Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Təfəkkür Universiteti Mehriban Əliyevanın imiş…

11289799_1591550751120714_513504347_n-300x212Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev yeni iddia irəli sürüb: Təfəkkür Universitetinin əsl sahibi Azərbaycan Respublikasının 1-ci xanımı  Mehriban Əliyevadır.

Təfəkkür Universitetinin yeni Mətbuat Xidmətinin rəsmisi Rasim Həsənov rektor Müşfiq Atakişiyevin göstərişi ilə media saytlarına yalan dolu informasiya ötürməkdədir. Əvvəla Müşfiq Atakişiyev özünə hörmət qoymur. Mediaya yalan informasiya ötürməkdə peşəkarlaşıb. Mənim mediada verdiyim məlumatların real sənədlərlə və video roliklərlə sübutu var. Bəs sizin hansı sübutlarınız var? Ancaq sizə himayədarlıq edən və cinayətlərinizə şərik olan məmurların əli ilə saxta ittihamlarla mənə 2ci dəfədirki, qeyri qanuni cinayət işi açdırmısınız. Başlayaq ondan ki, mən mətbuata rəsmi sənəd təqdim etmişəm: Təsisçilik müqaviləsi. Orda tam aydınlığı ilə bilinir ki, mən Univeritetin 34%-nə malikəm. Bu təsisçilik müqaviləsini Müşfiq Atakişiyev öz imzası və möhürü ilə təsdiq edib. Əgər bu sənəd saxtadırsa, bunun tam məsuliyyəti Müşfiq Atakişiyevin boynuna düşür. Sonra, mən təqdim etdiyim sənədlərdə Tariyel Əhmədovun ailə üzvlərinin imzaladıqları pul qəbzini və təsisçilikdən imtina müqaviləsini mənə Tariyel Əhmədovun hüquqi varisi Zaur Əhmədov vermişdi. Youtubeda yerləşdirdiyim Zaur Əhmədovun səs yazmasında, onun tərəfdən bu təsdiqlənir. Daha sonra, Müşfiq Atakişiyev iddia edirki, mən Təfəkkür Universitetinin Kiyev filialının rektoru olmamışam. O filialın rəsmi binasının çəkilişini və tələbələrini Azərbaycan Saatı TV-də («İlham Əliyevi kim intihar həddinə çatdırıb») görə bilərsiniz. Mənə Yasamal rayonunda 24.11.2014-cü il tarixində, mənim və vəkilimin xəbəri olmadan qanunsuz məhkəmə iclası keçirilib və 147-ci və 148-ci maddələrlə mən axtarışa verilmişəm. Bu maddələrlə İnterpola axtarışa vermək mümkün deyil. Buna görə də, İnterpola Dələduzluq (178-ci maddə) maddəsi ilə axtarışa veriblər. Bu səviyyədə saxtakarlıq etməyə Müşfiq Atakişiyevə kim köməklik edir? Mən tam məsuliyyəti ilə deyirəm ki, Azərbaycan Respublikasının 1-ci xanımı və Təfəkkür Universitetinin əsl sahibi Mehriban Əliyevadır. Bu barədə, mən bir sıra açıqlamalar verəcəm… 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 19.05.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: