Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Monitor jurnalının redaktoru Elmar Hüseynovun ölümündən 10 il keçdi…

elmar huseynov    Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 10 il ötür. 10 il öncə prezident İlham Əliyev qatillərin tapılacağına söz verdi və istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq Tahir Xubanovla Teymuraz Əliyevin qətli törətdiyini və onların Gürcüstanda gizləndiklərini açıqladı. Amma həmin şəxslər hələ də həbs olunmayıb.

     2014-cü ildə E.Hüseynovun atası Sabir Hüseynov da dünyasını dəyişdi. Mərhum jurnalistin ölümündən qısa müddət sonra onun həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət etdi. Hazırda E.Hüseynovun ailəsi adına ölkədə bacısı və qardaşı qalıb.
    E.Hüseynovun atası Sabir Hüseynov son müsahibələrində oğlunun qatili tapılmayınca dünyasını dəyişmək istəmədiyini deyirdi. Onun sözlərinə görə, qatillərin kim olduğunu hamı bilsə də, heç kim açıqlamır: “Hamısını bilirəm, kimdir, nədir. Amma əmələ gəlmir. Hamı bilir, deyən yoxdur. Eynulla gedib Gürcüstanda həmin adamları tapdı. Onu da tutdular dama saldılar, 4 il 3 ay yatdı. Dəqiq deyən yoxdur, kimlərdir. Ancaq heç kim də tutulmayıb. Bilirik kimdir, nəçidir. Ancaq durub neyləyəcəm bundan sonra? Siz məndən də yaxşı bilirsiniz. Niyə tuturlar axı? Özləridir də. Özlərini tutası deyillər ki. Öz-özünü tutan adam varmı? Nə isə, əvvəl-axır açılacaq, vaxt lazımdır”. S.Hüseynov bildirib ki, qatil siyasi hakimiyyət dəyişəndən sonra tapılacaq. 
 
     Sual doğurur bu 2 nəfərlə Elmar Hüseynovun nə düşmənçiliyi? Hamı bilir ki, Elmar Hüseynov Əliyev rejimini xüsusəndə İlham Əliyevi tənqid edirdi. Qanunvericiliyə görə siyasətçinin və ya jurnalistin ölümünü araşdırarkən ilk öncə bunun teror və təxribat xarakterli olub olmaması yoxlanınlır. Jurnalistin kiminlə ədavəti olması və son zamanlar xüsusən kim barədə yazdığı məqalələr araşdırılır. MTN-nin müstəntiqləri açıq şəkildə sifarişinn haradan və kim tərəfindən edilməsini bilirlər. Ona görədə həmin cinayət işi bugünə kimi açılmamış qalıbdır.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 02.03.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: