Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Daxili İşlər Nazirliyində hələdə Hacı Məmmədovlar mövcuddur…1-ci hissə (SƏS YAZISI 2)

28.01.14_4-big     Bildiyiniz kimi  Daxili İşlər Nazirinin göstərişi ilə ailə üzvlərim Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi tərəfindən oğurlanaraq, 3 gün həmin idarədə girov saxlanıldı və işgəncə verildi.

Həmin idarənin Rüstəm adlı əməkdaşı bütün şərəfsizliklərə əl ataraq, ailə üzvlərimə işgəncə etmişdir. Qardaşım Toğrul Məhərrəmovu döyüb, işgəncə vermişdir. Anamı, bacımı söyüb təhqir etmişdir.  Mənimlə telefon əlaqələrində ailəmə şərəfsiz hərəkətlər etməyi, eyni zamanda ailə üzvlərimin gündəlik yoxa çıxmalarını hər dəfə dilə gətirirdi.

Görün Daxili İşlər Nazirliyi  və eyni zamanda bu Hakimiyyət məqsədinə çatmaq üçün hansı vasitələrə əl atırlar?..

Siz bu audio yazıları dinlədikdə əmin olacaqsız ki, Hacı Məmmədov şahmat oyununun peşkası imiş hələ də Hacı Məmmədovlar mövcuddur.

Heydər Əliyevin dövründə Daxili İşlər Nazirliyi cinayətləri Hacı Məmmədov kimi şəxsləri əli ilə gizlin şəkildə edirdilər, nazirlikdən uzaq tuturdular. Çünki çəkindikləri yer var idi, o da Heydər Əliyev idi, o heç bir vaxt bugünki kimi bunun açıq şəkildə edilməsinin tərəfdarı olmazdı. Lakin indi bütün bu cinayətləri edənlər “hacı məmmədovlar” hamısı yığılıb bir idarəyə və bu idarənin də adı Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsidir, ümumi dilinnən desək “Bandotdel”.

Bu idarəni əsas fəaliyyəti Hacı Məmmədovun keçmiş fəaliyyətindən (adam oğurluğu yolu ilə pul tələb etmə, hansısa məqsədə çatmaq üçün adam oğurluğu, şantaj və s.) ibarətdir. Bu idarənin Hacı Məmmədovun fəaliyyəti ilə bir fərqi var o da bu rəsmi Daxili İşlər Nazirliyinin qurumudur. Deməli Cinayətkar Hakimiyyətin Hacı Məmmədovu aradan götürməkdə məqsədi biznesi daha da genişləndirmək və rəsmiləşdirmək imiş. Belə ki, insanların oğurlanması, qeyri etik hərəkətlər edilməklə şantaj edilənməsi və ya öldürüləndə artıq rəsmi orqan tərəfindən həyata keçiriləcək.

Bir sözlə hakimiyyət adam oğurluğu cinayətini Azərbaycanda rəsmiləşdirib…

Ardı var…

Tural Məhərrəmov

09.05.2015

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 09.05.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: