Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Cəmil Həsənli ilə Rauf Arifoğlu “müharibəsi”

Milli Şura sədri Cəmil Həsənli ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında qarşılıqlı ittihamlar və hətta təhqirlərlə müşayiət olunan söz “savaşı” başlayıb. Buna səbəb “Yeni Müsavat” qəzetində “Milli Şura Putinin “molodes”ini qazana bildimi?” adlı məqalə olub.

13916“Dəyərli dostlar! Dünən, iyun ayının 13-də “Yeni Müsavat” qəzeti şəxsimizə və rəhbərlik etdiyimiz Milli Şuraya qarşı növbəti rəzalətini yapdı. Söhbət “Milli Şura Putinin “molodes”ini qazana bildimi” adlı çərənləmədən gedir (Bax: http://musavat.com/…/milli-shura-putinin-molodesini-qazana-…).

İnanın buna əhəmiyyət verməmək də olardı. Ən azı ona görə ki, Rusiya prezidenti Putini gah Azərbaycanın “dostu” rakursunda, gah da onun qəhrəman obrazı fonunda palaz-palaz vəsf edən “Yeni Müsavat” qəzetidir. Əgər xatırlayırsınızsa, Vladimir Putin türkləri aşağılayıb, aprelin 24-də ermənilərin uydurma soyqırım iddialarının 100 illiyi tədbirlərinə qatılmaq üçün Ermənistana gedəndə “Yeni Müsavat” 22 aprel sayında “Putin İrəvana elə bir şərtlə gedir ki…” adlı onun səfərinə bəraət qazandıran təmtəraqlı yazı vermişdi (Bax: http://musavat.com/…/putin-irevana-ele-bir-shertle-gedir-ki…).

Qəzetin “Siyasət şöbəsi”nin hazırladığı bu materialda qeyd edilirdi ki, sən demə Rusiya prezidenti İrəvandakı yubiley tədbirinə qatılmaq üçün Sərkisyana şərt qoyub: “Dağlıq Qarabağın separatçı lideri mərasimdə gözə görünməməli, prezidentlərlə yanaşı durmamalıdır”. Sual olunur, əgər Dağlıq Qarabağın separatçı rejimi hətta Ermənistan tərəfəndən belə tanınmırsa, rəsmi protokolda necə Putinlə yanaşı dayana bilərdi? Bu şərt Putinin ağlına gəlmədiyi halda, “Yeni Müsavat” tərəfindən onun Türkiyə və Azərbaycana qarşı yönəlmiş addımına bəraət qazandırmaq üçün uydurulmuşsa, bu halda necə olur ki, Putinin “Molodes”ini onu hər nömrəsində vəsf edən “Yeni Müsavat” deyil, bütün fəaliyyəti boyu Rusiya prezidentinin qonşulara qarşı təcavüzkar siyasətini ifşa edən Milli Şura almalı olur? Bunu bir nümunə kimi gətirsəm də, “Yeni Müsavat” qəzetinin belə sərsəm iddialarına baş qoşmaq, cəfəng materiallarına vaxt itirmək fikrində deyiləm. Məqsədim hökumətlə iş birliyinə girmiş, hakimiyyətin müxalifətə qarşı başlıca media ruporuna çevrilmiş bu qəzetin əsl mahiyyətini açmaq, məlumatsızlıq ucbatından hələ də onun təsirində qalmış sadə vətəndaşlarımızı məlumatlandırmaqdır.

“Yeni Müsavat” 11 iyun sayında yazır: “Milli Şura və Cəmil Həsənlinin ünvanına Azərbaycan mediasında, televiziyasında çoxsaylı tənqidlər gedir. Heç birinə cavab vermir, yalnız bir zamanlar yaxşı münasibətdə olduğu “Yeni Müsavat” qəzetində barəsində çap olunan materiallara reaksiyalar verir”. Haqlı qeyddir. Mənim haqqımda “Səs”, “Yeni Azərbaycan”, “Haqqın.az”, ANS, hakimiyyət tərəfindən idarə olunan onlarla qəzet və media qurumlarında gedən tənqid və təhqir xarakterli materiallara heç bir reaksiya vermirəm. Ona görə vermirəm, bilirəm ki, bu “Səs”dir, “Gündəlik Bakı”dır. 30-cu illərdə Yaponiya Çinə təcavüz edəndə böyük rəssam Əzim Əzimzadə “Molla Nəsrəddin” üçün maraqlı bir karikatura çəkmişdi. Həmin əsərdə Çin böyük bir fəhlə timsalında təsvir edilir, üzərində Amerika, İngiltərə, Fransa, Almaniya və Yaponiya yazılmış imperialist dövlətləri də köpək formasında ona hücum edirlər. Karikaturada Çin fəhləsi üzünü Yapon köpəyinə tutaraq deyir: “Ay haramzada Yapon köpəyi, qoy bunlar hürsünlər ki, Avropa və Amerikadan cəmdək yırtmağa gəliblər, sən ki, Asiyalısan, sən niyə hürürsən?”. Bax məsələ burasındadır ki, “Səs”, “Yeni Azərbaycan”, “Gündəlik Bakı” və bu sıradan olan media tör-töküntülərindən fərqli olaraq, “Yeni Müsavat” hələ çiyinlərində müxalifət “yapıncısı”, onun natəmiz əməllərindən xəbərsiz olan xeyli adamı öz cazibəsində saxlaya və hakimiyyətin maraqlarına xidmət edən yalanı cəmiyyətə ötürməyin dozasını inandırıcı dərəcədə balanslaşdıra bilir. Onun şef redaktoru həm Ramiz Mehdiyevin müşavirəsində iştirak etməyi, həm də yay gəlməsinə baxmayaraq, müxalifətçilik “yapıncısını” çiyinlərində saxlamağı məharətlə bacarır. Çünki “Yeni Müsavat” qəzeti hakimiyyətə müxalifət çuxasında lazımdır, “Səs” kimi yox. Onu yönədənlər isə “Səs” mahiyyətində, “Səs” məzmununda, “Səs” əxlaqında olub müsavatçılıq ideyasının təmsilçisi kimi görünmək istəyirlər. Bax, biz burada susa bilmərik, hətta qəzetin baş redaktor müavinin dediyi kimi “Yeni Müsavat” qəzetinin Cəmil Həsənlinin üzərində böyük haqqı-sayı” olsa belə.

Bu haqqı-sayı heç kim inkar etmir. Amma 2003-cü ilin prezident seçkilərində İsa Qəmbəri, 2013-cü ildə Cəmil Həsənlini müdafiə edib bu müstəvidə qazanılmış oxucu etimadını indi hakimiyyətin xidmətinə vermək, rejimin təlimatı ilə (və yalnız təlimatı ilə deyil) hərəkət edib, onun ideoloji mərkəzlərində hazırlanmış materialları “mötəbər” mənbə adı ilə cəmiyyətə sırımaq əxlaq anlayışına ziddir. Siyasi məhbus taleyi yaşamış bir adamın hakimiyyətin repressiya siyasətinə haqq qazandırması, Məkkə ziyarətinə getmiş bir adamın haqdan uzaq düşüb hər gün namuslu adamların ünvanına yalan, böhtan, şər-şəbədə qoşması, çirkab atması, müxtəlif pərdəarxası oyunların iştirakçısına çevrilib, bir vaxtlar təmsil olunduğu düşərgəni diskreditasiya etməsi, yüz ildən artıq ənənəsi olan bir partiyanı hakimiyyətin yedəyinə sürükləməsi mənəvi natamamlıq kompleksidir. Kimə sirdir ki, bu gün Elbəyi Həsənlini Müsavat partiyasının üzərinə qaldıran Rauf Arifoğlu, hacı Raufdur. Bütün bu vəsiqə hay-küyünün, arayış qalma-qalının arxasında nələr dayanır? İlk növbədə partiyaya təzyiq edib onu hakimiyyətin yedəyinə gətirmək, dialoq güruhuna qoşmaq, yüz ilin siyasi təşkilatını hakimiyyətin əlavəsinə çevirib simasızlaşdırmaq. “Yeni Müsavat”ın başladığı çirkin oyunlara reaksiya verməyimiz məhz bununla bağlıdır.

Qəzetin rəhbərliyi hakimiyyətə satılıbsa, öz taleyi ilə barışmalı, günəmuzd çax-çuxunu etməli və günlük mədə ehtiyaclarını ödəməlidir. Necə ki, çoxları bunu edib, “Yeni Müsavat” da olsun onlardan biri. Amma kimsə hakimiyyətlə iş birliyində olub Azərbaycan cəmiyyətinin namuslu kəsimini hədəfə almaq, vətəndaşlıq mövqeyini saxlamış insanları qaralamaq, siyasi oyunbazlıqla məşğul olmaq və milli dəyərləri alqı-satqı predmetinə çevirmək istəsə, biz əlbəttə, bu məsələlərə reaksiya verəcəyik.”

“PROFESSORUN PULA TÜPÜRMƏKLİYİ…”

img1457018Rauf Arifoğlunun Milli Şura sədrinin bu ittihamlarına cavabı isə daha kəskin və təhqiramiz olub. Baş redaktor bu gün “musavat.com” saytında yayımladığı“Professorun pula tüpürməkliyi…”adlı cavab məqaləsində yazır:

“Məzuniyyətdəyəm. Son illərdə ilk dəfədir ki, gündəmi izləmək fürsətim azdır; bu səbəbdən hörmətli Cəmil Həsənlinin facebook statusunun Azadlıq qəzetindəki təqdimatına gec baxdım: “Cəmil Həsənli “Yeni Müsavat”ı məhv etdi” başlığı o qədər əyləncəli gəldi ki…

26 illik qəzetimizi kommunist ruslar, Mütəllibov iqtidarı, Surət Hüseynov, Cəlal Əliyev, Əli İnsanov ….23 illik YAP iqtidarı … məhv edə bilmədi; başım qarışıb, diqqətdən qaçırtmışam; aralığa salıb, Cəmil Həsənli bir status yazıb, Əli Kərimli də ona başlıq qoyub, “Yeni Müsavat” da məhv olub.

Ay sizi Dooşan yesin…

Azərbaycan türmələrində, tariximizin uçqunları altında, hətta qara torpağın altında bir xeyli sayda “Yeni Müsavat” qəzetini “məhv edənlər” var…

Ölənlərə Allah rəhmət etsin, qalanların qapısını Allah açsın…

Bu sıraya Şurəvilər də qoşuldular.

Özləri məhv olmuş, siyasi həyatları bitmiş biriləri 100 minlərlə tiraja malik (musavat.com, minval.az, musavat.com.ru) , bir neçə dildə nəşr olunan bir media qrupunu
necə məhv edə bilər ki?

Sən həm də bir bunların hədəfinə bax, əxlaqına, söz azadlığına, mediaya münasibətinə, jarqonlarına bax.

Bunlarmı iqtidar olacaqdılar, bu çatlaq professormu prezident olacaqdı.

Əslində özünü ifşa mətni olan o statusda bizim iddiaların birinə də cavab verilməyib.
Sayın professor, hörmətli Kərimli, sizdən soruşulur, ona cavab verin: NİYƏ “ƏSİL MÜXALİFƏT” OLARAQ AVROPA OYUNLARINI BOYKOTA ÇAĞIRMADINIZ?

Buna cavab verin, yoxsa “məhv” oldunuz.

Başqa iddialar da var. Hörmətli professor ziq-zaqlı həyatı boyunca bir neçə dəfə öz təşkilatını və liderini satıb! İcazəli parlamentə mandat alıb, həm də iki sezon; bu rejimin banilərinə kitab yazıb, hakimiyyəti tam və ipinə-sapına qədər dəstəkləyib…

Biz bir dəfə də deputat olmadıq, rejimə və onun banilərinə kitab yazmadıq, liderimizi satmadıq.

Bunlar deyir ki, hər kəs, xüsusi ilə də “Yeni Musavat” qəzeti, bütün gücü ilə onların maraqlarını, çıxarlarını, mövsümdə bir dəyişən kurslarını … dəstəkləməli, ayarlarını onlara görə yeniləməli, onlar kimi yazmalı, bəyanat verməli, danışmalı…

Əks halda, xain, satqın, xidmətçi adlandırırlar.

****

Cəmil Həsənli nəinki bu rejimə, onun baş ideoloqu Ramiz Mehdiyevə nökər olub, onun bir başa mirzəliyini edib… Bu adam pul-para naminə korrupsioner Fərhad Əliyevin maraqlarını təmsil edib, onun paralarını mediaya, müxalifətdəki və iqtidardakı ayrı-ayrı siyasətçilərə paylayıb, qarşılığında dəstək satın alıb!

Bu adam siyasi maklerdir, korrupsioner nökəridir.

Hörmətli Cəmil Həsənli bilmir ki, siyasi məhv necə olur…

*****

Bir professor tanıyıram. Pul sayanda, əvvəlcə barmaqlarını ucuna yüngülcə tüpürür. Sonra başlayır səslə saymağa…

O professor bir korrupsionerdən aldığı paraları qəzetlərə çatdırmaqda görəvli idi. 2006-cı ildə… Korrupsioneri öldürülən jurnalistin qatili elan edəcəkdilər, hələ də həbsdə qalacaqdı….

Professoru, portfelini dolduraraq, redaksiyalara arestantın qardaşlarından biri müşayiət edirdi. Qapıdan içəri salıb, bayırda maşında gözləyirdi. Ki, qıraqda kupyorları dəyişdirməsin, atmasın, dalına keçməsin…

Lakin professor da professor idi…

Ailədən manatla aldığı paçkaları qəzet redaksiylarında sayıb, şifahi olaraq, dollarla hesablayıb, qəzerlərə də, korrupsiyaçının ailəsinə də atmağı özünə yaraşdırırdı: “Belə verdilər…” Sonra “qırdığı” məbləğı pencəyinin qoyun ciblərinə basırdı…

Bu ona çox yaraşırdı. Nəinki indiki işi…

O zaman manatın dollara nisbəti xeyli fərqli idi. 1 manat 87 sent idi. Barmaqlarına və paraya tüpürə-tüpürə, onları səslə ayıb, hər paçkadan 13 dənə yüzlük qırpışdırırıdı.
50 min manatdan 5X1300 =6500 manat….

Allahın “kameraları” axirətdə işləyir… Lakin belə şeylər heç də hər zaman axirətə qalmır.

Bir gün ortaya bir video çıxsa və o professor barmaqlarına tüpürə-tüpürə para saydığı yerdə görüntülənsə, əcaba, kim məhv olar?

Və Əli Kərimli o videonu qəzetinin saytında yayarmı?

Ona hansı başlıq qoyar…

****
Qorxmayın, qırışmallar, yoxdu belə video… Amma bir olsaydı, derim….

****
Cəmil Həsənli zamanında o korrupsioner nazir olarkən Əli Kərimliyə də, hər ay 30 min dollar olmaqla, para daşıyıb. 1990-2000-ci illərdə AXC-dən və “Azadlıq” qəzetindən hakimiyyətə bütün transferlər, satınalmalar (özü də daxil) onun sayəsində gerçəkləşib. Təbii ki, bunlardan o zamankı iqtidarın xüsusi xidmətlərinin də xəbəri olub.

Həsənli dövlətin gizli görəvlisi kimi Elçibəylə İsa Qəmbər arasında Əli Kərimli problemi yetişdirmək proqramında əsas fiqur kimi mövcud olub. O, “müxalifətdəki və hakimiyyətdəki islahatçıların ortaq iqtidarı” projesinin əlamanı idi…

Elçibəy dünyasını dəyişəndən sonra iqtidar Cəmil Həsənlini açıq şəkildə qucağına aldı.

O zaman bəlli oldu ki, bir çoxlarının siyasi bəkarəti çoxdan alınıbmış.

İndi onların hamısı müxalif və demokratik düşərgəyə əxlaq dərsi keçir…

Gizli görəvli isə yenə də iş başındadır…”

Azpolitika

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 16.06.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: