Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Elşad Abdullayev bəyanat yaydı…

1234006_656098344483201_3529748927313222575_n     Azərbaycan Respublikasının Baş prokurorluğu 12 il ərzində qardaşım Abdullayev Mahir İslam oğlunun oğurlanması faktı ilə bağlı (sonradan digər maddəyə müraciyyət edilmişdir) qaldırılmış cinayət işinin istintaqının gedişatında bir addım olsun belə irəli getmədiyindən, bu işin açıq qalması prokurorluq üçün diskomfort yaratdlğından və həmçinin respublikanın ciddi instansiyalarından cinayət işinin bu günə qədər hansı səbəblərdən yekunlaşmamasına dair aldıqları danlaqlardan, eyni zamanda bütün bunlara baxmayaraq cinayətə görə məsüliyyət daşıyan şəxslərin nəin ki, cinayət məsüliyyətinə cəlb edə bilməmələrindən, hətta onların adlarını belə çəkə bilmədiklərindən belə qeyri ciddi, özlərini hörmətdən salmağa dəlalət edən bəyanatlarla baş girləyirlər.

    Baş Prokuror Zakir Qaralov 22.01.2015 il tarixli Bəyanatı ilə özü- özünü təkzib edir, mənə qarşı qərəzli münasibətdir, siysi sifarişdir, agır dövləti cinayətdir və bizi susdurmaq və qardaşım MTN zabiti Mahir Abdullayevin hakimiyyətin icində olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanmasını ört-basdır etmək məqsədilə fabrikovat olunmuş cinayət xarakterli bəyanatdır

     Bu əməllərilə Baş Prokurorluq özü-özünü təkzib edir, əvvəla, 04.03.2013 il tarixində Strateiya.az internet qəzetində və digər KİV-də AR Baş Prokurorlugunun Binəqədi rayon prokuroru Mirəlkbər Seyidov KİV-nə cavabında bildirir ki, mən prokuroram, qanunlardan qorxan adamam 2006-2011-ci il iyulun 22 – dək Binəqədi prokuru olmuşam.”Mənim bildiyimə görə, universitet yarandığı dövrdə özəlləşdirmə məsələləri artıq həll edilmişdi. Rəsmi qaydaya araşdırmaq da mümkündür ki, mənim işlədiyim dövrdə ABU ilə bağlı Binəqədi rayon prokurorluğuna və Binəqədi Polis İdarəsinə heç bir şikayət daxil olmayıb. Belə olan halda Baş Prokurorlugun yerl orqanı bir daha təsdiq edirki Prokurorlugun Bəyanatı fabrikovat olunubdur, siyasi sifarişdir, unversitetin əmlakını ələ kecirməyə xidmət edir, Azərbaycan Beynəlxalq Universitetində hec bir halda cinayət xarakterli fakt olmamışdır.

http://strategiya.az/old/index.php?m=xeber&id=11558

     Daha sonra, Binəqədi Rayon Prokuroru Mirələkbər Seyidovun qeyd olunan məlumatını Baş Prokurorluq 06.04.2011 il tarixli Bəyanatı ilə təsdiq edir. Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Onun sözlərinə görə, bəzi KİV-də Elşad Abdullayev barəsində cinayət işinin başlanmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumatlar reallığı özündə əks etdirmir və təkzib olunur ” .

http://news.lent.az/news/62660

     Baş Prokurorluğun Mətbuat Xidmətindən sonuncu belə 22.01.2015 il tarixli saxtalaşdırılmış bəyanatına əsasən, güya mən: 1.“ qulluq mövqeyimdən sui-istifadə edərək qabaqcadan əlbir olduğum bir qrup şəxslə qanunsuz olaraq ayrı-ayrı şəxslərdən rüşvət almaqla fiziki şəxslərin, habelə dövlətin mənafelərinə mühüm zərər vurmuşam, həmçinin külli miqdarda rüşvət verməyə cəhd etməkdə və külli miqdarda vergiləri ödəməkdən yayınmışam. Bundan başqa, 2. vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinində insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaratmışam. Bir sözlə

1. vergi ödəməkdən yayınma:

2. vəzifə səlahiyyətlərindən sui-istifadə:

3. rüşvət alma:

4. rüşvət vermə:

5.insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməm barədə qərar qəbul edilmişdir.

      Və bütün bunlar azmış kimi istintaqdan qaçıb xarici dövlətdə gizləndiyim üçün barəmdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulmam istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirirlər….

      Heç bunlardan soruşan yoxdur ki, bu fabrikovat etdiyin cinayət işlərində yəqin ki, mən tək olmamışam, kimlər isə bu pulları yığıb, kimlər isə vergidən yayınmağıma yardımçı olub, Kimlər isə cərrahi əməliyyatlar aparıb. Belə olan halda bu bəyanatlarınızın birində sadalanan cinayətlərə görə daha kimləri həbs etmisiniz ? Lap tutaq ki, hər şey sizin dediyiniz kimidir. Axı yenə də bura da bir məntiq görmürəm. Belə çıxır ki, mən eyni zamanda həm rüşvətxoram, həm vergi işçisiyəm, həm də cərraham. İndiyə qədə də adım hec bir cinayət işində hallanmmamışdır. Canım belə olmur axı. And olsun Allaha olmur. Bu qədər cinayəti mən nə vaxt etdim, necə törətdim ? Utanmadan bəyan edir ki, filankəsi beynəlxalq axtarışa vermişik. Mən başa düşə bilmirəm məni axtarışa niyə verirsən. Mənim yerim də bilinir, ünvanımda. Bu lap döndü mərhum Sevinc Babayevanın məsələsinə. Rəhmətliyi öz əlləri ilə sərhəddən keçirdirlər o taya. Sonrada barəsində axtarış elan edirlər. Bu cinayət işlərini niyə mən respublikada olanda qaldırmırdın. Bu axtarışı niyə elan edirsən indi? Oturmuşdum burnunun ucunda niyə həbs etmirdin ?

     Bütün bunlar sizin köhnə adətlərinizdir. Birisi bir cinayət törədəndə əski tarixnən onu işdən azad edirlər ki, nə danışırdınınz o, bizim əməkdaşımız deyil, digərinin cinayətini ört-basdır edib pulunu alırlar, üstündən on il keçəndən sonra tutub qoyurlar içəri ki, sən cinayətkarsanmış bizim xəbərimiz yoxdur. Belə Allah bunlardan razı olsun, vergidən yayınmaq, rüşvət vermək, nəbilim insan orqanı satmaq vətənə xəyanətin yanında nədir ki, Allah bundan saxlasın. Belə iyrənc maddələrlə şərlənib tutlulan qürurlu vətandaşlarımızın isə Allah qapısın açsın. Əgər bu bəyanatlar mənim bildirdiyim kimi, mənə qarşı hədə qorxu, şantaj xarakteri daşımırsa, bir dəfə də olsun oğurlanmış qardaşım Mahir barəsində də bir bəyanat versinlər, biz də görək ki, bunlar üçün “cinayəıtkarın” və yaxud da cinayətin fərqi yoxdur. Fakt varsa araşdırılmalıdır, cinayətkar məsüliyyətə cəlb olunmalıdır. Təssüflər olsun ki, heç bir halda belə bir bəyanat verilə bilməz. Ona görə verilə bilməz ki, 12 il susduqdan sonra respublika iştimayyətinə, beynəlxalq aləmə nəisə sıramaq ağıla gəlməz qədər məntiqsiz və imkansızdır. Ona görə verə bilməz ki, özlərinin baş ağrısına, hətta deyərdim ki, barələrində cinayət işi qaldırılmasına səbəb ola biləcək suallar ortaya çıxa bilər.

     Ona görə verilə bilməz ki, Mahir Abdullayev bir yana, qətlə yetirilmiş bir sıra içtimayi xadimlərin, jurnalistlərin, hüquq müdafiəçilərinin, iş adamlarının qətlə yetirilməsi, şərlənərək həbs edilməsi, varı-dövləti əlindən alınması, ailə üzvlərinin cəzalandırılması, bəzi hallarda namus-qeyrət məsələlərinə belə əhəmiyyət verməməsi, xüsusi ilə Hacı Məmmədov olayının gizlinlərinin ildırım kimi çağacağı təhlükəsi var. Əslində bu gün mən Zakir Qaralovdan nə oğiurlanmış qardaşımı istəyirəm nə də tapdalanmış hüquqlarımın bərpasını. Zakir Qaralova dair mən ancaq və ancaq onun həbsini arzulaya bilərəm. Qardaşımı oğurlayanlarla əlbir olmağından əl çəkməsini tələb edə bilərəm. O ki, qaldı Baş prokurora, bəli bir baş prokurordan mən oğurlanmış qardaşımın cinayətkarlarının tapılıb həbs olunmalarını tələb edə bilərəm, mənim belə bir konstitusiya hüququm var. Belə götürəndə buna da ümüdüm mizerdir. Meyit alverçisindən rüşvət alıb, onu yenidən işə qaytaran birisindən nə umasan ? ( YAYIM TARİXİ: 18 Fevral 2011 06:01 “ZAKİR QARALOV MEYİT ALVERÇİSİNDƏN RÜŞVƏT ALIB, YENİDƏN İŞƏ QAYTARDI”).

     Qardaşımın ölüsü də, dirisi də mənimdir. Mən sizdən nə istəyirəm ? Qardaşımı qaytarın. Qaytarın qardaşımı əllərimi sallaya-sallaya qayıdım gəlim, adam oğurluğundan tutmuş parlament saxtakarlığına kimi, rüşvət verməkdən, rüşvət almağa kimi, nəbilim, Ziyanın, Fərəməzin, Rövşənin, Fətullanın, Elmarın, Şəmsinin, Rafiqin, Afyəddinin, Rövşən Cavadovun və daha onlarla başqalarının qətlini götürüm boynuma. Leyla Yunus, Xədicə İsmayılova, İntiqam Əliyev, Seymur Həzi, Tofiq Yaqublu, Anar Məmmədli, Əvəz Zeynallı (yeri gəlmişkən Əvəz Zeynallıya keçmiş olsun deyirəm, sağ əli bəzilərinin…..) və onlarla başqaları kimi şərləyib həbs edin məni, Elşad Babayev təki, işkəncə verib qətlə yetirin, səsini çıxardanın atasına nəhlət. Amma qardaşımı qaytarın.

     Sən bir bax, gör Elşadın Abdullayevin feysbuk səhifəsində bir yazısı bunları necə yerindən oynadıb ki, son altı ayda mənim barəmdə bir kəlmə olsun belə yazmayanlar, az qala on ilin barıt ehtiyatından istifadə edib sahibləri olduqları qazet səhifələrində məni yada salıblar. Nəisə bütün bunlar bir yana, mənim əsas diqqətimi çəkən respublikada bəzi

Bəzi KİV nümayəndələrinin mənə qarşı tutduğu qərəzli mövqeydir. Əgər mənim bir müddət öncə adlarını hallandırdığım bəzi KİV barəsində söylədiklərim əsasssızdırsa, mən onların hər birinə üzr-haqlıq edə bilərəm. Amma razılaşın ki, bir ziyalının, xüsusilə media nümayəndəsinin saxta parlamentlə, insan oğurluğu ilə, qətllə, tanınmışların şər və böhtanla tutulmaları ilə bağlı nəin ki, qərəzli mövqe tutması, hətta mövqesizliyi passivliyi bu gün cinayətə bərabərdir.

Bəli gizlətmirəm qəzəbliyidim, lakin 23 yanvar 2015-ci il tarixində “Musavat” qazetinin elektron saytında “mənim yazdıqlarımı niyə dərc etmirsiniz ?” şərhimə administratorun “ona görə vermirik ki, bizi də gəlib Beynəlxalq Universitet kimi bağlayacaqlar” cavab şərhi qəzəbimdən bir əsər-əlamət saxlamadı. Keyfiniz olsun bəs deyincə güldük.

Təzadlar”nan bağlı ümumiyyətlə danımaq istəmirəm, ona görə yox ki, bu qazetin rəhbərini jurnalistikaya xəyanətdə, ümumvətandaşlıq mövqeyinin satılmasında suçlayıram, qətiyyən. Yeganə səbəb ondan ibarətdir ki, Asif Mərzili ilə bir cayıl anlaşmamız vardır ki, əgər mən onun bir ”zapisini “, videosunu internetdə nümayiş etdirsəm, O, bir də əlinə qələm almayacaq, jurnalistikadan gedəcək, adını dəyişəcək. Təssüflər olsun ki, video qoyulsa belə, hörmətli Asif Mərzili əhdini pozdu, heç bir anlaşma olmamış kimi utanmada-qızarmadan şər-böhtan yazmaqda davam edir.

Sıldırım qayalardan, dağlardan bəhs etdikdən sonra bir neçə cümlə də istərdim DİA.AZ adlı mətbuat “carçısı”ndan, daha doğrusu bu elektron qazetin rəhbəri Məhəmməd Ərsoydan söyləyim. Açığı bu saytı mən izləmirəm, amma hər dəfə tanışlar bu saytda mənim barəmdə iyrənc yazıların getdiyini söylədiyi üçün bu sayta daxil olub, barəmdə gedən yazıları nəzərdən keçirdim.

Bilirsən əzizim, sənə bir şey söyləyim. Təcrübə göstərir ki, səbəbsiz yerə əgər bir insan qarabağlıq, aqressivlik nümayiş etdirirsə, deməli problemi onun gənc yaşlarında baş vermiş hansısa bir problemdə axtarmaq lazımdır. Mən qətiyən demək istəmirəm ki, kimsə uşaqlıqda yatdığı çarpayıdan yıxılıb və yaxud da bəzi millət vəkillərimizin aqibətini yaşayıb. Məni maraqlandıran başqadır. Sonuncu dəfə “Təzadlar”ın güya araşdırma qrupunun (yalançının atasına nəhlət) dərc etdiyi yazını həkk etmisən saytına. Belə çıxır ki, səni də “Elşad Abdullayev siyasi təqibdədir?”, – “Bu adam nə zaman siyasətlə məşğul oldu ki?”, – “Keçmiş rektor hamını qaralamaqla özünü ağ günə çıxarmaq istəyir?” kimi sualların cavabı maraqlandırır. Olsun. Sənə şərəf verib bu sualları cavablandıracam, bir şərtlə qaçıb 2012-ci ildə ki kimi hüquq mühafizə orqanlarına müraciət etmə ki, rektor mənə sui-qəsd hazırlayır. Mən dunya çempionu və yaxud iran əskəri deyiləm, adi rektoram. Bəli, mən siyasi təqibdəyəm, özü də istəıyirsənsə deyim hansı dövrdən ? Sənin 2010-cu ildə baş redaktor Əvəz Zeynallıya hədiyyə etdiyin stolüstü elektron saatın içərisindən kustar üsullarla hazırlanmış dinləmə qurğusunun yerləşdirildiyinin aşkarlandığı dövrdən.. (Müxalifət nümayəndəsi “Xural” qəzetinə “juçok” yerləşdirib? – FOTO – VİDEO 27.05.2010, 13:03 SİYASƏT)

“Mən o zamandan siyasətlə məşğul olmağa başladım ki, ” yuxarıda qeyd olunan məsələ ilə əlaqədar olaraq, sən Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və prokurorluq orqanlarına informasiyanın araşdırılması ilə bağlı rəsmi surətdə müraciət etmədin. Və nəhayət sonuncu sual “Keçmiş rektor hamını qaralamaqla özünü ağ günə çıxarmaq istəyir?” sualına bildirmək istəyirəm ki, sən hamı deyəndə kimi nəzərdə tutursan ? Səhf etmirəmsə mənim ittihamlarımda şəxsən sənin adın yox idi bu günə kimi. Lap dəqiq bilmək istəyirsənsə, mənim qaraladığım sənin havadarlarındır. Hə, yeri gələndə mən onlarla da bir süfrəyə oturub aş da yemərəm. Özün savadlı oğlansan başa düşürsən də niyə ?

Əgər diqqət yetirsək , görərik ki, şəxsən sənin çalışdığın və fəaliyyət göstərdiyin qazet və təşkilatların hər birində problem yaranıb. Ancaq, mənim bildiyimə görə çalışdığın iki qazetin baş redaktoru (hər ikisinə böyük hörmətim var) həbs olunub. Bir vaxtlar fəaliyyət göstərdiyin partiya rəhbərindən şikayət etmisən ki, güya səni döymək istəyib, nəticədə də həmin partiya sıhralarından qovulmusan.

İndi mən səndən soruşuram əzizim, bütün bunları hara yazaq, hara həkk edək. Mən yenə də səni qınamıram, cavansan, qardaşın oğurlanmayıb, universitetin bağlanmayıb, vətənindən uzaq düşməmisən.

Ancaq son bir ildə 50 dən artıq barəmdə aşılayıcı məqalə dərc etmisən, durma bundan sonrada yüzün yaz, sonra övladlarına öz qəhramanlığın haqqında danışarsan. Danışarsan ki, necə ömründə üzünü görmədiyim, bir dəfə olsun belə üz-üzə gəlmədiyim insan barəısində necə sifarişli yazılar vermisən. Danışarsan ki, necə atanız “juçok Məhəmməd” təxəllüsünü qazanıb.

İmza: hüquq professor Elşad Abdullayev

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 02.03.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: