə edirlər.

Bununla belə, “Beckforth Service”in sənədləri göstərir ki, imarətin həqiqi sahibləri Əliyevlərdir. Azərbaycan prezidenti Ilham Əliyev və onun xanımı Dövlət Neft Şirkətinin binasının yerləşdiyi Neftçilər prospekti 73 ünvanını şəxsi ünvan kimi qeyd ediblər.

“Beckforth Service Limited”in maraqlı tarixçəsi var: bu şirkət SMP Partners Limited-in köməyi ilə idarə olunur. Ofşor “Isle of Man” ərazisində qumar lisenziyalarının qeydiyyatı xidmətinin böyük bir hissəsi bu şirkətin əlindədir. Şirkət həmçinin varlı müştərilərə yaxta və təyyarə menecmenti xidməti təklif edir.

Ola bilsin ki, “Beckforth Services Limited” adı rəsmi sənədlərdə görünən, əslində isə şirkətin idarə olunmasında iştirak etməyən qurama “direktor”lardan istifadə ediblər.

“Beckforth”un direktorlarından biri Edvard Petr Mears Nevis adasında mənzillənib.

“Guardian” qəzeti 2012-ci ildə onun xanımı və biznes tərəfdaşı Sarah-nı “həqiqi olmayan, formal direktor” adlandırıb.

Bu məqalə dərc olunandan bir neçə həftə sonra Edvard Əliyevlərin şirkətində direktor vəzifəsindən istefa verib, onun əvəzində indiyə qədər SMP Partners- də müştəri xidmətləri meneceri kimi çalışmış Annet Heath təyin olunub.

1997-ci ildə Əliyevlərin şirkətinin ilk direktorlarından biri Coel Steinhart adlı mühasib olub.

Linkedin profilində deyilir ki, o, yüksək gəlirli ailələrə və fərdlərə xidmət təklif edir.

“SMP Partners”i təsis və idarə edən “Beckforth Services Limited” də bildirir ki, özəl müştərilərə ailə vəsaitlərini qorumaq, vəsaiti artırmaq xidməti təklif edir və müştərilərin ümumilikdə 6 milyarddan yuxarı vəsaitini idarə edir.

“Beckforth Services” və varidatın idarə olunması arasında əlaqənin olması əslində problemdir – çünki prezident və onun xanımı yüksək gəlirli fərd və ya sahibkar sayıla bilməzlər. Yuxarıda qeyd olunduğu kimi Ilham Əliyev prezident kimi ildə 230 min dollar qazanır, ona və xanımına bizneslə məşğul olmaq qanunla qadağandır.

Bununla belə, Əliyevin olduqca bahalı London malikanəsi misalında demək olar ki, prezidentin ailəsi gəlirlərindən daha artıq xərcləyir.

Azadlıq qazeti

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 16.06.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: