Daxili İşlər Nazirliyində hələdə Hacı Məmmədovlar mövcuddur…3-cü hissə (SƏS YAZISI 4)
Azərbaycan Beynəlxalq Bankından alınmış kreditlərə görə sahibkarların kütləvi həbsinə başlandığı haqda məlumatlar yayılıb. Hakimiyyətin bu tədbirini, bütün qanunsuz hərəkətlərini həyata keçirən orqan kimi tanınan, “Bandotdel” icra edir.
Azərbaycan Beynəlxalq Bankı kimə məxsus olması, hər kəsə məlumdur. İndi həmin bankdan kredit götürüb ödəyə bilməyən iş adamlarının evinlərinə, ofisilərinə maskalı şəxslər tərəfindən basqınlar edilir, insanlar ailəsi ilə birgə oğurlayaraq “presslənmək” üçün “Bandotdelə” aparılır.
Deyilənlərə görə, Bandotdel tərəfindən bir gündə 70 nəfər iş adamı girov götürülüb, söhbət sıradan iş adamlarından getmir, dövriyyəsində 100 milyonlarla manat dövr edən biznesmenlərdən gedir.
Bunların qabağına sadəcə banka olan borclarının ödənilməsi qoyulmur, bundan başqa külli miqdarda Bandotdelin “əziyyət haqqısı” tələbidə qoyulur. Görün bu Hakimiyyət nə qədər azğınlaşıb ki, biz bu ölkəni “oğru qanunları” ilə idarə edirik deməkdən belə çəkinmir, açıq şəkildə insanlara “tavan” belə qoyurlar.
Bandotdelin əməkdaşının ailə girov saxlayanda mənimlə danışığı:
Azərbaycanın Qanunvericiliyinə görə borc ödənilmədikdə, məhkəmədə iddia qaldırılmalı və qətnamə qəbul edildikdən sonra, qanuni qüvvəsini aldıqda, icra edilməsi üçün icraya yönəldilməlidir. Qətnamənin icrasını isə həyata keçirən xüsusi İcra Məmurları var.
Lakin Hakimiyyət həmişə etdiyi kimi qanunvericiliyin tərəfini deyil, kriminal aləmin qanunları ilə məsələni həll etməyə çalışır.
“Bandotdel” barədə yazdığım əvəlki yazılarımda da qeyd etmişəm ki, bu idarə Hakimiyyətin “cəza maşınıdır” və bütün qanunsuz cinayət addımlarını Hakimiyyət bu idarənin əli ilə həyata keçirir. Qısa sözlə desək bu idarə Hacı Məmmədovun keçmiş vəzifəsini həyata keçirir.
Hakimiyyətin belə cızığından çıxmasının bir səbəbi var, bu da Azərbaycanda güclü müxalifətin olmamasıdır.