Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Əliyevlərin adam oğurluğu və mülkiyyətçilərin əmlakını mənimsəmə cinayətləri…

aliyev01ikilidekupe6b8cacf11. Prokurorluğun 22.01.2015 il tarixli bəyantı Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət toxunulmazlıgı prinsipini bir başa ziddir… Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Şahın qanun olduğu bir ölkədə əlbətdə mülkiyyətin qorunmasından belə söhbət gedə bilməz. Prokurorluğun Bəyanatının hüquqi analizi bir daha təsdiq edir ki, sahibkarın toxunulmaz olan mülkiyyətini qanunsuz olaraq cuzi qiymətə qiymətləndirib Əliyevlər şəxsi mülkiyyətləri sırasına əlavə edirlər. Bu mülkiyyətlər sahibkarlardan müxtəlif qanunsuz üsulllara alınsada sonda prezidentin ailə üzvülərinin və yaxın qohumlarınn adına rəsmiləşdirilir Günü-gündən sayı artan bildiklərimiz və bilmədiklərimiz minlərlə azərbaycanlı sahibkarlar belə bir faciəvi prosesi yaşamağa məcbur olurlar…

Prokurorluğun mənim əleyhimə saxta fabrikovat olunmuş 22.01.2015 il tarixli bəyanatı iki qanunsuz əməllərini əsaslandırnaga cəhd edibdir:

1. Prokurorlugun bəyanatında ABU-in əmlakı cüzü qiymət – 370 586 manata dəyərləndirilibdir

İlham Əliyev Azərbaycan Beynəlxalq Universitetini ələ keçirmək məqsədi ilə cuzi qiymətə qiymətləndirildərək, əmlakımı zərər hesabına özünkiləşdirmək məqsədi daşıyır. Mənim əleyhimə saxta fabrikovat olunmuş, həqiqətə uygun olmayan, təhdidedici maddələrlə məni ittiham edirlər. Guya mən qulluq mövqeyindən sui-istifadə edərək, qabaqcadan kimlərləsə əlbir olub ayrı-ayrı şəxslərdən 370 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə guya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşam, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etmişəm və külli miqdarda vergiləri ödəməkdən yayınmışam və belə bir şübhələr üçün əsaslar olduğundan, barəmdə 25 iyun 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırılmışdır.

Bir hüquq professoru kimi tam əminliyilə bildirmək istəyirəmki, konkret olqraq bu iddianın arxasında mənim mülkiyyətimdə olan, dəyəri 100 milyondan cox Azərbaycan Beynəlxalq Universitetinin inzibati binaları və əraziləri durur. Məqsəd isə, dəyəri 100 milyondan yuxarı olan bu mülkiyyəti 370 586 manata görə müsadirə edib İlham Əliyevin mülkiyyətləri sırasına əlavə etmək cəhdidir.

Hələ mən Bakıda olanda, qeyri-legitim rejimin tayfa üzvləri ABU-də açıq aşkar maraqlı idilər və dəfələrlə hədə-qorxu və başqa yollarla ələ keçirmək cəhdləri boşa çıxmışdır.

Əgər, bu Hakimiyyət dediyi kimi ABU geridə qalmış unversitet idisə nə ücün Mehriban Əliyevanın atası Aviasia Akademiyasının rektoru akademik Arif Paşayev ABU-nu almaq ücün mənə 15 milyon ABŞ dolları təklif edirdi?

Mənim ətrafımda baş verən terror aktları haqqında yazılı şəkildə millət ağsaqqalı hesab etdiyim Arif Paşayevə ABU prorektoru mərhum akademik Hacıbəy Sultanovla birlikdə yazılı müraciət etdik. (Arif Paşayev Hacıbəy Sultanova cox böyük hörmətlə yanaşırdı, vaxtilə Hacıbəy Sultanov Milli Elmlər Akademiyasında şöbə müdüri işləmiyibdir və Arif Paşayevdə həmin şöbənin əməkdaşı işləyibdir, həmin vaxtlar onlar arasında möhkəm dostluq əlaqələei yaranmışdır). Hətta, biz görüşüb cıxanda Arif Paşayev hümanistlik göstərərək kömək məqsədi ilə ehtiyac içərisində yaşayan Hacıbəy Sultanovun cibinə bir packa 100-lük (10.000)ABŞ dolları qoydu və Hacıbəy Sultanov hec etirazda etmədi, həmin pulu məmuniyyətlə qəbul etdi. Buna cox caşdım, cünki, akademik ABU-dan aldıgı maaşı yaxşı oxuyan qaçqın tələbələrə yardım kimi verirdi, sonrada bidim ki, həmin pulu da qaçqın tələbələrə paylayıbdır. Yüksək əxlaqi keyfiyyətlərinə görə mən həmişə Hacıbəy Sultanovu hərtərəfli dəstəkləyirdim, ondan hər gün bir şey öyrənmək olardı. O, vur-tut 27 elmi nəşirlə Stalinin təklifilə kecmiş SSRİ Elmlər Akademiyyasının prezident ak.Keldişin təşəbbüsü ilə akademik elmi vəzifəsinə layiq görülmüş nüfuzlu elm və dövlət xadimi idi. O Keldeş ki, kecmiş sovet rəhbəri N.S.Xruşova akademik adı verməkdən imtna etmişdir.

Bir necə gündən sonra prezidentin qayınatası Arif Paşayev və qardaşı Diplomatiya Akademiyasının rektoru professor Hafiz Paşayevlə birlikdə AA-in qonaq otağında məni mərhum akademik Hacıbəy Sultanov olmadan məxfi qəbul etdilər. Bundan bir neçə gün sonra isə akademik Hacıbəy Sultanovu Baş Prokuror Zakir Qaralov qəbul etdi. Həmin görüşdən bir necə saat sonra dünya şöhrətli akademik iş otagında qətl yetirilmişdir, onun cəsədi tanınmaz hala salınmışdır, külə dönmüş skleti qalmışdır, onu tanımaq mümkün deyildi. Düz deyirlərlər mafiya şahidləri sevmir.

Hacıbəy Sultanov müntəzəm olaraq qardaşımı oğurlayan bandanın üstünə heç nədən çəkinmədən gedirdi və tələb edirdi, həqiqi bir ziyalı adam kimi özünə yer tapa bilmirdi, hər gündə mərhum doktor Cavad Heyətlə birlikdə prezident aparatında da yüksək səviyyəli şəxslərin-prezidentin qəbulunda olub tələb edirdilər ki, bu günə qədər ABU rektorunun qardaşı tapılmayımbdır, qıraqdan baxan Sizə nə deyər. Dəyərli bir ziyallı insanın Akademik Hacbəy Sulatanovun ölümü məni sarsıtdı.

DİN-in Banditizim İdarəsinin əli ilə dünya şöhrətli cərrah Cavad Heyətədə saxta ittiham irəli sürdülər, guya o, ABU Tibb Mərkəzində narkotik satır, mən bu ittihama etiraz etdim, bu ittiham baş tutmayanda adını çəkmək istəmədiyim ABU TM-in həkimi D. İsmayılova mənə saxta şikayətlə müraciət etdiki, guya doktor Cavad Heyət onu zorlayıbdır və bunulada prezidentin əmisi oğlu İlqar Əliyev banditizm idarəsinin əli ilə dünya şöhrətli cərrahı şərləyib yerinə şikayətçi Dilarə İsmayılovanı təyin etdirdi. Biz 2007 il tarixində doktor Cavad Heyəti işdən uzaqlaşdırmasaydıq onu da akademik Hacıbəy Sultanovun taley gözləyirdi. Dilarə İsmayılova prezidentin əmisi oğlu İlqar Əliyevin türkiyəli iş ortağı TC Yılmaz Korxmaz ikinci nigahdan arvadıdır. Korxmaz abi də qara transplantasiya cinayətlərinə görə İNTERPOL axtarışında olan doktor Yusif Sönməzin Bakıdakı abisidir. Doktor Cavad Heyəti sıradan cıxardıdan sonra Prezidentin əmisi oğlu ABU Tibb Mərkəzində fabrikovat olunmuş qara transplantasiya cinayətləri şousunu nümayiş etdirdi.

2. Mənim əleyhimə fabrikat olunmuş qara transplantasiya cinayətinin açılmasıdır (bu barədə daha geniş ayrca növbəti KİV-nə müraciətimizdə ictimailəşdirəcəyik).

Prezidentin qayınatası Arif Paşayev mənim qardaşımın oğurlanması haqqında şikayətimi həll etmək əvəzinə mənə şərt qoydulrkı biz Sizə Azərbaycan Beynəlxalq Univesitetinə görə 15 milyon dollar ödəyirik, Sizdə bizə bizim yaxın qohumun – Altay Məmmədovun adına ABU-in təsisciliyini natarius qaydasında dövr edirsiniz. İkinci şərtimiz budurki, ABU-nə görə 15 milyonu aldıqdan sonra təcili Azərbaycanı tərk edirsiniz, gedib xaricidə yaşayasınız, qardaşım Mahirin adını isə çəkmirsiz! ( bu barədə gizli video görüntünü təqdim edə bilərəm). Mən həmin an şoka düşdüm, mən azərbaycanda agsaqqal hesab etdiyim Arif Paşayevdən və qardaşı Hafiz Paşayevdən oğurlanmış qardaşımı tələb edirəm, bunlar isə mənimlə Azəbaycan Beynəlxalq Universitetinin davasını və bazarlığını edirlər. Başa düşdüm ki, bu adamlar ücün canlı insan önəmli deyildir, bunlar ücün pul və mənsəb hər şeydən önəmlidir. Belə şeyləri görüb Azərbaycanı özlüyümdə «kurtlar vadisi»ndən də betər vəziyyətdə gördüm. Bir sözlə, bu hakimiyyətdə oturanlar başqasının əmlakını ələ keçirmək ücün min cür ssenari qururlarmış.

Prezident İcra Aparatının müdüri akademik Ramiz Mehdyev məndən ABU-nu qeyd-şərtsiz tələb edirdi. Prezidetin qayınatası akademik Arif Paşayev heç olmasa insaf varıydı, Universiteti məndən almaq müqabilində istəyirdi. Ramiz Mehdiyev isə ABU-ni yaxın qohumu, mənim prorektorum KQB pokovniki Fikrət Əliyevin adına qeyd-şərtsiz keçirməyi tələb edirdi, həmdə cinayətin izini gizlətmək məqsədi ilə Prokurorluğun bugünki saxta bəyanatında fabrikovat olunmuş cinayətlərlə məni 7-10 il həbs etməklə dolayısı təhdid edirdi. Bu günki prokurorlugun bəyanatındakı saxta fabrikovat olunmuş AR Cinayət Məcəlləsinin maddələri 2003-ci ildən qeyri-rəsmi olaraq Ramiz Mehdiyevn KİV-ri, deptat Gülər Əhmədova və ölüm eskadronunun kassiri Arzu Kazımov qeyri-rəsmi olaraq həmin maddələrlə məni təhdid edirdilər, nəhayət, 12 ildən sonra saxta maddələri bəyan etdilər.

Prezidentin əmsi oğlu İlqar Əliyev Ramiz Mehdiyev kimi ABU-nu məndən əvəzsiz tələb edirdi. Prezidentin əmisi oglu İlqar Əliyevdə Ramiz Mehdiyev sayağı ABU-ni onun yaxın adamı Şahbaz Şahbazovun adına qeyd-şərtsiz kecirməyi tələb edrdi, əks təqdirdə Prokurorlugu Bəyanatındakı maddələrlə məni təhdid edirdi.

Bundan əvvəl, prezidentin qızı Leyla Əliyevanın baş mühasibi mənim bir yaxınımla iş otağıma gəlib təhsildən hec bir xəbəri olmayan adamın adına ABU-ni keçirməyi müqabilində məni həbs etdirməyəyəkləri şərtini irəli sürdü, əks halda həmin prokurorlugun bəyanatındakı maddələrlə həbsə atılmagımla məni təhdid edrdi.

Göründüyü kimi, yuxarıda qeyd etdiyim şəxslərhamısı bir başa İlham Əliyevə bağlı insanlar idilər, və belə bir nəticə çıxarmaq olar ki, mənim mülkiyyətimdə bir başa maraqlı şəxs İlham Əliyevin şəxsən özü idi. Bu tələblərin arxasında bir motiv dururdu bu da ABU-nu məndən qopartmaq idi.

Azərbaycanda minlərlə günahsız iş adamı, sahibkarlar bu şəkildə mənim yaşadığım acıları yaşayıbdırlar. Kriminal tayfanın nəzarətində olan prokurorluq və reket KİV-i iş adamlarının etirazlarını təhdid edib ört-basdır etməklə məşgul olubdur.

      1. Prokurorluğun bəyanatının ikinci saxta fabrikovat olunmuş tərəfi 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsidir.

        Hec bir normal dövlətdə belə ədalətsiz münasibət yoxdur, qardaşını xilas etmək ücün əlindən gələni edən adamı rüşvət verməkdə süçlayırlar.

        Buna lap bişmiş toyugunda gülməyi gəlir…

        Nəinki Avropa Məhkəməsində, hətta, feodal Afrikası məhkəmələrinin məhkəmə təcrübəsində qeyd edilir ki, adam oğurluğunun başlıca məqsədi zərərcəkmişi qorxudub küllü miqdarda pul və mülkiyyət əldə etmək məqsədi daşıyır.

        Bizim sosial şəbəkələrdə ictimailəşdirdiyimiz gizli video görüntülərində MTN zabiti Mahir Abdullayevi geri qaytarmaq məqsədilə prezidentin XMX rəisi Bəylər Əyyubovun rəhbərlik etdiyi ölüm eskadronunun terrorcuları gulaqla eşidilən və gözlə görünən gizli video görüntülərdə məndən prezidentin adından pul tələb edirlər.

        Belə əhəmiyyətli hüquqi faktları təsdiq edən bəzi gizli video görüntülər yaxın günlərdə sosial şəbəkələrdə ictimailəşdiriləcəkdir.

        Məni oğurlanmış qardaşımla təhdid edib pul alıbar. Hec bir dövlətdə belə faktlar cinayət hesab edilmir. Lakin, məni təhdid edib ölüm eskadronunn üzvüləri DİN-in əməliyyat işləri üzrə (I-ci) müavinin generalı Zahid Dünyamalıyevin, deputat Gülər Əhmədovanın, adam oğurluğunun xəzinədarı Arzu Kazımovun, DİN naziri Ramil Usubovun qudası polis polkovniki Rasim İldrımzadənin, mənimlə Prezident İcra Aparatının İƏŞ-in müdüri Əli Həsənovun adı ilə danışıqlar aparan vor zakon Əli Zəngilanskinin cinayətləri obyektiv araşdırılmır, onları məsuliyyətdən azad edirlər, kriminal hakimiyyət şəbəkəsi tam cəzasızlıq şəraitində fəaliyyət göstərdiyi ücün azğınlşıbdır.

Başqa bir tərəfdən, Azərbaycan Respublikasının cinayət qanunverciliyinə görə əgər şəxs könüllü olaraq bu barədə məlumat verirsə onun haqqında cinayət tərkibi yoxdur, o, cinayət məsuliyyətinə cəlb olunna bilməz. Təssüf ki, Azərbaycanda haqqını tələb edənlər şərlənib həbsə atılıbdır, bunu son günlərin qanunsuz həbsləri bir daha təsdiq edir, söz azadlıgı hər addım başı pozulur. İlham Əliyev 21.01.2015 il tarixində Berlində Angela Merkellə görüşü zamanı azərbaycanda olmayan söz və insan hüquq azadlığından danışır, beynəlxalq dünyanın gözünə kül üfürməyə çalışır. AR Konstitsiyasına görə İlham Əliyev baş vermiş ağır dövləti cinayəti ifşa etməyə konstitusiya borcu olduğu halda, azərbaycanda adam oğurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı gözlə görünən dərəcədə ört-basdır edir. Budur «azərbaycanda olan söz, insan və hüquq azadlığı?» … Buna deyirlər İlhamsayağı azadlıq!

Azərbaycanda xalqın maraqlarına zidd olan xeyli qanunsuz hadisələr baş verməkdə davam edir. Hakimiyyətin sahibkarlara qarşı siyasətindəki yarıtmaz addımları ən çox vətəndaşların və sahibkarların itkisi hesabına başa gəlir. Cəmiyyət isə baş verənlərdən dəqiq məlumat əldə edə bilmir. Çünki, azad mətbuat sıradan çıxarılıb, KİV-ri qeyri-legitim rejimin nəzarətindədir və xalqına hesabat verən bir demokratik rejim mövcud deyil, müstəqil məhkəmə hakimiyyəti yoxdur. Ona görə də baş verənləri istədikləri kimi cəmiyyətə təqdim edirlər. Əslində isə hadisənin kökündə İlham – Mehriban Əliyeva sayağı adam və mülkiyyət oğruları dayanır! Bütün bu baş verənləri russayağı ədalət mühakiməinin 37 il müvəqqəti təntənəsi hesab edirəm . Millətlər atası Stalində xalqın əmlakını dövlətin nəfinə müsadirə edirdi, lakin, müsadirə edilmiş müəssisənin gəlirini yaxın qohumları dövlət adına mənimsəyirdilər. Stalinin vəkilinin məhkəmə cixışları bu mənada diqqəti cəkir …

Bu cinayətlərə görə 13 nəfər dövlət və elm xadimi, Prezident İlham Əliyevə müraciət etdiyinə görə olmazın təzyiqlərə məruz qaldılar. Bizə qarşı teror aktını pisləyən Azərbaycanın 13 dövlət və elm dövlət xadimi: Millət Vəkili və Xalq şairi Sabir Rüstəmxanlı; Azərbaycan və TC Dostluq Cəmiyyətinin Prezideni Tənzilə Rüstəmxanlı; AR Prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif edilmiş, 91-dən professor İsgəndər Quliyev; AR Prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif edilmişəməkdar jurnalist Şamil Şahməmmədov, AR Prezidenti tərəfindən prezident təqaüdünə layiq görülmüş akademik Hüseyn Əhmədov; AR Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edimiş, əməkdar müəllim Hacı Əyyub Əzizov; AR Prezidenti tərəfindən İstiqlal ordeni ilə təltif edilmiş, xalq rəssamı Ömər Eldarov; AR-in Xalq Rəssamı, professor Arif Əziz ; AR Prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif edimiş, xalq yazıcısı, Yazıcılar İttifaqının katibi, hüquq elmlər doktoru Cingiz Abdullayev; qarabag Yazıcılar İttifaqının Prezidenti şair Ənvər Əhməd; Filologiya elmləri doktoru , professor Mahirə Quliyeva ; Tariz elmlər doktoru , professor Hacı İsmayıl Məmmədov; AR Prezidenti tərəfindən şöhrət ordeni ilə təltif edimiş millət vəkili və xalq şairi Zəlimxan Yaqubun 13 oktyabr 2010 il tarixində AR-in Prezidenti İlham Əliyevə şəxsi imzaları ilə müraciət etmişdir: “ Ümimilli Liderimiz demişdir : “Dövlət iki halda sarsıla bilər:günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə… Mən hər bir azərbaycanlının qarantıyam! … Oğrunu qəhrəmna çevirmək öz xalqına xəyanət deməkdir!Hazırda söhbət adi cinayətdən getmir, daha sosial təhlükəli kriminaldn, dövlətin əsaslarını sarsıdan terrordan gedir …” . (həmin müraciətin tam mətnini əlavə edirəm)…

(Ardı var …)

Imza: Elşad Abdullayev

Fransa, Paris,25.01.2015

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 01.03.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: