Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Daxili İşlər Nazirliyində hələdə Hacı Məmmədovlar mövcuddur…2-ci hissə (SƏS YAZISI 3)

12.10.11_1-bigAvropa ölkələrində polis insanların başlıca güvənc yerlərindən biridir, insanlar gərəkən yerdə polisə güvənir, polisdən yardım umur. Polis qanunçuluğun qarantına çevrilməklə insanların güvəncinə çevrilir, sayğı qazanıb.

Azərbaycanda isə əksinə, Əliyevlərin diktatura rejimi qurulandan və Ramil Usubov kimi cinayətkar dəstəyə rəhbərlik edən şəxsi polisin başına gətirildikdən bəri polis xalqın düşməninə çevrilib.

Əliyevçi komanda ölkədə işğal rejimi quraraq ölkənin yeraltı-yerüstü var-dövlətinə təkbaşına yiyələnib. Bu cinayətkar komanda Azərbaycanı işğal zonasına çevirib, buradakı qanunlar da işğal qanunlarıdır. Belə ki, qanunları insanların yaşayış tərzinə uyğunlaşdırmırlar, insanların yaşayış tərzini özlərindən icad etdikləri qanunlara uyğunlaşdırırlar.

Hakimiyyət ölkədə və ya ölkədən kənarda olan müxalif düşüncəli insanlara düşman gözündə görür, gənclərlə yalnız polis işgəncəsi və kobudluğu  ilə «söhbətlər apararkən» dünya mətbuatına və rəsmilərinə “mədəniyyətlərin dialoqundan” danışırlar. Rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, polis vəhşiliyini etdirən şəxs hansı “mədəniyyətlərin dialoqundan” danışa bilər?

Azərbaycanda Daxili İşlər Nazirliyinin əsas fəaliyyət istiqaməti insanları qorxu və vahimə içərisində saxlamaqdır. Ona görə də “Bandotdel” (Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi) kimi adlandırılan rəsmi orqan yaradaraq, bütün cinayətlərini bu orqan vasitəsi ilə həyata keçirirlər. Bu məqalənin birinci hissəsində həmin ordanın Hacı Məmmədovun əvvəlki fəaliyyətini “qanunlaşdırılmış” formada həyata keçirməsini qeyd etmişdim.

Bu orqan Daxili İşlər Nazirliyinin və eyni zamanda hakimiyyətin “cəza maşınıdır”, bütün qanunsuz cinayət addımlarını Ramil Usubov bu idarənin əli ilə həyata keçirir.

1. Təsəvvür edin əvəllər Hacı Məmmədov bandit rolunda insanları oğurlayırdı və ailə üzvlərindən bunun müqabilində pul tələb edirdi.

İndi bu fəaliyyəti “Bandotdel” həyata keçirir. Bu dəfə isə “qanuni” şəkildə insanı oğurlayırlar bunun müqabilində ailə üzvlərində yüksək məbləğdə “rüşvət” alırlar.

2. Əvvəllər Hacı Məmmədov kiməsə təziq etmək üçün onun ailə üzvünü, xüsusəndə uşağını girov götürüb qarşılıqlı tələb qoyardı, tələb yerinə yetirildikdə azad edərdi.

İndi bunu “Bandotdel” edir. Misal üçün mənim bütün ailə üzvlərimi 3 gün girovda saxladı, 2 yaşında uşağımı və ailə üzvlərimi öldürməklə hədələdi, ailə üzvlərimdə olan qadınları zorlamaqla və bunu ictimailəşdirməklə hədələdi, razılaşdıqdan sonra girovdan buraxdı.

Görün bu Hakimiyyət necə cızığından çıxıb, açıq aşkar insanı oğurlayırlar, ölümlə və əxlaqsız hərəkətlərlə hədələyirlər.

Bandotdelin mənə qarşı etdiyi əməllərin hər bir ayrı-ayrılıqda cinayət məsuliyyəti idi. Lakin kimə şikayət edəsən?

Ardı var..

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 10.05.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: