Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Fərasətli “Xalqazanan”

1780280_677441408980958_498793062_o    Dünən Elmar Hüseynovun qətlə yetirildiyi gün idi. Bütün günü xəbər lentində Elmarla bağlı çox statuslar oxudum, çox şərhlər fikirlər gördüm. Elmarın həyatda necə bir insan olduğunu bilmirəm. Çünki o rəhmətliklə şəxsi tanışlığım olmayıb. Cəsarətli jurnalist olduğuna gördüyü işlərindən əmin olmuşam. Elmar haqqında hər ilin bu günü odlu alovlu statuslar yazanlar ordusunda deyiləm. Elmar Hüseynovun xatirəsinə öz əynimdən, qarnımdan kəsdiyim pulla çəkdiyim “Mühacirlər” sənədli serialın ilk bölümünü həsr etmişəm. Elmar haqqında film də çəkmək istəyirdim. Həmin filmlə bağlı Shahveled Chobanoglu, Shahbaz Xuduoglu, Elmar rəhmətliyin atası Sabir müəllimlə, qardaşı ilə və sürücüsü Zakirlə də danışmışdım. Adlarını çəkdiyim insanlar bunu təsdiqləyə bilərlər. İnşAllah qismət olarsa həmin fikrimdən vaz keçməmişəm. O film çəkiləcək, hətta Azərbaycanda olmasam belə həmin filmi ilk fürsətim olan kimi çəkəcəm. Elmarı çox istədiyim üçün deyil, Elmara simpatiyamdan deyil. 10ECAFCB-E15F-4B75-9F0B-1A4DD0CEF40F_w640_r1_sAzərbaycan jurnalistikasına edilən terrora, sui-qəsdə üsyan olaraq atılacaq bir addımdır. Çalışın danışığınızla əməliniz üst-üstə düşsün. Riyakar olmayın, heç kimin ölümündən, heç kimin həbsindən xal qazanmaq üçün istifadə etməyin. Məzar üstündə selife, həbs olunanın həndəvərində selife, məhkəmədə selife, hətta yas mərsimində də selife…statusu yazarkən Elmarı bir anlıq bu günkü “realnı” Azərbaycanda təsəvvür etdim. Əgər Elmar bu gün həyatda olsaydı, qətlə yetirilməsəydi və öz müstəqil, cəsarətli addımlarının birini digərinin ardınca atsaydı, onun haqqında həmkarları, ictimai sektorun fərasətli “xalqazanan” oğlan və qızları bu günkü sicilləmə pafoslarını, inboxda qədim peşə sahibi kimi dedi qoduynan dolduracaqdılar – “Hökümətə işləyir.” Ola bilsin ki, bu statusumu oxuyanda kiminsə içində nəsə qırılacaq. Eybi yox, qoy qırılsın, su çanağı suda sınar. Hətta istəsəniz ürəyinizdə məni söyə də bilərsiniz. Əminəm ki, bunu bir çoxları edəcək. Təki Vətən sağ olsun. Eybi yox, məni söysənizdə, bu sübh çağında Elmar üçün bir salavat çevirib, ruhuna bir fatihə oxuyun. Sabahınız xeyir dostlar. Sabahın xeyir Qeybətbaycan…

Laçın Məmişov

Fərasətli “Xalqazanan”” üzərində bir şərh

  1. femida365
    03.03.2015

    Tayfa prezidenti İlham Əliyev KİV-ri qarşısında söz verdiki tanınmış jurnalist Elmar Hüseynovu qətilə yetirən cinayətkarları qısa müddətdə ifşa edəcəkdir, Xüsusi İstintaq Komissiyası yaratdı və cinayət faktını gizlətmək məqsdilə bütün dünyaya məlum olan cinayət olayını qeyri-legitim əliyev rejimi dövlət sirri hesab edib СВЕРШЕННО СЕКРЕТНО damgası ilə möhürlədilər. Halbuku, artıq azərbaycan və dünya ücün bu cinayət faktı hüquqi aksiomadır. Bütün bunlar bir daha təsdiq edirki tanınmış jurnalist Elmar Hüseynovun qətli siyasi sifariş oldugu ücün qəsdən bilə-bilə qapadılıbdır. Eyni anoloji vəziyyət, digər coxsaylı dövlət sirri hesab edilən qeyri-legitim rejim tərəfindən acılmayan cinayət işləridə Elmar Hüsüenovun cinayət işi kimi “dövlət sirri” vəziyyətindədir. Fikir verin, Mahir Abdullayevin azərbaycanda adam ogurlugu lə məşgul olan bilavasitə dövlətin gücündən istifadə edən mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanıbdır, rejim cinayəti acmaq əvəzinə zərərəcəkmişi susdurmaqla məşguldur, ümumilikdə cinayətin 21 şahidi və ipə- sapa yatmayan danışanları qətlə yetirildi, ən yaxşı halda danışan prpfessorlr 5-10 müddətinə həbsə atıldılar. Belə 56 illik paslanmış anti – xalq tayfa rejiminin hakimiyyətdə qalmaga mənəvi haqqını coxdan itiribdir, görünən odurki əliyev rejimi erməni işgalcıları ilə deyil, öz xalqı ilə savaşdadır. Buna görədə təsadüfi demirlərklərki İlham Əliyev azərbaycan xalqının deyil, bir ovuc krimnallaşmış tayfanın başcsıdır, o, öz xalqı ilə “vor zakon” – ogru dilində danışır, o, dövlət idarəetməsində xalqına deyil, cinayətkar aləmə arxalanır …

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 03.03.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: