Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Olimpiya oyunları zamanı da Hakimiyyət siyasi həbslərini və təziqlərini dayandırmır…

10648225_1049225231759272_2858122108966755635_o06 may 2015-ci il tarixdə Qabil Rzayevin bacısı uşaqları Elvin Əsədov və Mehman Əsədov axşam işdən evə qayıdarkən polis tərəfindən saxlanılaraq Sumqayit şəhər 4-cü Polis Bölməsində saxta ittihamlarla sənədləşdirərək, Sumqayıt şəhər Məhkəməsinə aparmışlar. Elvin Əsədov  AR İXM 296-1.1 (avtoxuliqanlıq) təqsirli bilinərək 30 gün, Mehman Əsədov isə  AR İXM 310.1 (polisin qanuni tələblərinə tabe olmama) maddəsiylə təqsirli bilinərək 5 gün inzibati həbs edilmişdirlər.

Bildiyiniz kimi Qabil Rzayev İsveçrədə yaşayır və Cinayətkar Hakimiyyətlə mübarizə aparır. Qabil Rzayevin hakimiyyətə qarşı apardığı mübarizəyə görə Hakimiyyət ondan qisas almaq və şantaj etmək üçün bu kimi şərəfsiz hərəkətlərə əl atır.

Azərbaycanda Məhkəmə hakimiyyəti İcra Hakimiyyətindən asılı vəziyyətdə olduğu üçün məhkəmələr Azərbaycanda notariat fəaliyyəti həyata keçirillər. Beləki, Cinayətkar hakimiyyət hansı qərarı istəyirsə məhkəmədə təsdiq etdirir. Şah qanun olan ölkələrdə belə hallarla rastlaşmaq artıq adiləşib. 

Azərbaycan Hakimiyyəti ölkədə keçirilən Olimpiya Oyunları zamanı yəni bütün Beynəlxalq qurumların diqqətində olan bir ölkədə belə qanunsuz həbslər həyata keçirmək ən azından ağılsızlıq nümayiş etmək kimi qiymətləndirmək olar. Ona görə də həmin gənclərin qeyri şərtsiz azad olunmalarının tərəfdarıyam.

Tural Məhərrəmov

08.05.2015

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 08.05.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: