Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Putin rejiminin əleyhinə olan Boris Nemsov öldürüldü (Foto və Video)

Putin rejiminin qatı əleyhdarı Kremlin bir neçə metrliyində güllələndi….

Rusiyanın tanınmış müxalifət lideri, Putin rejiminə qarşı sərt çıxışları ilə fərqlənən Boris Nemtsov qətlə yetirilib. Onu Moskvanın mərkəzində yerli vaxtla fevralın 27-i gecəyə yaxın güllələyiblər. Rusiya KİV-in yaydığı ilkin məlumata görə, hadisə “Böyük Daş” körpüsündə baş verib. Ağ rəngli maşın piyada hərəkət edən Nemtsova yaxınlaşıb. Avtomobildən ona bir neçə atəş açılıb. Güllələr Nemtsovun kürəyindən dəyib. O, hadisə yerində dünyasını dəyişib. Qatil avtomobillə aradan çıxıb.

RF DİN sözçüsü Yelena Alekseyeva isə məlumat verib ki, Nemtsov tanışı olan bir xanımla gəzərkən qətlə yetirilib. Bu məlumatı daha əvvəl Nemtsovun partiyadaşı İlya Yaşin açıqlayıb. O deyib ki, Nemtsov ukraynalı xanım tanışının yanında qətlə yetirilib. 1991-ci il təvəllüdlü həmin xanıma heç nə olmayıb. Hadisə barədə də Nemtsovun yaxınlarına o xəbər verib.

Rusiyanın hakimiyyətyönlü televiziyaları görünür, bu məqamdan bəhrələnərək, Nemtsovun qısqanclıq zəmnində öldürüldüyü versiyasını da səsləndirməyə başlayıblar. Onlar hüquq-mühafizə orqanlarının bu versiyanı istisna etmədiyini də qeyd edirlər.

“Yabloko” partiyasının lideri Sergey Mitroxin bəyan edib ki, Nemtsov siyasi fəaliyyətinə görə öldürülüb və Rusiya prezidenti qətlin üstünün açılmasını şəxsi nəzarətinə götürməlidir. “Bu qətl təkcə müxalifətə yox, həm də ölkə rəhbərliyinə qarşı çağırışdır”, – deyə o qeyd edib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr də yerli KİV-ə deyiblər ki, qətlin versiyaları arasında birinci Nemtsovun siyasi fəaliyyəti gəlir.

Hadisədən az sonra Rusiya prezidenti Vladimir Putinin sözçüləri onun adından açıqlama veriblər. Putin Nemtsovun qətlini sifariş və təxribat adlandırıb.

Hadisə ilə bağlı artıq cinayət işi başlanıb.

Nemtsov Rusiya demokratik qüvvələrinin martın 1-nə təyin etdiyi “Vesna” (“Bahar”) antiböhran yürüşünün əsas təşkilatçılarından biri idi. Yürüşün təşkilatçılarından bir başqası – Nemtsovun tərəfdarlarından olan siyasətçi Mixail Kasyanov deyib ki, baş verən hadisəyə baxmayaraq, yürüş elan olunduğu vaxtda və yerdə keçiriləcək.

Nemtsov təxminən 2 həftə əvvəl Rusiya KİV-lərindən birinə verdiyi müsahibədə Putinin onu öldürtdürəcəyindən ehtiyat etdiyini bildirmişdi.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 28.02.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: