HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Bloqumda məqalələr yerləşdirdiyimə görə Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə bütün ailə üzvlərim, qohumlarım Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinə aparılıblar. 2 gündür qardaşım Toğrul Məhərrəmov və qaynım Süleyman Süleymani həbsdə saxlanılırlar.
06.05.2015-ci il tarixdə saat 09 radələrində qardaşımı, 2 yaşlı uşağımı, həyat yoldaşımı, onun bacısını və qardaşını Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib və işgəncələrə məruz qalmışlar. 06.05.2015-ci il tarixdə gecə saatlarında sabiq həyat yoldaşımı və onun bacısını girovluqdan azad ediblər, lakin 3 nəfəri girov kimi saxlayıblar.
07.05.2015-ci il tarixdə saat 08 radələrində anam Səadət İbrahimova və bacım Fərəh Məhərrəmovanı Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi tərəfindən girov götürülüblər və hal-hazıra kimi həbsdədirlər.
Hal-hazırda bütün ailə üzvlərin daxili işlər naziri tərəfindən terora məruz qalıblar, girovdadırlar.
Mənimlə əlaqə yaradan “Bandotdelin” əməkdaşı mənim ailəmi öldürməklə, əxlaqsız hərəkətlər edərək, youtube.com yerləşdirməklə hədələyir.
Daxili İşlər Nazirliyinin əməkdaşının səs yazısı:
Bildiyiniz kimi Azərbaycanda şah qanun olduğu üçün Hakimiyyət kriminallaşıb. Həmin öməkdaşın sözlərindən belə məlum olur ki, Daxili İşlər Nazirliyində Hacı Məmmədov tək deyilmiş, bu vəzifəni bir çoxları icra edirmiş və hal-hazıra kimidə icra edirlər. “Balıq başdan iylənər” deyirlər. Nə qədər ki bu strukturu Ramil Usubov, Vilayət Eyvazov kimi şəxslər idarə edir daim bu strukturda Hacı Məmmədovlar mövcud olacaq.
08.05.2015-ci il saat 16:10
Indi aldığım məlumata görə bütün ailə üzvlərimi girovluqdan azad ediblər.
Tural Məhərrəmov
08.05.2015