Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Daxili İşlər Nazirliyində hələdə Hacı Məmmədovlar mövcuddur…3-cü hissə (SƏS YAZISI 4)

img1685086Azərbaycan Beynəlxalq Bankından alınmış kreditlərə görə sahibkarların kütləvi həbsinə başlandığı haqda məlumatlar yayılıb.  Hakimiyyətin bu tədbirini, bütün qanunsuz hərəkətlərini həyata keçirən orqan kimi tanınan,  “Bandotdel” icra edir.

Azərbaycan Beynəlxalq Bankı kimə məxsus olması, hər kəsə məlumdur. İndi həmin bankdan kredit götürüb ödəyə bilməyən iş adamlarının evinlərinə, ofisilərinə  maskalı şəxslər tərəfindən basqınlar edilir, insanlar ailəsi ilə birgə oğurlayaraq “presslənmək” üçün “Bandotdelə” aparılır.

 Deyilənlərə görə, Bandotdel tərəfindən bir gündə 70 nəfər iş adamı girov götürülüb, söhbət sıradan iş adamlarından getmir, dövriyyəsində 100 milyonlarla manat dövr edən biznesmenlərdən gedir.

Bunların qabağına sadəcə banka olan borclarının ödənilməsi qoyulmur, bundan başqa külli miqdarda Bandotdelin “əziyyət haqqısı” tələbidə qoyulur.  Görün bu Hakimiyyət nə qədər azğınlaşıb ki, biz bu ölkəni “oğru qanunları” ilə idarə edirik deməkdən belə çəkinmir, açıq şəkildə insanlara “tavan” belə qoyurlar.

Bandotdelin əməkdaşının ailə girov saxlayanda mənimlə danışığı:

Azərbaycanın Qanunvericiliyinə görə borc ödənilmədikdə, məhkəmədə iddia qaldırılmalı və qətnamə qəbul edildikdən sonra, qanuni qüvvəsini aldıqda, icra edilməsi üçün icraya yönəldilməlidir. Qətnamənin icrasını isə həyata keçirən xüsusi İcra Məmurları var.

Lakin Hakimiyyət həmişə etdiyi kimi qanunvericiliyin tərəfini deyil, kriminal aləmin qanunları ilə məsələni həll etməyə çalışır.

“Bandotdel” barədə yazdığım əvəlki yazılarımda da qeyd etmişəm ki, bu idarə Hakimiyyətin “cəza maşınıdır” və bütün qanunsuz cinayət addımlarını Hakimiyyət bu idarənin əli ilə həyata keçirir. Qısa sözlə desək bu idarə Hacı Məmmədovun keçmiş vəzifəsini həyata keçirir.

 Hakimiyyətin belə cızığından çıxmasının bir səbəbi var, bu da Azərbaycanda güclü müxalifətin olmamasıdır.

Tural Məhərrəmov

12.05.2015

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 12.05.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: