Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Puşkinin lənətinə tuş gələnlər…

1780280_677441408980958_498793062_oBir neçə il bundan öncə Aleksandr Soljenitsının “Yalansız yaşamaq” essesini oxuyanda çox təsirlənmişdim. Çox səmimi yazmışdı. Oxuduqca bəzən elə düşünürdüm ki, Soljenitsin 1988-ci ildə meydan hərəkatında olub, sonradan it yiyəsini tanımayan bir dövr gələndə kənara çəkilib müşahidə etmək məcburiyyətində qalıb. Tez-tez həmin esseni xatırlayıram, çox doğma gəlir o mənzərə…O dərəcədə doğmadır ki, sanki Soljenitsin qulağıma Şamaxı ləhcəsində pıçıldayır. Özümə sual verirəm. Görəsən bizi parçalayan, xırdalayan, zərrələrə çevirən nədir? Soljenitsinin qeyd etdiyi kimi, bizi saymırlar, bizimlə hesablaşmırlar. Bizi istəyəndə həbs edirlər, şərləyirlər, döyürlər, ölkədən didərgin salırlar. Özləri nə istəsələr onu da edirlər. Qanunu dəyişirlər, konstitusiyada istədikləri hoqqanı durğuzurlar, büdcəni talayırlar, insanları evindən çölə atıb evlərini viran qoyurlar. Hələ bütün bunlar azmış kimi, xalqı ələ də salırlar. Ziyalılarımızı sirkdə ayıya bir şokolad verib motosikl sürməyi öyrədən kimi yaltaqlığa, riyakarlığa, məddahlığa öyrədirlər. Sanki bir gəmidəyik. Elə bir gəmi ki, kapitanı və köməkçilərinin əynində xilasedici jiletləri var. Gəmini batırmaqdan zövq alırlar. Onlar gəmini ilk tərk edən siçovullara bənzəyirlər.Gəminin batmasını hiss edən kimi, qaçacaqlar. Hələ ki, bizim taleyimizlə oynayırlar…

Ölkədə son illərdə böyük ətalət var. Sosial ədalətsizlik hər gün özünü faciələrlə biruzə verir. Bu faciələrin hamımız şahidi oluruq. Lal-dinməz şahidi. Kimi intihar edir, kimi öz ailə üzvünü qətlə yetirir…amma biz belə hadisənin şahidi olanda, ən yaxşı halda tez cibimizdən mobil telefonu çıxarıb videosunu çəkirik. Axşam olan kimi həmin videonu sosial şəbəkədə paylaşıb, “klaviatura Rembo”larına virtual əzələ nümayiş etdirmək üçün geniş cəbhə veririk. KİV də bu müharibəni öz səhifələrində geniş işıqlandırır, hətta manşet edir. Yaxşı, həzərat bu xəstəliyin, bu psixoz durumuna hardan yoluxduq? Necə oldu ki, belə ağır mərəzə düçar olduq? Hamımız danışırıq, hamımız deyinirik. Hətta o dərəcədə deyinirik ki, bəzən məhəllədə oturub bütün dünya problemlərini “HD qeybət” formatında canlandıran qoca dul nənələri xatırladırıq. Xəstəliyin haqqında danışmaqla ondan qurtulmaq mümkün deyil, onun törənmə, yaranma səbəbini bilmək lazımdır. Hakimiyyət haqqında ümimiyyətlə danışmaq istəmirəm. Onlarla hər şey aydındı. Onların hər şeyi var, hətta şəxsiyyət vəsiqələri də var. Amma o şəxsiyyət vəsiqələrinin sahiblərinin çox təəsüflər olsun ki, şəxsiyyətləri yoxdur. Şəxsiyyətləri olsaydı, ən azından hər qarışı qızıl olan Azərbaycanın vətəndaşlarının 30-40 % əmək miqrantı kimi dünyanın müxtəlif ölkələrinə səpələnməzdi. Bizi idarə edənlər bizdən deyillərsə, bəs bizim özümüzə nə olub? Ölkə müxalifəti iflic vəziyyətindədir. İctimai Palatanı, ictimai palatkaya çevirdilər. Sonra Milli Şura yarandı…sevindik, düşündük ki, Milli Şura bizim xilasımız olacaq. Ən azından ölkədə hakimiyyəti dəyişə bilməsə də islahatlara getməyə məcbur edəcək. Nəticəsi nə oldu? Milli Şuraya gələnlər kufəlilər kimi gecə tonqallar sönəndən sonra getdilər. Günəş doğanda isə ortada qalan bir neçə ziyalı və başıbəlalı, mitinqdə döyülməkdən bədənləri Bryus Lee-nin bədənindən də möhkəm olan vətəndaşlar qaldı. Müxalifətin birləşməsinə kimlər mane oldu? İsa Qəmbər? Əli Kərimli? Eldəniz Quliyev? Cəmil Həsənli? Bəlkə Rüstəm İbrahimbəyov? – Xeyr, bu adlarını sadaladığım insanlar diqqət yayındırmaq üçün hakimiyyətin təbliğat maşınının ən böyük hədəfləridir. Onların özlərinin də xəbəri olmadı ki, nə oldu və nələr baş verdi. İctimai Palatanın “bərkgedən” vaxtında Xaliq Bahadır deyəndə ki, İctimai Palata agentura şəbəkəsidir, kişini az qaldılar topa qoyub atsınlar. Onu ümumiyyətlə həmin qurumdan uzaqlaşdırmaq istədilər. Bəhanələri də bu oldu ki, davakardır. Bəli, düz sözü bizim riyakar cəmiyyət həzm edə bilməz. Xaliq Bahadır bir az acı danışandı, sözü sərt deyəndi. Amma riyakarlıqdan uzaq adamdı, hər şeyi öz rəngində adlandırır, bayrağında bir rəng var…

Bizim cəmiyyətimizdə bütün parçalanmaların tək bir səbəbi var. O səbəb də bizim cəmiyyətin arasında hakimiyyətin çox düşünülmüş və tədbirli şəkildə həyata keçirdiyi atomizasiya prossesinin getməsidir. İnsanları bir-birindən ayırma, bütün cəm olmuş qüvvələri ayrı-ayrı şəxslərin vasitəsi ilə parçalama, hücrələşdirmə baş verdi. O hücrələşdirmə o həddə çatdı ki, insanlar bir-birinə inamını itirdi. Biri digərinin yanında hər hansısa bir problem və ya planları haqqında danışmağa cürət etmədi. Gör nə dərəcədə dəhşətli bir faciə içərisindəyik ki, ölkəni tərk etmək məcburiyyətində qalan insanlar, silahdaşlar, sığınacaq üçün müraciət etdikləri ölkəni başqalarından gizlətmək məcburiyyətində qalıblar. Çünki həmin ölkənin miqrasiya xidmətinə donos yazıla bilər. Hücrələşdirmə nəticəsində qüvvələr parçalandı. Əgər iki insan birlikdə hər hansısa bir uğurlu addım ata bilərdilərsə, atomizasiya prossesinin virusunu cəmiyyətdə yayanlar birindən o birinə, o birindənsə bu birinə yanlış informasiyalar verdi. Və nəticədə hər iksi də eyni səngərdə olmaq əvəzinə, özünü səngər yoldaşının donosundan, təhlükəsindən qoruyurmuş kimi “ağıllı” addım atıb özü üçün yeni bir səngər qazmağa başladı. Amma anlamadı ki, o səngər deyil, özü üçün gor qazır. Səngəri qazıb bitirənə kimi özü də ömrünü bitirəcək. Bu projeni hazırlayanlar da öz uğurlarına baxıb həzz aldılar. Onların projesini həyata keçirənləri mükafatlandırdılar, hələ başlarına bir sığal da çəkdilər. Nəticədə yenə ortada qalan, hüquqları kimi şərəfi də tapdanan xalq oldu. Günü gündən öz aktivini itirən isə müxalifəti isə mitinq edərkən kimsə öz quşunu göyə buraxıb “quş uçuşundan foto”sunu çəkdi ki, mitinqi lap cılız görsünlər. Kimlərdir bu atomizasiyanın icraçıları. Cinlər padşahı Riqşadın sadiq qulları hansı texnologiyaları tətbiq edirlər ki, Qərib öz ölkəsində qərib düşür?  İlk növbədə KİV-lər, KİV rəhbərləri, həmin KİV-də yazan bir qarın bozbaşa öz dədəsini də yıxıb sürüyən yazarlar. Onlar xalqa yuxarıdan aşağı baxdı. Aşağıladı, əksiltdi, təhqir etdi, dəyərlərini köhnəlik kimi cəmiyyətə sırıdı. Azərbaycan xalqının qulağına dözümül xalq “birka”sını vurdu. Xeyir yazar əfəndilər, belə deyil. Azərbaycan xalqı sizin ananızdan fərqli olaraq dözümlü deyil ki, sizi əkən o yaramaza bütün ömrü böyu dözsün və nəticədə sizin kimi düşük doğub törəsin. Bir gün bu xalq öz sözünü deyəcək, özünə yaraşan cəmiyyətini quracaq. Analar yenidən Babəklər, Mirzə Cəlillər, Sabirlər, Cavidlər, Əhməd Cavadlar doğacaq…

Bu 23 ildə qrantları həzm rabedən keçirən vətəndaş cəmiyyətinin nümayəndələrinin bir qismi. Onlar o qədər harınladılar, o qədər gözləri qızdı ki, hətta bir-birini də hücrələməyə qalxdılar. Aralarında nifaq düşdü. Bir redaktorun layihə yazıb qrant alaraq düşdüyü ağır durumdan çıxmasından xəbər tutan kimi tez o biri redaktor öz qələmini “işə saldı”. Bu QHT rəhbəri o biri QHT rəhbərinə kompramat topladı. Maliyyə ayıracaq fonda tez yazmağa başladı ki, sizin maliyyələşdirmək istədiyiniz layihənin rəhbəri Azərbaycan hakimiyyətinə işləyir. Axı bu da narkomaniya kimi bir bəladı. Adamlar yazmasa, mərdimazarçılıq etməsələr özlərini çox piss hiss edirlər. Təki boş durmasınlar yazsınlar. MTN, DİN-ə, German Marshal Fonduna, ABŞ səfirliyinə…təki yazsınlar. Həm də axı eqo deyilən bir zad var. Hər biri özü özlüyündə ən böyük olmaq istəyir. Tutulan tutuldu, vurulan vuruldu, sıradan çıxardılan çıxdı. İndi necə deyərlər dədəm öləydi ev böyüyü özüm olaydım məsəlindəki kimi. Hələ öz başlarına özləri xislətdə olan bir sürü cızma qara, bayağı yazarları da topladılar. Özləri özlərini “elita” elan etdilər. Özləri özlərini nəinki Azərbaycan, hətta dünya ictimayyəti qarşısında da “fədakar qəhrəman” kimi qələmə verib, başlqlarının qələmlərini qırdılar. Balaca uğur qazananları gözümçıxdıya saldılar. Ətraflarında qara buludlar yaratmağa, miflər uydurmağa başladılar. Və beləliklə bizim xəstə cəmiyyətimizi də öz xəslətiklərinə o dərəcədə yoluxdurdular ki, ət kombinatına üçüncü sort kimi rüşvətlə verilən qotur danaya bənzər məxluqlar da özlərini vacib persona hiss etməyə başladılar. Ay məni izləyirlər, ay mənə qarşı sui-qəsd hazırlanır və s. Cem Yılmaz demişkən az qalırlar desinlər ki, “CİA benim peşimde” – CİA nə yapacaq senin o boklu hesabına?” – Harda cəsarətli insanlar varsa onlara şər atdılar, böhtanlar yağdırdılar. Hakimiyyətin layihələrini icra edib, həyata keçirib pul qazananları az qaldılar ki, Vaslav Havel və ya Nelson Mandella elan etsinlər. Kimdi bunlar? Məqsədləri nədir? Hansı dinə, hansı məssəbə, hansı əqidəyə qulluq edirlər? Bu suallardan çox suallar doğur. Necə oldu ki, İsmayıllı hadisələrindən 5 gün sonra ora gedən İlqar Məmmədov və Tofiq Yaqublu həbs olundu? Amma ölkədə baş verən çox qaynar prosseslərin birbaşa episentrində olanlar, suda quru aydan duru çıxdılar? Bakıda ürəkləri uf demədi hələ bir Naxçıvanda hər gün həyatını risqə atan Məlahət və İlqar Nəsibovlar haqqında da “əfsanə” uydurmağa başladılar? Axı bu o İlqar Nəsibovdur ki, öz ofisində qanına qəltan edildi, kəfəni yırtıb həyatda qaldı. Amma “əfsanə” uyduranların isə burnu da qanamadı. Bu yaxınlarda Azərbaycanda vaxtilə hüquq-mühafizə orqanlarında çalışmış, lakin ölkəni tərk etmək məcburiyyətində qalmış bir mühacirlə danışırdım. Həmin mühacirlə bu mövzu ətrafında disskusiyamız oldu. O mənə bir məsələdə aydınlıq gətirdi. Onun dedikləri məni çox düşündürdü. Hal-hazırda həmin şəxsə qarşı cinayət işi açıldığı üçün onun kimliyini burda yazmıram. Amma onun dediyi məsələdən həddindən artıq narahat olan, hücrələşdirmə veteranı, atomizasiya prossesinin “nəməkdar xadimləri” çox narahat olarlarsa, müraciət edə bilərlər. Onsuz da onlardan gizlin heç bir sirr yoxdur. İstədikləri vaxt yazışmalarımızı da əldə edə bilirlər, oxuya da bilirlər. Onları həmin şəxsə yönəldə bilərəm. Daha detallı özü “nəməkdar xadim”lərə izah edə bilər. Qeyd etdi ki, MTN və DİN-nin 001 saylı əmri var. Əmrin adı cınayətkarlıqla mübarizə istiqamətində məxfi şəxslərin cəlb edilməsi və konsperativ mənzillərin saxlanması haqqında tam məxfi bir əmrdir. Həmin 001 saylı əmrə əsasən əməkdaşlığa cəlb olunan agentə izah edilməlidir ki, özünü ifşa etməmək üçün hər cür yola əl atmalıdır. Hətta ondan şübhələnəcək şəxsləri agent adlandıraraq şübhələri özündən uzaqlaşdırmalıdır. Bizim hal-hazırkı ictimai sektorda məsələ tək MTN və DİN ilə bitmir. Ortada ən böyük rol oynayan Ramiz Mehdiyevin agentura şəbəkəsi də var. Amma çox şükür ki, son bir neçə ayda sahiblərinin ortadan yox olması ucbatından öz başçısını itirib roninə çevrilmiş samurayları xatırladırlar. Bilmirlər əmrləri kimnən alsınlar, hesabatlarını kimə versinlər. Bu o şəxslərdir ki, həmin ekipə qəbul olunanda hesablarına böyük məbləğdə pul yatızdırıldı. Böyük ehtimal ki, bank hesbları kiminin anasının, kiminin atasının, kimininsə bacısının qardaşının adına idi. Həmin pullar vasitəsi ilə özlərinə qlamur immici yaratdılar, kardinalın KİV-də olan yırtıcı canavarları vasitəsi ilə böyük PR kampaniyaları aparıldı və bu gün bütün ictimayyəti öz nəfəsləri ilə zəhərləyirlər. Bu zəhərdən qurtlumağın yeganə yolu, həmin çuğulların viruslarına qarşı peyvənd olunmaqdır. O peyvəndin isə cövhəri riyakarlıqdan, eqodan uzaq olub, cəsarət toplamaqdır. Hər bir kəsə addığı atdım, gördüyü işinə görə dəyər vermək lazımdır. Əgər bunu etməyi bacarsaq Soljinitsinin dediyi kimi “biz minlərlə olacağıq”, biz minlərlə olsaq on minlərlə insanlar ətrafımızda toplaşacaq. Ona minlərlə olsaq, arxamıza yüz minlərlə insanları apara biləcəyik. Yox əgər bunu da bacarmasaq…elə bu yazını da Soljinitsinin “Yalansız yaşamaq” essesini bitirdiyi kimi bitirirəm… Puşkinin lənətinə tuş gələcəyik…

Azadlıq sürünün nəyinə gərək?
Nəsildən-nəsilə onun qisməti
Noxtadır, qamçıdır, bir də dəyənək.

http://www.moderator.az

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 25.03.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: