HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Belə aydın olur ki, İlham Əliyev onun komandasında təmsil olunanlarla müqayisədə daha dözümlüdür. Təsəvvür edin, bu adam haqqında hər gün onlarla məqalə yazılır, beynəlxalq ictimaiyyətin gözü qarşısında bir başa üzünə əməlləri deyilir. Bütün dünya boyu hər gün biabır edilir… Düzdür heç bir nəticə çıxarmır, amma insafən demək lazımdır ki, məsələn Ramil Usubovla müqayisədə dözümlülük göstərir. Ramilin son 2-3 gündə göstərdiyi hikkələrdən xəbəriniz varmı? Qəzetlər hələ ki, bu barədə yazmır. 20 ildir bu adam Azərbaycanın başına gətirilən fəlakətlərdə başlıca rollardan birinə malikdir. Amma heç A4 həcmində belə olmayan bir yazıyla barışmaq istəmir, yuxusu ərşə çəkilib. Səlahiyyətindən istifadə edərək bütün bir eli sürüyüb özünün işgəncə zindadına… Özünü Azərbaycan xalqı qarşısında nə olursa olsun təsdiq etmək istəyir, bu genosid edilmiş Xocalı şəhərinin keçmiş sakini…
Ataxan Əbilov
08.05.2015