HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
06 may 2015-ci il tarixdə Qabil Rzayevin bacısı uşaqları Elvin Əsədov və Mehman Əsədov axşam işdən evə qayıdarkən polis tərəfindən saxlanılaraq Sumqayit şəhər 4-cü Polis Bölməsində saxta ittihamlarla sənədləşdirərək, Sumqayıt şəhər Məhkəməsinə aparmışlar. Elvin Əsədov AR İXM 296-1.1 (avtoxuliqanlıq) təqsirli bilinərək 30 gün, Mehman Əsədov isə AR İXM 310.1 (polisin qanuni tələblərinə tabe olmama) maddəsiylə təqsirli bilinərək 5 gün inzibati həbs edilmişdirlər.
Bildiyiniz kimi Qabil Rzayev İsveçrədə yaşayır və Cinayətkar Hakimiyyətlə mübarizə aparır. Qabil Rzayevin hakimiyyətə qarşı apardığı mübarizəyə görə Hakimiyyət ondan qisas almaq və şantaj etmək üçün bu kimi şərəfsiz hərəkətlərə əl atır.
Azərbaycanda Məhkəmə hakimiyyəti İcra Hakimiyyətindən asılı vəziyyətdə olduğu üçün məhkəmələr Azərbaycanda notariat fəaliyyəti həyata keçirillər. Beləki, Cinayətkar hakimiyyət hansı qərarı istəyirsə məhkəmədə təsdiq etdirir. Şah qanun olan ölkələrdə belə hallarla rastlaşmaq artıq adiləşib.
Azərbaycan Hakimiyyəti ölkədə keçirilən Olimpiya Oyunları zamanı yəni bütün Beynəlxalq qurumların diqqətində olan bir ölkədə belə qanunsuz həbslər həyata keçirmək ən azından ağılsızlıq nümayiş etmək kimi qiymətləndirmək olar. Ona görə də həmin gənclərin qeyri şərtsiz azad olunmalarının tərəfdarıyam.
Tural Məhərrəmov
08.05.2015