HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Saakaşvili Ukrainanın Oressa vilayətinə Qubernator təyin edilməsi gözlənilməz oldu… Bu vilayət Ukrainanın korrupsiya hökm sürdüyü ən qaynar nöqtəsidir. Vilayətin daxilindən insan seçib, qubernator təyin etmək Poroşenko üçün çox çətin idi. Belə ki, bu vilayətdə bir-birləri ilə intriqası olan “mafia”lar mövcuddur.
Mən inanıram ki, Saakaşvilli bu regionu Gürcüstan kimi nümunəyə çevirəcək… Mən inanıram ona görə ki, o Gürcüstanda prezident olduğu müddətdə korrupsiya qarşısını ala bildi, Gürcüstan kimi kriminal bir ölkəni “Possovet” ölkələri içində dünya üçün bir nümunə göstərməyi bacardı.
Bu insan artıq korrupsiyanın kökündən həll edilməsinin hər bir yolunu bilir. Az bir müddətə bunun şahidi olacayıq…
Azərbaycanımızında bu kimi reforma edilməsində böyük ehtiyacı var. Lakin kriminal uslublarla ölkəni idarə edən rejim, nə qədər ki, hakimiyyəti zəbt edib heç bir dəyişiklikdən vəya inkişafdan söhbət belə gedə bilməz!
Tural Məhərrəmov
02.06.2015