Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Avropa Şurasından hakimiyyətə korrupsiya ittihamı

avropa-shurasi-300x168Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (QREKO) aprelin 2-də Azərbaycan üzrə məruzəsini dərc edib. Bu, parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın profilaktikası üzrə Azərbaycandakı vəziyyətin qiymətləndirilməsi haqqında dördüncü hesabatdır.
QREKO-nun press-relizində deyilir ki, Azərbaycan Konstitusiyasında müstəqillik və hakimiyyət bölgüsü prinsipləri əksini tapıb, amma güclü prezident və icra hakimiyyəti qanunvericilik və məhkəmə hakimiyyətinə, o cümlədən prokurorluğa güclü təsir göstərir. Bütün bu mühitin şəffaflığa ehtiyacı var və korrupsiyaya və siyasi sifarişlərin yerinə yetirilməsinə meyllidir, deyə hesabatda bildirilir.
Hesabatda göstərilib ki, parlamentin deputatları ölkə prezidentinin rəhbərlik etdiyi partiyaya mənsubluqları və ya loyallıqları ilə fərqlənirlər.
“Zəif müxalifət Azərbaycanın siyasi sisteminin xüsusiyyətidir. Bir tərəfdən bunun səbəbi siyasi fəaliyyəti və parlament nəzarətini xeyli məhdudlaşdıran qanunverici məhdudiyyətlərdədir.
Hakimlər və prokurorlar bilavasitə və ya dolayısıyla prezident tərəfindən təyin edilir, bir halda ki, Məhkəmə Hüquq Şurası – məhkəmələrin özünüidarə orqanı Ədliyyə Nazirliyinə tabedir.
Bu qurum qanunvericilik və məhkəmə hakimiyyətinin fəaliyyətinə qanunsuz təsir və siyasi müdaxilə üçün şərait yaradır, böyük korrupsiya riskləri yaradır.
İkinci amil deputatların fəaliyyəti və əmlakı haqqında məlumatlara nəzarətin olmaması, maraqların toqquşmasıdır.
2005-ci il tarixli əmlakın bəyan edilməsi haqqında qanun indiyədək icra edilmir. Bu, məmurların və deputatların əsl gəlirlərini gizlətməyə imkan verir.
Bundan başqa, ictimaiyyət 2012-ci ildə şirkət təsisçiləri və sahibləri haqqında məlumat almaq imkanından məhrum edilib. Buna görə əmlakın ayrı-ayrı deputatlara, hakimlərə və prokurorlara məxsus olduğunu müəyyən etmək kifayət qədər problemlidir, həm də KİV-in özünüsenzurası fonunda.
Deputatların, hakimlərin və prokurorların zəruri müstəqillik səviyyəsinə nail olmaq üçün korrupsiyaya qarşı mübarizə islahatları bu institutların vəzifəyə seçilmə zamanı qərəzsizliyi təmin edən əsaslarını da əhatə etməlidir.
Həll edilməsi zəruri olan digər problemlər deputatlar, hakimlər və prokurorlar üçün peşə etikası məcəllərinə uyğun davranış standartlarının işlənib hazırlanması və tətbiqidir.”hesabatda  qeyd edilir.
QREKO Avropa Şurası üzvlərinin korrupsiyaya qarşı mübarizədə imkanlarının yaxşılaşdırılması və antikorrupsiya standartlarına riayət olunması məqsədilə yaradılıb. QREKO dövlətlərə milli korrupsiyaya qarşı mübarizə siyasətində nöqsanları üzə çıxarmağa kömək edir, qanunverici, institusional və təcrübi islahatlar təklif edir. Hazırda Azərbaycan da daxil olmaqla, 48 Avropa ölkəsi QREKO-nun üzvüdür.
Mənbə: Azadlıq qazeti

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 06.04.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: