Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Bloqerin insan haqqlarının pozulması ilə bağlı müsahibəsi zamanı efirin səsi kəsildi

10

Tanınmış bloqer Mehman Hüseynov ANS telekanalında “Xəbərsizsiniz” verilişinin qonağı olub. Məlumat üçün bildirim ki, ANS Telekanalı gənc bloqerin çıxışına tabb gətirə bilməyib, onların dilinnən desək texniki problemlər baş verib. Nəsə bu texniki problemlər ancaq Mehman Hüseynovun müsahibəsi zamanı baş verib. Bu texniki problemi daha açıq yazsaq bloqerin Azərbaycanda İnsan Hüquq və Azadlığı pozulması ilə bağlı müsahibəsi zamanı baş veribdir, telekanalda qısa müddətli səs dəfələrlə kəsilibdir.

Bununla bağlı Mehman Hüseynov özünün facebook səhifəsində efirdə səsinin kəsilməsi zamanı nələr dediləri barədə açıqlama verib.

Həmin açıqlamanı olduğu kimi diqqətinizə çatdırıram:

“ANS canlı efrindә mәn nә dedim! Paylaşa bilәrsiniz.

Dedim gәlin belә edәk verliş 25 deqiqә deyil? 5 dәqiqәni verin Mәnә, 20 dәqiqәsini verin Ona. Amma kişi kimi efiri kәsmәdәn. Qorxdular!

Dedim ki bir ölkәdә milyonlarnan insanın hüququ pozulur, seçkilәrdә sәslәr oğurlanırsa, Sovetskidә Basindә evlәr vәtәndaşların başlarına uçurlursa, xalqdan pulları oğurlayıb xaricilәri yedizdirirlәrsә, gәnclәr jurnalistlәr sifarişlә hәbs olunurlarsa vә bu problemlәrdәn heç vaxt yazmıyan bir şәxs gәlib mәnim yanımda insan hüquqları haqqında danışa bilmәz. Bu şәxs nәinki insan hüquqları heç heyvan hüquqları haqqında danışa bilmәz. Çünki bu şәxs o sistemin numayәndәsidir ki Heyvanları diri diri yandırılar bunlar çıxıb deyir ki bu bizim ölkәdә deyil bu şoudur, seçkilәrdә kamera qabağında Әfruz kimilәr sәslәri saxtalaşdırılar çıxıb deyirlәr ki bu video köhnәdi bu şoudur qurmadı, deyirik ki Binәqәdidә yağışdan sonra su basır insanlar üzürlәr durub deyirlәr bura Binәqәdi yox Venesiyadır bu şoudur. Bu şәxslәr bütün ciddi problemlәri şou adlandırırsa, bir insan çıxıb konkret problem haqda şou demәsi tam normaldır. Hәlә nәlәr nәlәr dedim. Vә nә baş verir mәnim dediklәrimj utanmaz utanmaz kәsib efirә verirlәr. Elә bilirlәr efirdәn bunu görsәtmәyib reallığı gizlәdә bilәrlәr. Xalq bilir nә baş verir. Siz elә qorxaq olub qorxaq da qalacaqsınız. Bugün bir daha televiziyaların әsl üzünü sizә görsәtdim. Biz isә fәaliyyәtimizә davam edirik”. 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 27.03.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: