HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Bir neçə gündür ki, ölkəmizdə hər kəsin həyacanla izlədiyi hadisələr cərəyan edir. İqtidar əsasən Beynəlxalq Bank indeksli, çoxsayli həbslərlə nəticələnən operasiyalara start verdi. Həbs edilənlərin əksəriyyəti həbsləri aglımıza gəlməyəcək məmur və oliqarxlardır. Həbs edilərək maddi varlıqları müsadirə edilənlərin əksəriyyəti Beynəlxalq bankdan böyük həcmdə kredit alıb, lakin həmin kreditləri banka geri qaytarmayan məmurlar olsalar da, həbslər genisləndirilmiş formada davam edəcək.
Dərin analiz etdiyimiz zaman ortaya çıxara bilərik ki, baş verən son həbslərin həm siyasi həmdə iqtisadi səbəbləri var. Ilk öncə siyasi səbəblərdən başlayaq…
Əliyevlər Sülaləsi hakimiyyətə gəldikləri 1993-cü ildən etibarən zaman-zaman öz komandaları içərisində bu cür „Təmizlik Siyasəti“ həyata keçirdirlər. Bu rejim hər zaman öz kögəsindən qorxubdur. Təbii ki, rejimin öz içində tez-tez „Təmizlik operasiyaların“ həyata keçirməsinin əhəmiyyətli səbəblərindən birisidə onlara qarşı güclü, xalqa arxalanan müxalifətin olmamasıdır. Özünə müxalifəti rəqib görməyən rejim, rəqibini öz içərisində axtarır və 22 ildir içində şübhələndiyi hər kəsi amansızcasına yox edir. Yazdıqlarımızın doğruluğunu isbat etmək üçün tarixə qısa bir nəzər salaq…
1994-cü ildə baş nazir Sürət Hüseynov və ona yaxın hər kəs uzaqlaşdırıldı, 1995-ci ildə DIN-nin müavini, OMON komandiri Rövşən Cavadov və OMON-çular „zərərsizləşdirildi“, elə həmin il Afiyəddin Cəlilov və Şəmsi Rəhimovu qətlə yetirdilər, Iş adamı Elmar Məmmədov və Əli Ansuxski qətlə yetirildi, general Eduard Hüseynov, akademik Ziya Bünyadov, prokuror Rövşən Əliyev, AFF-vitsə prezidenti Fətulla Hüseyinov, Etibar Elkin, general Raul Rzayev və digərlərinin aqibtləri hər birimizə məlumdur. 1999-cu ildə Maliyyə naziri Fikrət Yusibov həbs edildi, 2005-ci ildə Əli Insanov, Fərhat Əliyev başda olmaqla saysız-hesabsız onların kadrları sayılan insanlar həbsxanalara dolduruldu.
Gördüyümüz bu qısa tarixi xronologiya bizə deməyə əsas verir ki, Əliyev rejimi mahiyyət etibariylə bir Totalitar Rejimdir. Bu rejim ən yaxın adamlarının da gözünün yaşına baxmır, əgər səltənətinə həmin insanlardan bir təhlükə gördüyündə.
Baş verən son həbslərin birinci səbəbi kimi, siyasi motiv olaraq göstərdik, yəni rejim Diktatura sistemiylə idarə edildiyi üçün hər zaman qurbanları olacaq. Əliyev rejimi sadəcə özünün növbeti „Təmizlik Operasiyasını“ həyata keçirir.
Son həbslərin digər əhəmiyyətli səbəbi ölkədə mövcud olan iqtisadi böhrandır. Dünyada neftin qiymətlərinin çox sürətlə düşməsi Əliyevlər sülaləsinin şəxsi gəlirlərinə və dövlət büdcəsinə böyük zərər vurdu.
Bunun arxasınca da manatın anidən devalvasiyası ölkə iqtisadiyyatını iflic vəziyyətinə saldı. devalvasiyadan bir-neçə gün sonra televizyaya çıxan Milli Bankın şefi, Elmar Rüstəmov devalvasiyanın baş verməsi, bitməz və ona qarşı mübarizə yolları barədə çox savadsız bir açıqlama verdi. Həmin açıqlamadan bir gün sonra ölkə rəhbəri Ilham Əliyev televiziya vasitesi ilə Azərbaycan xalqına söz verdi ki, bu hal bir neşə gündən artıq davam etməyəcək və hər kəsin sakit olması lazımdır. Lakin bu arada böyük məmurlar öz pul vəsaitlərini qısa zaman ərzində manatdan dollara çevirə bildilər. Zərər yenədə sıravi vətəndaşlarımıza dəydi və Ilham Əliyevin televizyaya çıxıb böyük məmurların xeyrinə xalqı və dövləti böyük zərərə soxdu.
Ümumiyyətlə həm neftin qiymətlərinin düşməsi həmdə manatin devalvasiyası bugün baş verən həbslərin baş vermə vaxtını sadəcə tezləşdirdi.
Bunu hər kəsin bilməsi lazimdır ki, ölkə iqtisadiyyatı başda Əliyevlər–Paşayevlər olmaqla, Ramiz Mehdiyevin, Kəmaləddin Heydərovun, Bəylər Əyyubovun, Ziya Məmmədovun və digər iri maqnatların arasında bölüşdürülərək öz monopoliyalarına alınmışdır. Monopoliyanın olduğu yerdə heç bir siyasi və Iqtisadi yükselişdən söz gedə bilməz.
Proqnozlarımıza görə, ölkəmizdə mövcud olan monopoliya zəncirində ən zəyif halqa Ziya Məmmədov olduğu üçün, bundan sonra keçiriləcək „Temizlik Operasiyasında“ növbeti qurban Ziya Məmmədov və onun etrafı olması ehtimal olunur.
Qabil Rzayev
15.05.2015