Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Yanğın zamanı FHN və polis əməkdaşlarının alçaqlığı…

11111226_694605007351705_128901716526301617_nSosial şəbəkədə az yaşlı uşağın ölümü ilə şok faktlar açıqlanıb… Bunun Cəmilə Məmmədova adlı sosial şəbəkə isyifadəçisi yazıb…

Diqqətlə oxuyun görün Hüquq Mühafizə Orqanlarının əməkdaşları yanğın zamanı necə insanların hissləri ilə oynayaraq alçaqlıqlar ediblər…

Bugün biz yanğında vəfat etmiş iki yaşlı Ayxanın anasının, Nigarın yanında olduq, çünki o, bizim tanışımızdır. Və eşitdiklərimizi paylaşmağı özümüzə borc bilirik, çünki nə Nigarın, nə də onun qohumlarının indi heç nə danışmağa gücləri yoxdur.
Xilasedicilər arasında heç şübhəsiz qəhrəmanlar da var idi, onların önündə baş əyirik! Amma bilirsiniz əslində FHN və əksər xilaskarlar necə işləyirdilər?
Başdan başlayım. Hər şey başlayanda Ayxan öz dayəsi ilə evdə idilər, saat 12-yə kimi onlar sağ idilər və Nigarla telefonla mütəmadi əlaqədə idilər. Yanğın zamanı onlar Nigarın telefonla verdiyi bütün təlimatları yerinə yetirirdilər – hamam otağında bağlanıb yaş dəsmaldan nəfəs alırdılar. Amma onlar öldülər. Yeddinci mərtəbədə bloklanıb, kömək gözləyərək. Bəs buna kimi, hələ uşaq sağ ikən nələr baş verirdi? Ayxanın anası xilasedicilərə balasını xilas etməyi yalvarırdı, özü ora çıxmaq istəyirdi, onun əri, qardaşı və başqa qohumları da yanan binaya könüllü kimi girməyə can atırdılar, axı telefonun o ucunda hələ sağ Ayxan ağlayırdı. Amma onları buraxmırdılar. Polis oranı çəpərləmişdi və keçməyə imkan vermirdi. Əlbəttə, hazırlıqsız insanları yanan binaya buraxmaq olmaz, amma evakuasiya üçün güc çatmayanda bunu etmək – bir insaniyyət borcudur axı! Gücləri isə həqiqətən çatmırdı, saatda cəmi bir neçə adam xilas edirdilər. Polisin əlindən çıxıb yanğınsöndürənlərə dəqiq mənzili söyləmək mümkün oldu və ilk dəstə Ayxanın dalınca yuxarı qalxdı. Qayıdanda dedilər ki, qapı (DİQQƏT!) bağlı idi!!! Buna görə də uşaqla dayəni çıxarmadılar. İkinci şans, yenə yeddinci mərtəbəyə qalxmağa qərar verdilər, qurtarmağa yeni ümid yarandı, və yanğınsöndürənlər Ayxanla dayəsinin çıxarıldığı xəbəri ilə qayıtdılar, dedilər ki, Ayxanı da, dayəsini də artıq xəstəxanaya aparıblar (abırsız, ağ yalan!). Anasından gedib uşağı xəstəxanalarda axtarmağı xahiş etdilər (hansı xəstəxanalarda???). Nigar inanmadı, ana ürəyi hiss edirdi ki, balası içəridə qalıb.
Dayə artıq saat 12-dən zənglərə cavab vermirdi. Axı yanğın hardasa saat 10-da başlamışdı, bir də ki, 4 saata yaxın davam edən yanğın – görülməyən bacarıqsızlıqdır!
Və peşəkarlığın çatışmamağına baxmayaraq, heç kimi içəri buraxmırdılar, həm də könüllülərə ehtiyat maskalarından vermirdilər, axı necə qalxmaq olardı…
Xeyli sonra (!!!) ilk kran gəldi, hansı ki, ancaq 5-ci mərtəbəyə kimi qalxa bilirdi. Əlbəttə, onlara çatmadılar. Neçə vaxt keçəndən sonra, daha hündür kran gəldi və bircə damcı da yanmamış körpəni pəncərədən çıxardılar. Nigarı beş polis saxlayırdı, ancaq uzaqdan görə bildi ki, onu təcili yardım maşını ilə apardılar. Və yenə anasına heç uşağın yanında getməyə də icazə vermədilər! Heç hansı xəstəxanaya getməyi də demədilər! Zənglərlə, üç səhv xəstəxanadan sonra axır ki, uşağın yanına çata bidilər. Onun tərtəmiz bəyaz vücudunu meyitxanada tapdılar.
Bilirsiniz bunu nə üçün danışıram? Danışıram ki, hamı bilsin – bizi xilas etməli olanlardırlar elə bizim qatillər. Balalarımızı etibar etdiyimiz insanlar bizi rahatca aldadırlar, yanğına tələsmədən reaksiya verirlər. Axı necə belə gec gəlmək olardı??? Axı necə binanın mühasirəsinə evakuasiyadan daha diqqətli yanaşmaq olardı? Qapını qırmamaq??? Yanlış məlumat vermək? Oğlunun harda olduğunu deməmək, yanına buraxmamaq??? Günahkar onlardır, amma onlardan da çox onların rəhbərliyi. Hanı məşqlər? Təhsil? Hazırlıq? FHN-in səhv etməyə haqqı yoxdur!!! FHN-in səhvi – insanların ölümü deməkdir! FHN Ayxanın yanıqsız, zəhərli qazdan ölməyinə imkan verdi. FHN də yanğından xilas edə bilmədi! Deməli, ölkədə heç FHN də yoxdur.
Axı o indi yaşaya bilərdi. Əgər gecikənlər, maska verməyənlər, buraxmayanlar olmasaydılar, əgər “xilasedicilər-tələfedicilər” olmasaydılar, o sağ qalardı və indi sevimli oyuncağı olan yanğınsöndürən maşınla oynayardı…

Yanğın zamanı FHN və polis əməkdaşlarının alçaqlığı…” üzərində bir şərh

  1. Sevda
    25.05.2015

    Axi bura azerbaycandir. Hacan burda qanunla is gorulubki ?

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 21.05.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: